Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Xocalı soyqırımı insanlığa qarşı cinayətdir

Xocalı soyqırımı insanlığa qarşı cinayətdir

22.02.2020 [10:34]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid ailələri, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Xocalı faciəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev 28 il əvvəl ermənilər tərəfindən Xocalıda dinc sakinlərə qarşı xüsusi qəddarlıqla həyata keçirilən soyqırımıdan danışıb. Bildirib ki, günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu.
DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev çıxışında Xocalının Azərbaycanın qədim dövrlərdən müasir dövrədək tarix və mədəniyyət ənənələrini özündə əks etdirdiyini və zəngin maddi mədəniyyət nümunələrinə malik olduğunu diqqətə çatdırıb. Erməni vandallarının Xocalı şəhərini hədəfə almaqda məqsədlərinin Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, Xocalını yer üzündən birdəfəlik silmək olduğunu deyib. Bildirib ki, işğaldan sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini işlərin təşkilatçısı Hümbət Əhmədov Xocalı faciəsinin insanlığa qarşı ən dəhşətli kütləvi terror hadisəsi kimi tarixə düşdüyünü bildirib.
DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qaldığını, 1948-1953, 1988, 1992-1993-cü illərdə öz tarixi torpaqlarından köçürüldüyünü diqqətə çatdırıb. XX əsrin sonunda baş vermiş faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədr müavini Mənsur Əliyev və Xocalıdan olan məcburi köçkünlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının xocalıların başına gətirdiyi müsibətlərdən danışıblar.
Tədbirdə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Paylaş:
Baxılıb: 248 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30