Ana səhifə »  Sosial »  Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Ədliyyə Nazirliyində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Müstəqil respublikamız Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi tərəqqi yolu ilə gedərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və möhkəmlənir, iqtisadiyyatımızın güclənməsinə, xalqımızın sosial rifahının yüksəlməsinə, dövlət idarəçiliyinin təkmilləşməsinə xidmət edən mütərəqqi islahatlar aparılır.
Ölkəmizin hərtərəfli inkişafı çərçivəsində ədliyyə və məhkəmə sistemi də dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 14-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin geniş kollegiya iclası keçirilib.
Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasda çıxış edən nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi sahədə qazandığı mühüm nailiyyətləri qeyd edib, fevralın 9-da azad, ədalətli və şəffaf şəraitdə keçirilmiş parlament seçkilərinin xalqımızın gələcək inkişaf kursu ətrafında həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.
Bildirib ki, ötən il ədliyyə və məhkəmə-hüquq sistemi üçün dərin islahatlar ili kimi yadda qalıb. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı”, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafının mühüm yol xəritəsi olmaqla, islahatların müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasına rəvac verib. Müstəsna əhəmiyyət kəsb edən Dövlət Proqramının və Fərmanın icrası çərçivəsində 2019-cu ildə xeyli iş görülüb.
Kollegiyada dövlət başçısının tapşırıqlarına uyğun olaraq həyata keçirilən islahatlar, ədliyyə fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə görülən tədbirlər ətraflı təhlil olunub, cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Məlumat verilib ki, Azərbaycan Prezidentinin iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, insanların sosial təminatının yaxşılaşdırılması və dövlət idarəetmə mexanizmlərinin yeni çağırışlara uyğun təkmilləşdirilməsi barədə tapşırıqlarına əsasən 2019-cu ildə nazirlik tərəfindən əvvəlki illə müqayisədə 30 faiz çox - 2300-dək normativ hüquqi akt layihəsi hazırlanıb, 3800-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az), ümumilikdə, 4800-dən çox sənəd daxil edilib. İnsanların böyük marağının nəticəsidir ki, həmin elektron resurslara başçəkmələrin sayı il ərzində 50 faizdən çox artaraq 2 milyona çatıb.
Ədliyyə fəaliyyəti barədə insanların geniş məlumatlandırılması, şəffaflığın artırılması, məqsədilə nazirlik tərəfindən idarə edilən 11 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 31 elektron xidmətdən istifadənin sayı 3 milyonu ötüb. “Elektron hökumət” portalında ən çox istifadə olunan 10 elektron xidmətdən 2-si nazirliyin “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması” və “Fərdi identifikasiya nömrəsi barədə məlumatın əldə edilməsi” ilə bağlı e-xidmətləridir.
Dövlətimizin başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 18 minə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və “virtual qəbul” məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
İqtisadi proseslərin və hüquq münasibətlərinin tənzimlənməsində mühüm rol oynayan notariat institutunun yeni çağırışlara uyğun təkmilləşdirilməsi üzrə tədbirlər görülüb, ölkəmizdə ilk dəfə olaraq notariusların müstəqil özünüidarə orqanı olan Notariat Palatası yaradılaraq fəaliyyətə başlayıb.
2019-cu ildə ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat ofislərində əvvəlki illə müqayisədə 21 faiz çox - 5,3 milyondan artıq notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 327 minə yaxın əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 10 milyon manatdan artıq vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 53 milyon manatdan çox vergi dövlət büdcəsinə köçürülüb.
“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumları tərəfindən rəsmiləşdirilən əməliyyatlar 2019-cu ildə bu mərkəzlərdə verilmiş hazır sənədlərin 45 faizini təşkil edib.
İnnovasiyaların tətbiqi, vətəndaş məmnunluğunun artırılması məqsədilə ədliyyə sahəsində məsafədən xidmət göstərən elektron ədliyyə köşkünün, “Mobil notariat”ın funksionallığı artırılıb, o cümlədən nəqliyyat vasitələrinə dair etibarnamələrin fasiləsiz rejimdə elektron rəsmiləşdirilməsi xidməti istifadəyə verilib.
Qeyd olunub ki, vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 2019-cu ildə 200-dən çox qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb, 70-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4600-ə yaxın, mətbu nəşrlərin sayı isə təxminən 5300 təşkil edir.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər davam etdirilərək ötən il 485 min icra sənədinin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 1,74 milyard manata yaxın, vergi borcları ilə bağlı dövlət büdcəsinə isə 14,3 milyon manat vəsait ödətdirilib.
Azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası diqqətdə saxlanılaraq azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 2400-dən çox şəxsə elektron qolbaq tətbiq edilib, cərimə və islah işlərinin icrası ilə bağlı dövlət büdcəsinə 2,5 milyon manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 572 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 4,7 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
Ölkə Prezidentinin məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə qanunvericilik əsaslı surətdə yenilənib, Məhkəmə ekspertizası mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb. 2019-cu ildə Mərkəzdə 41 ekspert ixtisası üzrə 35 minə yaxın işə baxılıb, ekspertlər 816 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,6 faizini həll ediblər.
Yerli demokratiyanın inkişafında mühüm rol oynayan bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, həmçinin yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 2019-cu ildə 78 min 500-ə yaxın bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2800-dək akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7000 hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2019-cu il üzrə İllik Məruzə hazırlanaraq Milli Məclisə təqdim olunub.
Kollegiyada bildirilib ki, ötən il nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlər görülüb, Səudiyyə Ərəbistanına ikitərəfli səfərlər edilərək, hüquqi sahədə mühüm sənədlər imzalanıb. Bununla yanaşı, cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək ölkə başçısının Sərəncamı ilə verilmiş səlahiyyətlərə əsasən ədliyyə naziri tərəfindən Strasburqda “Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokol imzalanıb.
İclasda Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində görülmüş işlər qeyd olunub, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək yeni qanun layihəsinin hazırlanması və dövlət başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra mühüm qanunların qəbul olunduğu vurğulanıb.
Bildirilib ki, sahibkarlıqla bağlı mübahisələrə dair yeni kommersiya, habelə inzibati məhkəmələr yaradılaraq cari ilin əvvəlindən fəaliyyətə başlayıb, hakimlərin sosial təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Fərmana uyğun olaraq ekspertizanın alternativ mexanizmləri, özəl ekspertiza institutu yaradılıb.
Eyni zamanda, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin genişləndirilməsi və funksionallığının artırılmasına, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə və digər əməli tədbirlərə toxunulub.
Kollegiya iclasına dəvət olunmuş QHT nümayəndələri çıxış edərək, ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işləri yaxından izlədiklərini, bu sahədə nailiyyətlərin və yeniliklərin cəmiyyətdə maraqla qarşılandığını qeyd edib, Ədliyyə Nazirliyi tərəfindən şəffaflığa, ictimai iştirakçılığa hər zaman xüsusi önəm verildiyini və ötən il vətəndaş cəmiyyəti nümayəndələrinin nazirliklə səmərəli əməkdaşlığının genişləndiyini vurğulayıb, ədliyyə naziri yanında İctimai Komitənin fəaliyyətinin örnək olduğunu bildiriblər.
İclasda görülmüş işlərlə yanaşı, ədliyyə fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib, ölkə Prezidentinin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ilinin yekunlarına dair fevralın 3-də keçirilmiş konfransda dövlət məmurları qarşısında qoyduğu tələblər, xüsusilə insanlara qayğılı münasibət göstərilməsi, qanunun tələblərinə ciddi əməl olunması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, nizam-intizama, etik davranış qaydalarına dönmədən riayət edilməsi, sui-istifadə, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsinin zərurəti vurğulanıb.
Eyni zamanda, ədliyyənin inkişafına dair Dövlət Proqramının və məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair Fərmanın icrasının daim diqqətdə saxlanılması qeyd olunub, fəaliyyətin dövlət başçısının tələbləri səviyyəsində müasirləşdirilməsi, o cümlədən məhkəmə qərarlarının icrası, istintaq, penitensiar, məhkəmə ekspertizası sahəsində işin səmərəliliyinin artırılması, yerli qurumlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, regional ədliyyə idarələrinin işinin təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsinin tətbiqinin sürətləndirilməsi, habelə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar ədliyyə və məhkəmə fəaliyyətinə könüllülərin daha geniş cəlb olunması və onların imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib.
Kollegiyada, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkilinə dair Təlimata dəyişikliklər edilib, cari və digər məsələlərə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  15-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin

09 Aprel 10:53
YAP “Münxendə Tarix və Hüquq Dərsi” adlı kitab hazırlayıb (FOTO)
09 Aprel 10:36
Azərbaycan Texniki Universiteti: 6000 tələbə onlayn dərslərdə iştirak edib
09 Aprel 10:23
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 25 dəfə pozub
09 Aprel 10:20
Xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
09 Aprel 10:16
İbrahim Məmmədov: Ölkəmizdə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb
09 Aprel 10:13
ETSN: Bakıda gücləndirilmiş karantin tədbirlərindən sonra atmosferə atılan tullantıların miqdarı 45-50 faiz azalıb
09 Aprel 10:07
TƏBİB-in İdarə Heyətinin sədri: Karantində olan vətəndaşların sayı 3 mindən çoxdur
08 Aprel 22:34
Tərtər: koronavirus pandemiyasına qarşı dezinfeksiya işləri qrafik üzrə aparılır
08 Aprel 22:20
Etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadılıb
08 Aprel 22:12
Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
07 Aprel 20:54
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07 Aprel 19:34
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07 Aprel 18:42
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir
07 Aprel 18:40
Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi
07 Aprel 18:38
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
07 Aprel 18:22
Azərbaycanda modul tipli 6 xəstəxana quraşdırılacaq – SƏRƏNCAM
07 Aprel 18:21
Adil Əliyev: Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır
07 Aprel 18:17
Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
07 Aprel 16:50
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07 Aprel 16:48
Vüqar Rəhimzadə: Prezidentin növbəti əfv Sərəncamı böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir
07 Aprel 16:30
Azərbaycanda yeni koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib
07 Aprel 16:22
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
07 Aprel 16:17
Yevlaxda keçirilən növbəti videoqəbul zamanı 30 sakinin müraciəti dinlənilib
07 Aprel 16:14
Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi
07 Aprel 16:02
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
07 Aprel 15:59
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
07 Aprel 15:52
Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir
07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7