Ana səhifə »  Sosial »  Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, kollegiya üzvləri, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Komitə sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib. Prezident İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, ötən il Azərbaycan üçün uğurlu olub, ölkəmiz müxtəlif istiqamətlərdə önəmli yeniliklərə imza atıb.
Dünya dini liderlərinin II Bakı Sammitini dini sahədə 2019-cu ilin ən mühüm hadisələrindən biri kimi qiymətləndirən Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən və 70-dən çox dövlətin nümayəndələrinin qatıldığı tədbirin Azərbaycan üçün birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan olduğunu bildirib.
Ötən il ərzində Dövlət Komitəsinin həyata keçirdiyi maarifləndirmə tədbirləri, dini radikalizmə, xurafata qarşı mübarizə sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan istiqamətlər barədə də danışan DQİDK sədri ölkədə dini durumla bağlı sabitliyin təmin edilməsi, qorunub saxlanması, həmçinin tolerantlıq mühitinin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin Fərmanı və Sərəncamı ilə yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun və Azərbaycan İlahiyyat İnstitutunun ölkəmizdə dini mühitin sağlamlaşdırılması, dini sahə ilə bağlı bəzi boşluqların aradan qaldırılması, eləcə də xalqımızın mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində mühüm rola malik olduqlarını qeyd edib.
Dövlət ilə dini qurumlar arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Komitə sədri cari dövrdə ölkə ərazisində maarifləndirmə işinin geniş miqyasda aparıldığını bildirib. Qeyd edib ki, ötən il 45 mindən artıq insanın qatıldığı 500-ə yaxın tədbirin təşkilində Dövlət Komitəsinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
DQİDK-nın qadınlarla iş sahəsində də fəaliyyətini gücləndirdiyini bildirən M.Qurbanlı 2019-cu ildə ölkənin bir sıra bölgələrində qadınlarla müxtəlif səpkili görüşlər keçirildiyini, maarifləndirici söhbətlər aparıldığını əlavə edib.
Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxışında bildirib ki, hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında dini ayinlərin icraçıları və yerli dindarlarla görüşlər təşkil edilib, İslam dininin düzgün formada təbliği barədə müvafiq tapşırıqlar verilib, yanvar-fevralda din xadimlərinin attestasiyası keçirilib. Dini təyinatlı ədəbiyyatların, əşyaların və başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına ciddi şəkildə nəzarət edilib, dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsiplərini təbliğ edən 78 adda 780 ədəd dini təyinatlı ədəbiyyatın yayılmasının qarşısı alınıb. Məhərrəm ayı ərzində Aşura gününün əsl mahiyyəti, yad dini ideologiyaların xalqımızın mənəvi dəyərlərinə zidd olması barədə maarifləndirici tədbirlər keçirilib, broşürlər çap edilib. İl ərzində maarifləndirmə işinin təşkili məqsədilə 26 dini veriliş hazırlanıb.
Sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadənin 2019-cu ildə görülmüş işlər və ölkədəki mövcud dini durum barədə məlumatları əks etdirən çıxışı dinlənilib. Bildirilib ki, Dövlət Komitəsi tərəfindən respublikada dini durumu hərtərəfli öyrənmək, dini prosesləri izləmək, əsas tendensiyaları müəyyənləşdirmək, radikal dini cərəyanların fəaliyyətinin qarşısını almaq, ölkədəki dini vəziyyətlə bağlı informasiya fondunu genişləndirmək, dini qurumlarla əməkdaşlığın qurulmasını təmin etmək istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Hesabat dövründə Ramazan ayı, Qurban bayramı və Məhərrəmlik mərasimləri zamanı vətəndaşların dini etiqad azadlığının tam təmin olunması, bayram və mərasimlərin milli adət-ənənələrə uyğun şəkildə yüksək səviyyədə təşkili və mənfi halların, xurafat və mövhumat elementlərinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər, xüsusilə maarifləndirmə işi həyata keçirilib. Dövlət Komitəsi hər il olduğu kimi, ötən il də QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək verərək, dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini davam etdirib. 2019-cu ildə 15-i Bakı şəhərində, 18-i isə respublikanın böyük şəhər və rayonlarında olmaqla ümumilikdə 33 yerdə qanvermə aksiyası keçirilib.
Şöbə müdiri qeyd edib ki, hesabat dövründə dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 941-ə çatıb. Bu dini icmalardan 906-sı İslam, 35-i qeyri-İslam təmayüllüdür.
Dinşünaslıq ekspertizası üzrə məlumatlara diqqət çəkən C.Əlifzadə bildirib ki, 2019-cu ildə Dövlət Komitəsinə idxalla əlaqədar daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə gətirilməsinin və yayılmasının qarşısı alınıb.
Şöbə müdiri dini maarifləndirmə istiqamətində aparılan tədbirlərə də diqqət çəkərək bildirib ki, 2019-cu ildə Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə tədbirlər həyata keçirilib.
Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qurumun 2019-cu il üzrə fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, hər il Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin edilmiş din xadimləri Fond tərəfindən maddi dəstəklə təmin olunur. Bu məqsədlə 2019-cu ildə 1021 din xadiminə Fond tərəfindən maddi yardım göstərilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli Sərəncamına əsasən dövlət tərəfindən din xadimləri üçün verilən maddi yardımın məbləği 40 faiz artırılıb.
İcraçı direktor qeyd edib ki, mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə Fond tərəfindən respublikamızın müxtəlif bölgələrində 2 layihə, 23 konfrans, 35 seminar və 8 dəyirmi masa təşkil edilib. 2019-cu ildə dini icmalar tərəfindən təqdim olunan 71 maarifləndirici layihə maliyyələşdirilib.
Ramazan ayında Fond tərəfindən şəhid ailələri və müharibə veteranları üçün iftar süfrələri təşkil edilib, Ramazan və Qurban bayramlarında isə 260 şəhid ailəsinin üzvlərinə və aztəminatlı ailələrə, eləcə də Böyük Vətən və Qarabağ müharibələrinin 50 əlilinə bayram sovqatı verilib. “Bir uşaq - bir ümid” layihəsi çərçivəsində isə 6 uşaq evi ziyarət edilib və məktəbli ləvazimatı, eləcə də müxtəlif hədiyyələr uşaqlara paylanılıb.
Kütləvi informasiya vasitələrində mənəvi dəyərlərin təbliği işini həyata keçirmək məqsədilə isə “ASAN Radio” ilə birgə “Mənəvi dəyərlər” adlı veriliş hazırlanaraq təqdim edilir.
Hesabat dövründə, həmçinin 6 sənədli film və 6 sosial videoçarx hazırlanıb, Fondun maliyyə dəstəyi ilə müxtəlif adda 50-yə yaxın ədəbiyyat nəşr olunub. Fond tərəfindən dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə (012) 1845 nömrəli “Dini sorğu xidməti” yaradılıb.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov çıxışında vurğulayıb ki, hazırda İnstitutda 166 tələbə təhsil alır, həmçinin Nazirlər Kabinetinin Qərarı ilə təhsil müəssisəsinə doktorantura pilləsi üzrə qəbul başlayıb. “Unibook” təhsil informasiya idarəetmə sisteminin tətbiqi ilə bağlı müqavilə imzalanıb.
Sonda Dövlət Komitəsinin 2020-ci ilin birinci yarısı üçün fəaliyyət planı, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində duran məsələlər və iş planı ilə bağlı qərarlar qəbul edilib.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  24-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib
21 Fevral 09:33
Xocalı soyqırımı insanlıq tarixinə ən qəddar kütləvi terror aktlarından biri kimi daxil olub
21 Fevral 09:30
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur
21 Fevral 09:24
Bakıda “Partners and Business” sərgisi keçirilir
21 Fevral 09:23
UNEC brendi Avropada tanınır
21 Fevral 09:20
Xaçmaz, Qusar və Qubada müasir içməli və tullantı su şəbəkələri yaradılıb
20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+4 +7