Ana səhifə »  Sosial »  Prezident Kitabxanasında diasporla bağlı elektron kitabxana layihəsinin təqdimatı olub
A+   Yenilə  A-
Prezident Kitabxanasında diasporla bağlı elektron kitabxana layihəsinin təqdimatı olub

Yanvarın 10-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan diasporu” elektron kitabxana layihəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində kitabxananın və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, həmçinin Azərbaycan diasporu ilə bağlı tədqiqat aparan alimlər iştirak ediblər.
Tədbiri kitabxananın direktoru Mayıl Əhmədov açaraq yeni layihə haqqında məlumat verib. Bildirib ki, azərbaycanlılar zaman-zaman müxtəlif səbəblərdən dünyanın bir sıra ölkələrinə səpələniblər. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişlənib və Azərbaycan diasporunun təşkilatlanmasının yeni mərhələsi başlanıb. Bu gün dövlətimiz onun ərazisindən kənarda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə təminat verir və onlara hamilik edir.
M.Əhmədov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd edilməsi, dünya azərbaycanlılarının qurultaylarının və forumlarının keçirilməsi, Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının qəbul edilməsi, diaspor sahəsində qanunvericilik aktlarının təkmilləşdirilməsi, dövlətimizin başçısının diaspor təşkilatlarının nümayəndələri ilə müntəzəm olaraq görüşlərinin keçirilməsi Prezident Kitabxanasının mövcud elektron resursunun yenidən sistemləşdirilərək və materiallarla zənginləşdirilərək elektron kitabxana kimi oxuculara təqdim edilməsini zəruri edib.
Qeyd edilib ki, istifadəçilərə təqdim edilən “Azərbaycan diasporu” elektron kitabxanası 7 fəsildən və 19 bölmədən ibarətdir. “Tarix” adlanan və beş bölmədən ibarət birinci fəslin “Mühacirət tarixi” adlanan bölməsində Azərbaycan diasporunun təşəkkül və formalaşmasına səbəb olan amillər təhlil edilir, müəyyən ictimai-siyasi, sosial-iqtisadi və digər səbəblər nəticəsində tarixi-etnik ərazilərindən kənara zorla, yaxud könüllü mühacirət edərək, xaricdə kompakt icma halında yaşayan, milli-mədəni mənsubiyyətini qoruyub saxlayan və inkişaf etdirən, tarixi vətəni ilə mütəmadi əlaqələr quran həmvətənlər haqqında məlumat verilir. Hazırda Azərbaycan Respublikası da daxil olmaqla, dünyanın 70-dək ölkəsində təqribən 50 milyona yaxın azərbaycanlının yaşadığı qeyd edilir. Bu fəslin “Sovet dövrü” adlanan bölməsində 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Xalq Cümhuriyyətinin qurucularına və dövlət orqanlarında çalışanlara qarşı kütləvi həbslər həyata keçirilməsi nəticəsində Sovet Azərbaycanından ilk mühacirət dalğasının başlaması, təqiblərdən canını qurtaranlar və onların ailə üzvləri müxtəlif yollarla xarici ölkələrə, əsasən də Türkiyəyə qaçmaları haqqında məlumat verilir. Bu bölmədə, həmçinin mühacir təşkilatlarının yaranması, mühacir mətbuatı, XX əsrin 80-ci illərində fəaliyyət göstərən Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni Əlaqədar Cəmiyyəti haqqında da ətraflı məlumatlar yer alıb. “Müstəqillik dövrü” adlanan bölmədə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı görülən işlər, Dünya Azərbaycanlılarının qurultayları barəsində istifadəçilər ətraflı məlumatlandırılır. Bu fəslin “Heydər Əliyev və Azərbaycan diasporu” adlanan bölməsində Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı, Ümummilli Liderin Azərbaycan diasporunun nümayəndələri ilə görüşlərdə çıxışları və nitqləri, xaricdə yaşayan soydaşlarımıza ünvanlandığı müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları, dünya azərbaycanlılarının Heydər Əliyevə təbrikləri və müraciətləri öz əksini tapır. “Prezident İlham Əliyev və Azərbaycan diasporu” adlanan beşinci bölmədə dövlət başçısının Azərbaycan diasporunun nümayəndələri ilə müxtəlif görüşlərdə çıxışları və nitqləri, o cümlədən ötən ilin dekabrında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşündə çıxışı, diaspor nümayəndələrinin qəbulları haqqında materiallar, xaricdə yaşayan soydaşlarımıza müraciətləri, diaspor təşkilatlarına və soydaşlarımıza məktubları toplanılıb.
Elektron kitabxananın “Azərbaycançılıq” adlanan ikinci fəslində azərbaycançılıq ideologiyasının mahiyyəti haqqında məlumat verilir, bu ideyanın əsrlər boyu formalaşan çoxmillətli Azərbaycan xalqını birləşdirən, müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edən bir dəyərlər sistemi olduğu vurğulanır.
“Qurultaylar və Forumlar” adlanan üçüncü fəslin birinci bölməsində dünya azərbaycanlılarının I, II, III, IV qurultaylarının sənədləri və materialları ayrıca bölmələr şəklində öz əksini tapır. İkinci bölmədə isə “Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu” haqqında materiallar da ayrıca bölmə şəklində istifadəçilərə təqdim edilir.
Elektron kitabxananın “Qanunvericilik” fəsli dörd bölmədən ibarətdir. “Qanunlar” adlanan birinci bölmədə xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının Qanunlarının, “Fərmanlar” bölməsində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti ilə bağlı sənədlərin tam mətnləri öz əksini tapır. “Sərəncamlar” bölməsində Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə diaspor fəallarının təltif edilmələri ilə bağlı və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının mətnləri yerləşdirilib. “Qərarlar” bölməsində isə parlamentin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə qəbul etdiyi qərarların və Nazirlər Kabinetinin Diasporla İş üzrə Dövlət Komitəsi haqqında qərarlarının mətnləri əks etdirilir.
“Diaspor təşkilatları” fəslində Diasporla İş üzrə Dövlət Komitəsinin materialları əsasında 48 ölkədə fəaliyyət göstərən 556 diaspor təşkilatı, onların rəhbərləri, ünvanları və əlaqə vasitələri haqqında yığcam məlumatlar istifadəçilərə təqdim edilir.
“Elektron resurslar” adlanan fəsildə Azərbaycan diasporu haqqında 1500-dən artıq kitab və seçmə məqalənin elektron versiyaları yerləşdirilib.
Elektron kitabxananın “Biblioqrafiya” fəsli üç bölmədən ibarətdir. “Kitablar” bölməsində bu mövzuda Azərbaycan, rus və ingilis dillərində 130-dan artıq kitabın, “Avtoreferatlar” bölməsində 18 avtoreferatın, “Dövri mətbuat” bölməsində isə 3 minə yaxın məqalənin biblioqrafik təsviri verilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdimat mərasimində çıxış edərək xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor quruculuğu istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən söhbət açıb. Bildirib ki, Dövlət Komitəsinin dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.
“Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Biz bu istiqamətdə mühüm işlər görürük. Diaspor işi ideoloji iş olduğundan biz bu məsələyə diqqətlə yanaşmalıyıq. Nəzərə alsaq ki, bu gün ermənilər bizə qarşı həm də informasiya müharibəsi aparır, buna görə daha diqqətli olmalıyıq. Bu baxımdan da bu kimi layihələr mühüm əhəmiyyət kəsb edir”, - deyə F.Muradov vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının I qurultayı Ulu Öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülüb, Azərbaycan daha da güclənib, bizim imkanlarımız artıb. Qeyd edib ki, əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.
Müzakirələrdə çıxış edən digər natiqlər təqdim edilən layihə barəsində fikirlərini söyləyib və təkliflərini bildiriblər.
“Azərbaycan diasporu” elektron kitabxanası http://diaspora.preslib.az/ subdomenində yerləşdirilib və müntəzəm olaraq yenilənir.

 
  • Oxunub:  2040  |  
  • Tarix:  11-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb

18 Yanvar 18:52
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18 Yanvar 15:07
Əli Əhmədov: 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir
18 Yanvar 15:01
YAP İcra Katibliyində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
18 Yanvar 14:20
99 saylı Şəmkir kənd seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nurlan Həsənov seçiciləri ilə ilk görüşünü keçirib
18 Yanvar 14:16
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi Sahibə Qafarova seçicilərlə ilk görüşlərini keçirib
18 Yanvar 14:13
Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 13:14
Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur
18 Yanvar 13:10
14 saylı Xəzər seçki dairəsində 76 müşahidəçi qeydiyyatdan keçib
18 Yanvar 13:01
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
18 Yanvar 12:55
109 saylı Balakən seçki dairəsindən YAP-ın deputatlığa namizədi Nəsib Məhəməliyevin seçicilərlə görüşü keçirilib
18 Yanvar 12:53
Gəncənin deputatlığa namizədi Pərvin Kərimzadə 100 yaşlı seçicisinin xeyir-duasını alıb
18 Yanvar 12:50
Sosial sahədə aparılan islahatlar bu il daha geniş miqyasda davam etdiriləcək
18 Yanvar 12:42
Deputatlığa namizəd Sevinc Fətəliyevanın Hövsan seçiciləri ilə görüşü keçirilmişdir
18 Yanvar 12:38
Parlament seçkilərinə qatılan namizəd qadınların sayında artım müşahidə olunub
18 Yanvar 12:36
Dövlət Turizm Agentliyinin sədri Şəkidə vətəndaşlarla görüşüb
18 Yanvar 11:59
Seçkiqabağı təşviqat necə aparılmalıdır, nələr qadağandır?
18 Yanvar 11:39
Suat Önal: "Azərbaycanda parlamentin yenilənməsi ölkənin inkişafına əlavə impuls verəcək"
18 Yanvar 11:17
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin şanlı qəhrəmanlıq səhifəsidir
18 Yanvar 11:15
Seçki hüququnun pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarlar başlayıb
18 Yanvar 11:11
Seçki ilə bağlı daxil olan şikayətlərin sayı açıqlandı
18 Yanvar 11:09
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri AMEA-nın əməkdaşları ilə görüşüb
18 Yanvar 11:08
Azərbaycan regionun qüdrətli dövlətidir
18 Yanvar 11:06
"Edilən müraciətlər qərəzsiz, dəqiq, obyektiv araşdırılır" - MSK rəsmisi
18 Yanvar 10:17
2019-cu il Azərbaycanda dərin islahatlar ili kimi tarixə düşüb
17 Yanvar 22:55
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
17 Yanvar 21:46
Azərbaycan Dilqəm Əsgərovun və Şahbaz Quliyevin qanunsuz həbsi ilə bağlı BMT baş katibinə məktub göndərib
17 Yanvar 21:44
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq bütün əsas istiqamətlərdə yüksələn xətt üzrə inkişaf edib
17 Yanvar 21:30
Nazirlər Kabinetində əmək münasibətlərinin tənzimlənməsinə həsr olunmuş müşavirə keçirilib
17 Yanvar 21:22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
17 Yanvar 21:16
20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir
17 Yanvar 17:34
MİDA və YAP Nəsimi rayon təşkilatı 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər ilə görüş təşkil edib
17 Yanvar 17:32
66 saylı Biləsuvar seçki dairəsində 106 müşahidəçi qeydiyyatdan keçib
17 Yanvar 17:17
“İrəli” İctimai Birliyinin “Könüllülər ili” ilə əlaqədar fəaliyyət planı müzakirə olunub
17 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon gəncləri ilə görüş keçirib
17 Yanvar 16:51
MSK nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilib
17 Yanvar 16:41
RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Bakıya “Əmək rəşadəti şəhəri” adı verilməsini təklif edib
17 Yanvar 16:31
Siyasi analitik: "Seçkiqabağı təbliğat və təşviqat dövründə gənclər öz potensiallarını göstərməlidirlər"
17 Yanvar 16:29
YAP Goranboy rayon təşkilatı təbliğat kampaniyasına start verib
17 Yanvar 16:26
17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə deputatlığa namizəd Elnur Allahverdiyev seçicilərlə ilk görüşünü keçirib
17 Yanvar 16:15
AMEA-nın Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunan tədbir keçirilib
17 Yanvar 16:11
Naqif Həmzəyev: Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil
17 Yanvar 16:08
Xətai rayonunda YAP-ın namizədlərinin seçki qərərgahı təbliğat-təşviqat kampaniyasına start verdi
17 Yanvar 16:06
Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
17 Yanvar 16:03
Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb
17 Yanvar 15:59
Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunları müzakirə olunub
17 Yanvar 15:58
Millət vəkili seçilərəmsə əlimdən gələni edəcəm ki, insanlar mənə səs verdikləri üçün təəssüflənməsinlər
17 Yanvar 15:53
Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub
17 Yanvar 15:51
Qida Təhlükəsizliyi Agentliyi ötən ilin yekunları ilə əlaqədar hesabat verib
17 Yanvar 15:45
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr edilmiş kitabların və elektron məlumat bazasının təqdimatı olub
17 Yanvar 15:41
Yeni Azərbaycan Partiyası pulsuz efir hüququndan imtina ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etdi
17 Yanvar 15:35
Yeni Azərbaycan Partiyası öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir
17 Yanvar 15:31
YAP Oğuz rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 15:30
“Aparılan islahatlar parlament seçkilərində gənclərin yeni ideyalarla iştirakına stimul verəcək” - Arye Qut
17 Yanvar 15:26
AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 15:18
Hüseynbala Mirələmov: 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan edilməsinin böyük rəmzi mənası var
17 Yanvar 15:16
Qazaxıstanlı ekspert: “Azərbaycandakı seçkilər digər ölkələr üçün müsbət nümunə olacaq”
17 Yanvar 15:03
Naftalanda da YAP üzvləri fəallıqları ilə fərqlənirlər
17 Yanvar 14:57
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17 Yanvar 14:56
İlahiyyat İnstitutunda qış imtahan sessiyası davam edir
17 Yanvar 14:52
Şəmkirdə 3 istiqamət üzrə 32,9 kilometrlik yol yenidən qurulub
17 Yanvar 14:46
YAP Samux rayon təşkilatı təbliğat kampaniyasına başlayıb
17 Yanvar 14:43
YAP Xəzər rayon təşkilatı təbliğat-təşviqat kampaniyasına start verib
17 Yanvar 14:34
Prezidentin köməkçisi: Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı cəfəng fikirlər söyləmək əvəzinə lazımi addımları atmalıdır
17 Yanvar 14:29
Gəncədə seçkiqabağı təşviqat kampaniyasına start verildi
17 Yanvar 14:25
Pərvin Kərimzadə: Ölkəmizin MDB tarixində ən böyük sosial paketə imza atıb
17 Yanvar 14:23
Hikmət Hacıyev: Aİ-nin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ardıcıl mövqeyini yüksək qiymətləndiririk
17 Yanvar 14:20
Ukraynalı jurnalist: Azərbaycanın yeni parlamenti ölkədə aparılan islahatlara müvafiq olacaq
17 Yanvar 14:14
Xaçmazda 9 fevral 2020-ci il tarixdə keçiriləcək Milli Məclisə seçkilərə təbliğat-təşviqat kompaniyasına start verildi
17 Yanvar 14:12
Ravalpindidə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü keçirilib
17 Yanvar 14:08
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA