Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq

Heydər Əliyevin əziz xatirəsi daim ürəklərdə yaşayacaq

13.12.2019 [09:58]

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar olaraq Qubadlı Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə anım mərasimi keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ veteranları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Qubadlı Rayon İcra Hakimiyyətinin foyesindəki büstünün önünə gül dəstələri düzüb, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Anım tədbirində çıxış edənlər dahi siyasətçi Heydər Əliyevin həyat yolundan, Onun müasir Azərbaycan dövlətinin qorunub saxlanması və inkişafındakı rolundan bəhs ediblər. Çıxışlarda Ulu Öndərin müasir dövlətçilik tariximizdə quruculuq və xilaskarlıq missiyasından, apardığı daxili və xarici siyasətdən danışılıb, dahi rəhbərin Azərbaycan dilinin, mədəniyyətin, elminin inkişafına diqqət və qayğısından söz açılıb.
Bildirilib ki, bu gün Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında yürütdüyü siyasət Azərbaycan dövlətini işıqlı gələcəyə doğru aparır. Azərbaycanda bütün sahələr inkişaf edir və dövlətimiz daha da güclənir, eyni zamanda, əhalinin sosial vəziyyəti ilbəil yaxşılaşır. Bu inkişaf məcburi köçkünlərin həyatında da özünü göstərir.
Çıxışlarda vurğulanıb ki, zaman keçdikcə Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərin möhtəşəmliyi, xalqımızın qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasi tədbirlərin əhəmiyyəti daha aydın görünür. Ulu Öndər Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün çiçəklənən bir dövləti - müstəqil Azərbaycanı miras qoyub. Xalqımız dahi rəhbərini heç zaman unutmayacaq, Onun əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31