Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib

Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib

07.12.2019 [10:13]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə yevlaxlılar da yüksək əhval-ruhiyyə ilə qoşulublar. Genişmiqyaslı kampaniya çərçivəsində dekabrın 6-da keçirilən aksiyada rayon ərazisində minlərlə ağac əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şairin irsinin daha geniş təbliği, eyni zamanda, yaşıllıqların artırılması, ekoloji mühitin sağlamlaşdırılması məqsədi daşıyan bu nəcib və xeyirxah aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayonda əvvəlcədən ciddi hazırlıq işləri görülüb. Ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, çalalar qazılıb, arxlar çəkilib.
Yevlaxlılar dekabrın 6-da ağacəkmə kampaniyasına şəhər mədəniyyət işçilərinin səsləndirdiyi musiqi sədaları altında başlayıblar. Rayon ictimaiyyətinin nümayəndələri, əmək kollektivləri, gənclər, ziyalılar, sadə vətəndaşlar bu xeyirxah aksiyada ruh yüksəkliyi ilə iştirak ediblər. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması həyata keçirilib.

Paylaş:
Baxılıb: 296 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30