Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İsmayıllı məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub zonasına yollanıblar

İsmayıllı məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub zonasına yollanıblar

14.11.2019 [09:31]

İsmayıllı məktəbliləri “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 13-də Azərbaycanın cənub zonasına - Lənkəran, Masallı və Astara rayonlarına yola salınıblar. Tur-aksiyaya 40 nəfər IX-XI sinif şagirdi qatılıb. Onları 4 müəllim və 1 həkim müşayiət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolasalma mərasimindən öncə iştirakçılar şəhərin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları, müəllimlər və valideynlərlə görüş olub. Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova görüşdə dövlət başçısının təhsilə göstərdiyi qayğıdan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi önəmdən, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının siyasi və tarixi əhəmiyyətindən danışıb.
İsmayıllı şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Afət Vəliyevanın anası Ofelya Alıyeva çıxış edərək deyib: “Xoşbəxt valideynlərik ki, övladlarımız hərtərəfli qayğı ilə əhatə olunub. Tur-aksiya da bu qayğının bir təzahürüdür. Bu gün uşaqlarımızı Lənkərana yola salırıq. Dörd gün ərzində onlar Lənkəran, Masallı və Astara rayonlarında olacaq, o bölgənin görməli yerlərini gəzəcək, xoş və mənalı istirahət edəcəklər. Bütün bunlara görə Prezidentimizə minnətdarıq”.
Təzəkənd tam orta məktəbin IX sinif şagirdi Aysel Bağırlı isə çıxışında deyib: “Yaxşı təhsil almaq üçün səylə çalışırıq. Vətəni dərindən sevmək üçün onun hər bölgəsini yaxından tanımaq lazımdır. Bu tanışlıq üçün Prezidentimizin təşəbbüsü ilə həyata keçirilən tur-aksiya bizə geniş imkanlar açır”.
İsmayıllı şəhər 5 saylı məktəbin X sinif şagirdi Rauf Xəlilov deyib: “Biz bölgələrimizi dərsliklər, coğrafiya və tarix müəllimlərinin vasitəsilə tanıyırıq. Bu, hələ tam tanışlıq deyil. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiya Vətənimizi, onun bir-birindən fərqli, zəngin guşəsini tanımaqda biz şagirdlərə geniş imkanlar verir. Söz veririk ki, daha yaxşı oxuyacaq, Azərbaycanımıza layiq övladlar olacağıq”.
Sonda tur-aksiya iştirakçıları avtobusa əyləşib, Lənkəran-Masallı-Astara marşrutu üzrə yola düşüblər.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31