Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ədliyyə orqanları tərəfindən uşaqlara qayğı göstərilir

Ədliyyə orqanları tərəfindən uşaqlara qayğı göstərilir

07.11.2019 [09:04]

20 noyabr - Ümumdünya Uşaqlar Günü və BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə ölkəmizdə elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən “Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondu və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə Bakı şəhəri Xətai rayonundakı 3 saylı uşaq evində təntənəli tədbir keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə işçilərinin peşə bayramı ərəfəsində keçirilən tədbirdə çıxış edən nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi R.Kərimova Azərbaycanda uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqların təhsilinin, sağlamlığının, sosial müdafiəsinin gücləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanların yaradıldığını vurğulayıb.
Sonra uşaqlara hədiyyələr - oyuncaqlar, şirniyyatlar, geyim əşyaları, habelə rəssamlıq ləvazimatları təqdim edilib və onlar üçün bayram süfrəsi təşkil olunub.
Tədbir gənc musiqiçilərin ifasında milli musiqilər və rəqslərlə davam etdirilib.

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30