Ana səhifə »  Sosial »  Hər daşında bir tarix yatan Dənizli
A+   Yenilə  A-
Hər daşında bir tarix yatan Dənizli

Türkiyənin Dənizli şəhəri böyük bir ərazini əhatə edən Azərbaycan Qarabağ Parkı və Xocalı Soyqırımı abidəsi ilə xalqımıza sevgisini açıq şəkildə nümayiş etdirir

 

Bu vaxta kimi jurnalist fəaliyyəti ilə əlaqədar qardaş Türkiyənin müxtəlif bölgələrində səfərlərdə olmuşam. Budəfəki səfərim isə həm mahiyyətinə, həm də zamana görə fərqlənirdi. Belə ki, 15 gün çəkən bu səfərimin əsas səbəbi qızım Şəmsiyənin Türkiyə bursları proqramı ilə Dənizli şəhərindəki Pamukkale Universitetində oxumaq hüququ əldə etməsi idi. Amma qızımın universitetə yerləşməsi məqsədilə getdiyimiz Dənizlidə - hər daşında bir tarix yatan, ən əsası isə, Azərbaycana xüsusi önəm verən bu türk yurdunda müşahidə etdiklərimi qələmə almağa qərar verdim. Düşünürəm ki, səfər təəssüratları dəyərli oxucularımız üçün də maraqlı olacaq.

 

“Bizim üzərimizə düşən əsas vəzifə əcdadlarımızın əmanəti olan bu vətənə, bayrağa hər zaman sahib çıxmaqdır”

 

Beləliklə, öz coğrafi mövqeyinə, tarixiliyinə və turizm imkanlarına görə xüsusilə fərqlənən, 31.12.2018-ci il tarixə olan məlumata görə, 1 milyon 27 min 782 nəfərin yaşadığı Dənizliyə bizi gətirən təyyarə sentyabrın 10-da Çardak hava limanına enəndə günəşli, təmiz bir diyara qədəm qoyduğumuzun fərqinə vardıq. Hava limanının adından söz düşmüşkən, bu, bizim də bildiyimiz çardaq sözünü özündə ehtiva edir. Belə ki, hava limanının yerləşdiyi ərazidə Çardak adlı kənd var və elə həmin kəndin adını da hava limanına veriblər. Ümumiyyətlə, hər daşında bir tarix yatan Dənizlidə qədim türk sözləri ilə adlanan, yaxud türklüyün simvollarını öz adında əks etdirən çox yer, o cümlədən Bozkurt adlı qəsəbə, Oğuzlar, Sofular, Akınçılar, Bayat, Akhan və s. adlı kəndlər var. Akhanla bağlı sonda daha ətraflı məlumat verəcəm. Hələlik isə qeyd edim ki, ümumilikdə Dənizli hər daşında türk ruhunu, dahi Atatürkün ruhunu yaşadır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Dənizlinin ayrı-ayrı yaşayış məskənlərindəki, kəndlərindəki istər qurd başlı, istərsə də bəzilərinin üzərində qədim türklərə xas təsvirlərin, tamğaların, bəzilərinin isə kayıların təsdiq simvolu sayılan İYİ işarəsinin olduğu qədim məzar daşları və qayaüstü rəsmlər də hələ dördüncü və beşinci əsrlərdən bu ərazilərin türk yurdu olduğunu təsdiqləyir. Belə ki, aparılan tarixi-arxeoloji araşdırmalar nəticəsində zaman-zaman Dənizlidə Qara dənizin şimalından köç edən bir çox qədim türk boylarının - Qıpçaq, Kuman, Peçenek, Doqquzoğuz, Hun-Türk boylarının, o cümlədən Xəzər türklərinin yaşadığını isbat edən faktlar ortaya çıxıb.
Qeyd etmək yerinə düşər ki, Dənizli istər türklərin möhtəşəm qələbə qazanaraq Anadoluda daimi yerləşməsində, istərsə də Mustafa Kamal Atatürkün rəhbərliyi ilə aparılan İstiqlal savaşında mühüm məkan, açar rolunu oynayıb. Elə Dənizlidə olduğumuz günlərdə də türklərin tarixindəki önəmli müharibələrdən biri olan Miryokefolon savaşının 843-cü ildönümü qeyd olunurdu. Bununla bağlı keçirilən elmi konfransdakı giriş nitqində Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanı Osman Zolan türklərin bu müharibədəki qələbəsinin mühüm əhəmiyyət kəsb etdiyini dedi: “Əcdadlarımız çox dəyərli bir yeri bizlərə Vətən olaraq qoyub gediblər. Bizim üzərimizə düşən əsas vəzifə isə əcdadlarımızın əmanəti olan bu vətənə, bayrağa hər zaman sahib çıxmaqdır”.
Açılış nitqindən sonra elmi məruzələrlə çıxış edən Pamukkale Universitetinin müəllimləri - Prof.Dr. Yusuf Kılıç, Prof.Dr. Turqut Tok, Prof.Dr. Mithat Aydın, Prof.Dr. Hasan Kara və başqaları sözügedən müharibənin gedişi ilə bağlı tarixi faktlara nəzər saldılar. Bildirildi ki, 17 sentyabr 1176-cı ildə Səlcuqlu sultanı ikinci Qılıcarslan bu ərazilərdən türkləri yox etmək niyyəti ilə yürüşə çıxan Bizans imperatoru Manueli məğlub edib. Konfransın aparıcısı, Prof.Dr. Mithat Aydının bildirdiyi kimi, məhz bu qalibiyyət türklərin Anadoluda əbədi qalmasını təmin etdi: “1071-ci ildə Malazgird müharibəsi ilə Anadolunun qapısını açan türklər 1176-cı ildə Miryokefolon qələbəsi ilə Anadolunun “tapu”sunu (çıxarış) almış oldular”.

Bu diyarın İstiqlal savaşı dönəmində oynadığı mühüm rola gəlincə, Dənizli Böyükşəhər Bələdiyyəsi Kültür Turizm və Tanıtım Dairəsi (Mədəniyyət və Turizm İdarəsinin rəisi-N.A) başqanı Hudaverdi Otaklının məlumatına görə, İzmirin 1919-cu ilin mayında yunan əsgərləri tərəfindən işğalından sonra Dənizli müftisi Əhməd Hulusi Əfəndi dənizlililəri Bayramyeri meydanına toplayaraq işğalçılara qarşı mübarizə aparmaq barədə fətva verib: “Beləliklə, “silahı olmayanlar belə əllərinə üç daş götürərək düşmənə qarşı mübarizəyə qalxsın” deyən Əhməd Hulusi Əfəndi milli azadlıq mübarizəsinin atəşini yandıran ilk şəxs olub. Həmin vaxt qaldırılan bayraq da hazırda Dənizli Bələdiyyəsinin binasında saxlanılır”.

 

Coğrafi mövqeyi, şanlı tarixi və turizm potensialı ilə fərqlənən Dənizli

 

Hudaverdi Otaklı bildirdi ki, Dənizli bu gün öz inkişafına görə İzmirdən sonra Ege bölgəsinin ikinci böyük şəhəridir. Hazırda öz coğrafi mövqeyi, tarixi və turizm potensialı ilə bir dünya şəhəri kimi dəyərləndirilən, Türkiyənin ən böyük şüşə heykəlinin yerləşdiyi Dənizli həm də “Ağ cənnət” - Pamukkale, “müqəddəs qədim şəhər” - Hierapolis, dünyada məşhur nekropollar, krallar şəhəri kimi tarixə düşən Laodikeia, antik dövrün tibb və inanc mərkəzi Tripolis, Ege bölgəsinin ən gözəl parkı - İncilipınar Parkı, tekstil sənayesi, Kəloğlan və Kəklik mağaraları, Cənub şəlaləsi, Yayla Turizm Mərkəzi, flaminqolar diyarı Acıgöl, təbiət möcüzəsi İşıqlı göl, rəqs və musiqiləri, ləziz mətbəxi və s. ilə məşhurdur. Bundan başqa, Ege bölgəsinin ən böyük dağı Honaz dağı da məhz burada yerləşir.
Bir sözlə, hazırda Dənizli hər keçən gün daha da modernləşərək və inkişaf edərək dahi Atatürkün görməyi arzuladığı şəhər olub. Bütün bunlara görə də Dənizli Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə xüsusi təşəkkür düşür. İnkişafla yanaşı, şəhərin təmizliyinə də xüsusi diqqətlə yanaşan bələdiyyə, eyni zamanda, insanların hətta oturub dincələndə belə oxuyub-öyrənmələri üçün addımlar atır. Məsələn, parklardan birində dincəlmək üçün əyləşdiyimiz oturacaqlar üzərindəki yazı və şəkillərlə diqqətimizi çəkdi. Həmin oturacaqların hər birində məşhur bir türk ziyalısı haqqında məlumat yerləşdirilmişdi. Yəni parkda istirahət edənlər istər-istəməz Türk dünyasının dahi şəxsiyyətlərinin, ziyalılarının həyat və yaradıcılığı haqqında məlumat da əldə edə bilərlər. Oxumaqdan söz düşmüşkən, gündən-günə nüfuzu artan, hər keçən gün daha bir uğur qazanan Pamukkale Universitetinin timsalında həm də bir tələbə şəhəri halına gələn Dənizlidə kitabxanalara, həmçinin teatr və mədəniyyətin digər sahələrinə də xüsusi önəm verildiyinin şahidi olduq.

 

Dənizlidəki Azərbaycan Qarabağ Parkı böyüklüyünə və əsrarəngiz gözəlliyinə görə fərqlənir

 

Dənizliyə səfər edənlərin, xüsusilə azərbaycanlıların diqqətini cəlb edən ilk yerlərdən biri şəhərin mərkəzində yerləşən,böyüklüyü və əsrarəngiz gözəlliyi ilə fərqlənən Azərbaycan Qarabağ Parkıdır. Hudaverdi bəyin “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdiyi kimi, Dənizlinin mərkəzi bölgəsində yerləşən park böyük bir ərazini (12,3 hektar) əhatə edir: “Park şəhərimizin ana arteriyalarından biri olan 50 m genişliyindəki Ali Marım bulvarının hər iki tərəfini əhatə edir. Dənizli Böyükşəhər Bələdiyyəsinin 19.04.2016-cı il tarixli 555 saylı qərarı ilə əraziyə “Azərbaycan Qarabağ Parkı” adı verilib”.
Ərazisinin 70 faizini yaşıllıq təşkil edən, insanların dincəlməsi üçün hər cür şəraitin yaradıldığı parkın xüsusi bir özəlliyi də var ki, bu da orada yerləşən Xocalı Soyqırımı abidəsidir: “4 noyabr 2016-cı il tarixində parkın açılışı ilə eyni gündə bu abidənin də açılışı oldu. Qranitlə hazırlanmış bünövrədən və ay-ulduz içərisində olan ana harayı heykəlindən ibarət abidənin açılışında Türkiyənin bir sıra ictimai-siyasi xadimləri, həmçinin Azərbaycandan hörmətli millət vəkili Qənirə Paşayeva da iştirak etdi. Hər il fevralın 26-da bu abidənin önünə toplaşaraq Xocalı soyqırımının qubanlarının xatirəsini yad edirik”.

 

Dənizli məktəblilərindən Xocalı soyqırımı ilə bağlı önəmli addım

Yeri gəlmişkən, bu abidənin qoyulması təklifi Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyinin müəllim və şagird heyətindən gəlib. Belə ki, Türk dünyasına, o cümlədən Azərbaycana xüsusi önəm verən Fevzi Yetikin müdiri olduğu liseyin tarix müəllimi Sədat Sərdaroğlunun təşəbbüsü ilə bu təhsil ocağının şagirdlərindən ibarət “Xocalı çalışma qrupu” adlı dərnək yaradılıb. S.Sərdaroğlu deyir ki, əvvəllər dərnək üzvləri Xocalı soyqırımı ilə bağlı lisey səviyyəsində tədbirlər keçirsələr də, sonradan bu işlər daha geniş miqyasda davam etdirilib: “Mən harada işləmişəmsə, Türk dünyasının başına gətirilən facilər, o cümlədən Xocalı soyqırımı haqqında gələcək nəsillərin daha çox bilik əldə etməsinə çalışmışam. Biz türklər düşmənlərimizi yaxşı tanımalıyıq ki, gələcəkdə təkrar faciələrə tuş gəlməyək. Bu dərnəyi də məhz həmin məqsədlə yaratmışıq. Əvvəl lisey daxilində fəaliyyətlə kifayətlənirdik. Amma Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində şəhərimizdə abidə ucaldılması ilə bağlı Dənizli Böyükşəhər Bələdiyyəsinin başqanına məktub yazdıq və təklifimiz müsbət qarşılandı”.
Elə abidənin eskizi də Sədat Sərdar oğlu, liseyin rəsm müəllimi Feriştah Selcen və şagirdlər tərəfindən hazırlanıb. Eyni zamanda, faciəyə həsr olunmuş fotosərgi, konfrans keçirilib və şagirdlər “25-ci ilində Xocalı soyqırımı” adlı xüsusi qəzet buraxıblar. Faciənin 25-ci ildönümünə bir həftə qalmış isə dərnək üzvləri Türkiyədə fəaliyyət göstərən bütün xarici ölkələrin səfirliklərinə soyqırımı haqqında məlumatın əks olunduğu elektron müraciət ünvanlayıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət!” kampaniyasına dəstək xarakteri daşıyan bu aksiya sonrakı illərdə də davam etdirilib: “Hazırda da “Facebook” və Tvitterdə “Xocalı çalışma qrupu” adlı səhifələrimiz var. Fəaliyyətimiz davam edir”.

Həmin vaxt F.Selcenin çəkdiyi, Xocalı soyqırımına həsr olunmuş rəsm əsəri isə hazırda liseyin birinci mərtəbəsinin foyesində yerləşdirilib. Digər mərtəbələri isə Çanaqqala savaşına, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə İstiqlal savaşına həsr olunmuş rəsmlər, həmçinin tarix boyu mövcud olmuş türk dövlətlərinin bayraqları bəzəyir.

 

Türkcənin inkişafına xidmət edən diyar

 

Dənizli həm də türkcənin dünyada yayılmasına göstərdiyi xidmətə görə fərqlənir. Belə ki, türkcənin dünyada daha geniş istifadəsini təmin etmək məqsədi ilə Dənizli Böyükşəhər Bələdiyyəsi, Dənizli Valiliyi və TRT-nin işbirliyi nəticəsində keçirilən Türkcəvizyon Festivalı hər il müxtəlif ölkələrdən olan yüzlərlə sənətçini məhz bu şəhərdə bir araya gətirir.
Türkcəyə verilən xüsusi önəm Pamukkale Universitetinin fəaliyyətində də əhəmiyyətli yer tutur. Belə ki, türkcənin geniş şəkildə öyrənilməsi üçün Universitetin Fən-Ədəbiyyat fakültəsinin nəzdində yaradılan Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümü tərəfindən mühüm addımlar atılır. Prof. Dr. Nərgis Birayın rəhbərlik etdiyi bu bölüm bir növ bütün türk xalqlarının təmsilçilərinin bir araya gəldiyi ocağı xatırladır. Nərgis xanım deyir ki, burada müxtəlif araşdırmalar aparılır: “2013-2014-cü illərdə qurulan bölümümüzün əsas fəaliyyəti Türk dünyasında əlaqələrin, dil bağlarının güclənməsinə yardım etməkdir. Bu günə qədər bölümümüzün “Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları” magistr proqramı çərçivəsində 18 məzunumuz olub. Hazırda isə bölümümüzdə türk dünyasının fərqli ölkələrindən gələn 20-dən çox tələbəmiz bakalavr və magistr təhsili alır. Bu ildən etibarən isə “Tarixi və Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları” doktorluq proqramımız çərçivəsində qəbul həyata keçiririk. Eyni zamanda, bölümümüzün Türk dünyasının müxtəlif ölkə və topluluqlarındakı 14 universitet ilə anlaşması var. Hazırda da bu istiqamətdə fəaliyyətlərimiz davam edir və bu məsələdə Azərbaycanla əməkdaşlığa xüsusi önəm veririk. Onu da deyim ki, ötən müddət ərzində bölümümüzdə Azərbaycanla bağlı bir neçə konfrans və seminar keçirilib”.

 

Türkün törəsindən xəbər verən Yörük Toyu Festivalı

 

Dənizlidə olarkən maraqlı bir mərasimin - Dənizli Böyükşəhər Bələdiyyəsi və Dənizli Yörükləri Dərnəyinin təşkil etdiyi Yörük Toyu Festivalının da iştirakçısına çevrildik. Yörük Toyu Festivalı türkün qədimlərdən bu günə gələn bütün adət və ənənələrini nümayiş etdirir. Beləliklə, Ədalət Parkında keçirilən həmin festivalın açılışında Mərkəzəfəndi kaymakamı Dr. Adəm Uslu, Dənizli Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Mustafa Gökoğlan, Dənizli Böyükşəhər Bələdiyyəsi Kültür Turizm və Tanıtım Dairəsi başqanı Hudaverdi Otaklı, Pamukkale Universiteti Fən-Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı bölümünün müəllimi, Prof.Dr. Turqut Tok, Dənizli Yörükləri Dərnəyinin başqanı Yaşar Cəlal Ceylan, Doc.Dr. Devrim Akkaya çıxış etdilər.
Turqut Tok dedi ki, Türk müstəqillik hərəkatının başladığı şəhərdə belə coşqulu yörük şənlikləri çox keçirilməlidir.
Mərkəzəfəndi kaymakamı Dr. Adəm Uslu isə min ildir ki, bu torpaqlarda türklərin yaşadıqlarını, qiyamətə qədər də bu vətənin Türk yurdu olaraq qalacağını dedi: “Al bayrağın altında daim bərabər, əl-ələ, könül-könülə olmaq nə gözəl. Heç zaman Vətənə xəyanət etməyən yörüklərlə birlikdə olmaq nə gözəl. Ədalət Parkından Türk dünyasına salam olsun!”

Türkiyənin müxtəlif yerlərindən gələn yörüklərin də qatıldığı bu möhtəşəm tədbirdə iştirak edən sənətçilər milli musiqilərlə, yörük havaları ilə tədbirə əlavə rəng qatdılar.

 

Ağ cənnət – Pamukkale

 

Dənizliyə səfər edənlər mütləq Pamukkaleni, dünyada “Ağ cənnət” kimi tanınan bu tarixi və möcüzəli yeri mütləq görməlidirlər. Sahib olduğu pambıq kimi ağ travertenləri (sudakı kirəcin əmələ gətirdiyi qabarmalar), şəfalı suları, Hierapolis antik şəhəri və tarixi əsərləri ilə dünyanın 8-ci möcüzəsi olan Pamukkale UNESCO tərəfindən Dünya Mədəni İrs siyahısına daxil edilib. Günün hər saatında fərqli bir gözəlliyə bürünən Pamukkale xüsusilə gün batan zaman gözqamaşdırıcı, gözəl bir görünüşə qovuşur. Rənglərin adətən rəqs etdiyi bu zaman kəsimində ortaya çıxan mənzərə tək kəlmə ilə möhtəşəmdir.
Şəfalı suları ilə məşhur Pamukkale sağlıq mərkəzi olan Antik hovuz üz və eklem xəstəliklərinin müalicəsində son dərəcə təsirlidir. Antik hovuz “Kleopatranın gözəllik iksiri” kimi də əfsanələrdə yer alıb.
Antik dönəmin inanc və səhiyyə mərkəzi, sağlamlıq mərkəzi olan Hierapolis antik şəhəri sahib olduğu möhtəşəm tikililəri və günümüzə qədər gəlib çatan qiymətsiz tarixi əsərləri ilə mütləq görülməsi lazım olan yerlərdən biridir.

 

Dənizlidə Azərbaycan ocağı, Şəki və Qobustan izi

 

Dənizliyə gələn hər bir azərbaycanlı mütləq və mütləq İslam Günəşlə tanış olmalı, onun yaratdığı mərkəzə baş çəkməlidir. 1956-cı ildə İğdırda anadan olan İslam Günəş əslən azərbaycanlıdır. Deyir ki, İğdıra Naxçıvandan köçən və vətən həsrəti çəkən babası 106 yaşında vəfat edib. İstanbulda universitet bitirən, orada olarkən Azərbaycan dərnəkləri ilə çalışan və sonra Türkiyənin harasına getsə, orada Azərbaycanı təmsil edən İslam Günəş, eyni zamanda, Dənizlidə məskunlaşandan sonra ümumilikdə 2000-ə yaxın gəncə milli rəqslərimizi öyrədib.
Zaman-zaman Azərbaycandan Dənizliyə gələn bütün məşhurlar məhz onun qonağı olub, qayğısı və diqqətindən pay alıblar. Azərbaycana bağlı topladığı tarixi, ədəbi və digər materialları Dənizli Böyükşəhər Bələdiyyəsinə bağışlayan İslam Günəş bununla bir muzey mərkəzin yaranmasına təkan verib. Hazırda həmin muzey mərkəzdə - “Kültür Evi”ndə fəaliyyət göstərən soydaşımız deyir ki, müxtəlif vaxtlarda Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı, Aqil Abbas və s. kimi tanınmış insanların baş çəkdiyi bu mərkəz həm Azərbaycanın, həm də bütün Türk dünyasının kiçik ocağı sayılır.
İslam Günəş sonda onu da dedi ki, bu gün Dənizli ilə Bakı arasında əlaqələr daha da güclənməlidir: “Hər il burada müxtəlif ölkələrin rəqs qruplarının qatıldıqları xalq rəqsləri festivalı keçirilir. Könül istərdi ki, Azərbaycandan da o festivala gəlsinlər. Eyni zamanda, orta məktəb şagirdləri arasında gediş-gəliş olsun, qardaşlaşmış məktəblərimiz olsun”.
Bu məqamda onu da əlavə etmək yerinə düşər ki, ümumiyyətlə, olduğumuz 15 gün ərzində Dənizlidə Azərbaycan sevgisini, ölkəmizə və xalqımıza qarşı xüsusi məhəbbəti hiss etdik. Getdiyimiz əksər yerlərdə üçrəngli bayrağımızı görmək isə xüsusilə qürurverici idi. Pamukkale Universitetinin Xarici Tələbələr Koordinatorluğunun Yönətim və Bilişim Sistemləri uzmanı Murat Doğan deyir ki, bu, belə də olmalıdır: “Çünki biz bir millət, iki dövlətik. Azərbaycanı, oradakı bacı və qardaşlarımızı çox sevirik. Burada təhsil alan azərbaycanlılar da özlərini öz vətənlərindəki kimi hiss edirlər”.

 

Bəlkə də, buradakı Azərbaycan sevgisinin bir səbəbi də Akhan kəndi ilə və Qobustanla bağlıdır. Deyilənlərə görə, bu kəndi vaxtı ilə Azərbaycandan, konkret olaraq Şəkidən köçüb gələnlər salıblar. Kəndin adındakı han sözü də məhz Şəki xanlarına işarə edir. Dənizlinin tanınmış yazarlarından biri, ölkəmizə səfəri çərçivəsində Şəkidə də olan Hasan Kallimçi deyir ki, Şəkidən Dənizliyə köç Şeyx Şamil məğlub olduqdan sonra baş tutub. Həmin vaxt Göynük kəndindən 10 ailə, Şabalıd kəndindən 2 ailə, Cumuk kəndindən 1 ailə olmaqla ümumilikdə 13 ailə Dənizliyə köçərək Akhan kəndini salıblar. Bu kənd ərazisində yerləşən Karvansara da, sanki, Şəkidəki karvansaranın əkiz tayıdır.

Qobustan izinə gəlincə, Dənizlidə bir neçə yerdə olan qayaüstü rəsmlər eynən Qobustanın qayaüstü rəsmlərini xatırladır. Belə demək mümkünsə, həmin qayaüstü rəsmlər Qobustanın əkiz tayıdır. Elə Türkiyənin tarixçiləri və arxeoloqları da diqqəti bu məqama yönəldərək bu ərazidə uzun müddət Xəzər türklərinin hakim olduqları qənaətinə gəliblər. Dənizlidən olan yazar Ümit Şıraçının 21 noyabr 2017-ci il tarixində denizlirost.com saytında yer alan araşdırmasında da məhz bu məqama toxunulub, hər iki ərazidən çəkilmiş şəkillər oxuculara təqdim olunub.

 

Nadir AZƏRİ

 
  • Oxunub:  2880  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA