Ana səhifə »  Sosial »  Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi üçün hansı məqamlar diqqətə alınmalıdır?
A+   Yenilə  A-
Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsi üçün hansı məqamlar diqqətə alınmalıdır?

Bu məsələyə ortaq və fərqli yanaşmalar var
Xəbər verildiyi kimi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsini həyata keçirir.
Bundan öncəki məqalələrdə də qeyd etdiyimiz kimi bu ilin may ayında start götürən və sentyabrın 1-də icrası başa çatacaq sözügedən layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb rəhbərlərinin və müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.
Beləliklə, "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində orta məktəblərin rəhbər heyəti və aparıcı pedaqoqlarının, həmçinin KİV təmsilçilərinin iştirakı ilə "İnformasiya açıqlığının təmin edilməsi" və "Media ilə iş bacarıqları" mövzularında seminarlar təşkil olundu. Respublikamızın – bölgələrdə və paytaxtda olmaq şərtilə, dörd məktəbində (Şəki şəhərində 5 nömrəli tam orta məktəb, Yevlax şəhərində 2 nömrəli tam orta məktəb, Bakının Suraxanı rayonundakı 279 və Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəblər) keçirilən bu seminarlar zamanı bir sıra təkliflər və maraqlı fikirlər səsləndirildi.
Ötən iki yazımızda layihə üzrə ekspertlərdən biri filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Nüşabə Hüseynlinin fikirlərinə yer vermişdik. Öz növbəsində digər ekspert, tanınmış jurnalist Seymur Verdizadə də hesab edir ki, hazırda bu məsələ aktuallığını qoruyur. Bununla belə məsələyə bir qədər fərqli rakursdan yanaşan ekspertin qənaətinə görə, burada bir sıra səbəblər mövcuddur: "Hesab edirəm ki, problem təkcə hansısa məktəbin media ilə iş məsələsində maraqlı olmamasında deyil, həmçinin bəzi KİV nümayəndələrinin daha çox sensasiya dalınca qaçmalarındadır".
Seymur Verdizadənin fikrincə, məktəblərin bəzən media üçün "qapalı məkana" çevrilməsinin digər səbəbi sırf məlumat almaq, təhsil həyatını işıqlandırmaq üçün məktəblərə üz tutan KİV təmsilçisinə məktəb rəhbərliyinin şübhəli şəkildə yanaşmasıdır. Bunun səbəbini isə jurnalistikanın adına ləkə olan bəzi şəxslərin özünü media işçisi kimi təqdim edib şantajla məşğul olmalarında axtarmaq lazımdır: "Əlbəttə ki, bu halda, qeyd edilən şübhəli yanaşmanı (yəni məktəb rəhbərliyinin, pedaqoji kollektivin KİV təmsilçilərinə münasibətini - red) haqlı hesab etmək olar. Nəticədə də, necə deyərlər, qurunun oduna yaş da yanır. Belə ki, bəzən hər hansı normal media qurumunun əməkdaşı mövcud qanunvericilik çərçivəsində hərəkət edərək məktəb haqqında informasiya əldə etmək istərkən məktəb rəhbərliyi ilə onun arasında anlaşılmazlıq yaşanır. Bu vəziyyətin yaranmasına səbəb isə məhz "reket jurnalistlər"in medianın adına ləkə gətirən hərəkətləridir. Bununla belə təbii ki, məktəblərin də üzərinə böyük işlər düşür".
Əlbəttə ki, mütəxəssislərin və ekspertlərin kənardan müşahidəsi əsasında məktəblərin media ilə münasibətlərinə dair ortaya çıxan qənaətlərdə həqiqət payı ilə yanaşı, subyektiv fikirlərin yer aldığını söyləmək mümkündür. Daha doğrusu, bununla bağlı digər tərəfin, yəni orta təhsil müəssisələrinin təmsilçilərinin arqumentlərini dinləyəndə bəzi məqamlara da aydınlıq gəlir. Məhz bu baxımdan layihə çərçivəsində seminarın keçirildiyi məktəblərdən birinin – Yevlax şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürovanın fikirləri maraq doğurur. Belə ki, direktor öncə rəhbərlik etdiyi məktəbin ənənəvi KİV-lə əlaqələrə malik olduğunu, o cümlədən müxtəlif qəzet və jurnallara abunə yazıldığı üçün məktəb kollektivinin kifayət qədər informasiya ilə təmin olunduğunu deyib.
Bu təhsil ocağına rəhbərlik etdiyi müddətdə həmin məktəb haqqında gündəmi zəbt edən neqativ hallara, qalmaqallı olaylara rast gəlmədiyini deyən S.Şükürovanın sözlərinə görə, bəzi məktəblərdə baş verən hadisələr haqqında xəbərlərin ictimailəşdirilməsi, ümumiyyətlə, məktəblər haqqında bəzən xoşagəlməz rəylərin yaranmasına gətirib çıxarır. Məktəblər haqqında dezinformasiya yayılmasında əsas səbəb kimi yalnız məhz təhsil müəssisələrilə KİV arasında əməkdaşlıq mühitinin olmamasını göstərməyin də əleyhinə olduğunu bildirən S.Şükürova deyir ki, bəzi hallarda hansısa KİV təmsilçisinin hansısa məktəbdə baş verən kiçik bir hadisəni məqsədli şəkildə "şişirtməsinin" və bu xəbərin süni şəkildə gündəmdə saxlanılmasının şahidi oluruq. Yəni bu kimi subyektiv təsirləri istisna etmək olmaz.
Seminarların gedişində də qeyd olunduğu kimi, bəzən cəmiyyətdə gəlinən qənaətlərdən biri bu olur ki, orta məktəblərin media ilə işinin düzgün qurulmamasının səbəblərindən biri də təhsil müəssisəsinin rəhbərləri və pedaqoji heyətin KİV haqqında qanunvericilikdən xəbərinin olmaması ilə bağlıdır. Lakin S.Şükürova bu məsələdə də ifrata varıldığı qənaətindədir. Onun fikrincə, Azərbaycanın orta məktəblərində işləyən müəllimlərin bir çoxu çoxillik təcrübə dövründə bu və ya digər səbəblərdən sözügedən qanunların tələblərini yaxşı bilirlər: "Digər tərəfdən, orta məktəb müəllimləri indiki informasiya texnologiyaları əsrində təkcə ənənəvi KİV, o cümlədən radio və televiziya vasitəsi ilə deyil, elektron mühitdə mövcud olan materiallar əsasında KİV haqqında qanunvericiliklə tam tanış olmaq imkanına malikdirlər. Lakin təbii ki, hər ötən gün özü ilə yeniliklər gətirir və bu baxımdan, məncə həmin yeniliklərin pedaqoji heyətə çatdırılması üçün bu cür seminarların davam etdirilməsi də məqsədəuyğundur".
KİV-in gözdən salınmasında xüsusi rolu olan şantajçıların, yəni "reket jurnalistlər"in ifşa olunmasında məktəblərin real media ilə münasibətlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunun S.Şükürova o qənaətdədir ki, bu baxımdan da seminarların keçirilməsi intensivləşdirilməli, hətta bu tip tədbirlər gələcəkdə təkcə ümumilikdə rayon miqyasında deyil, ayrı-ayrı məktəblər üçün də təşkil edilməlidir.
Yuxarıda da vurğulandığı kimi, məktəblərin fəaliyyətlərinin ənənəvi media ilə yanaşı, elektron media və sosial şəbəkələrdə işıqlandırılması məsələsi də öz aktuallığını qoruyur. Məlum olduğu kimi, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi və digər təhsil idarələrinin tabeliyində olan məktəblərin hamısının tabe olduqları idarənin saytında səhifələri var. Yəni orada məktəblər, pedaqoji heyət barədə ətraflı məlumat almaq mümkündür. Üstəlik, "Facebook", "İnstagram" və digər sosial şəbəkələrdə səhifələri olan məktəblər də çoxluq təşkil edir.
Öz növbəsində sosial mediada məktəbin fəaliyyətinin işıqlandırılması məsələsinə toxunan S.Şükürova bildirir ki, onların məktəbinin də "Facebook"da səhifəsi var. Onun sözlərinə görə, Təhsil Nazirliyinin rəhbərliyi öz saytları vasitəsilə məktəblər haqqında məlumatların yenilənməsinin, habelə təhsil müəssisələrinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə orada aktivliyin artırılmasının tərəfdarıdır və bununla bağlı məktəb direktorlarını da təşviq edir: "Çünki orada məktəbdə keçirilən müxtəlif tədbirlər haqqında və digər məlumatlar, valideynlər başda olmaqla, daha çox izləyiciyə çatır. Nəticədə də çox sayda insan ümumi orta təhsil müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olurlar".
Onu da qeyd edək ki, məktəblərin saytları, sosial şəbəkələrdə məlumatlandırma məsələsində orta məktəblərdə bəzi problemlər də özünü göstərir. Ekspertlərin qənaətinə görə, hər hansı məktəbin sosial media ilə iş bacarığının təkmilləşdirilməsi üçün bu işə konkret əməkdaşın təhkim edilməsi ilə yanaşı, onun fəaliyyətinə nəzarət mühüm əhəmiyyət kəsb edir. Öz növbəsində Seymur Verdizadə də bu qənaəti bölüşür: "Bir çox hallarda məktəbin sosial media meneceri vəzifəsini könüllü olaraq öz üzərinə ya məktəbin əməkdaşı, ya da yuxarı sinif şagirdi götürdüyündən mənfi tendensiyalar və çatışmazlıqların ortaya çıxmaması üçün mütləq nəzarət lazımdır".
Məqalə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində hazırlanıb.

 
  • Oxunub:  2790  |  
  • Tarix:  29-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yol tikintisi geniş vüsət alıb

20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA