Ana səhifə »  Sosial »  Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir
A+   Yenilə  A-
Gədəbəydə ilk dəfə Milli Yaylaq Festivalı keçirilir

Festivala minlərlə yerli və xarici turist qatılıb
Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə iyulun 26-da ilk dəfə olaraq Gədəbəy rayonunda Milli Yaylaq Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 28-dək davam edəcək festival Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondu, Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, unikal konsepsiya əsasında təşkil olunan Milli Yaylaq Festivalına təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar, 16 ölkədən nümayəndələr, o cümlədən Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, eləcə də yerli və xarici turistlər qatılıb.
Festivalın açılış mərasimində çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev iştirakçıları salamlayaraq, Milli Yaylaq Festivalının təşkilində əsas məqsədinin Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimov isə çıxışında festivalın önəmindən danışıb. Qeyd edib ki, çoxsaylı qonaqların ilk dəfə keçirilən Milli Yaylaq Festivalına qatılması bu festivalın gələcəyindən xəbər verir. Nazir Azərbaycanın multikultural ölkə olduğunu vurğulayaraq, ölkəmizdə azsaylı xalqların mehriban, dinc yanaşı yaşadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün sabitlik adası olan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən inkişaf edən dövlətlərindən biridir. “Milli Yaylaq Festivalının təşkil olunması Azərbaycanın, dövlətimizin öz tarixinə, adət-ənənələrinə bağlılığının, dəyər verməsinin təcəssümüdür. Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurublar. Bu tədbir təkcə Gədəbəyin deyil, Azərbaycanın gözəlliklərini, onun diyarlarını, təbiətini nümayiş etdirmək üçün bir fürsətdir. Hesab edirəm ki, festival iştirakçıları Gədəbəyin füsunkar təbiətinə heyran qalacaq və bu regionun daimi qonaqları olacaqlar. Bu festival, həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir. Bu tədbirdə ölkəmizlə yanaşı, Türkiyənin aidiyyəti qurumları da təşkilatçıdır. Milli Yaylaq Festivalı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü və nümayişidir. Hesab edirəm ki, birinci Milli Yaylaq Festivalı növbəti illərdə daha da möhtəşəm olacaq”, - deyə nazir İnam Kərimov bildirib.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki çıxışında festivalın təşkilatçıları arasında olmalarından məmnunluğunu ifadə edib, tədbirə qatılan xarici ölkə nümayəndələrinin milli adət-ənənələrlə yaxından tanış olacağını vurğulayıb. Festivalın iştirakçılarda zəngin təəssürat doğuracağına əminliyini bildirən T.Tiryaki qeyd edib ki, ilk Milli Yaylaq Festivalına minlərlə iştirakçının, o cümlədən yerli və xarici turistin qatılması bu festivalın davamlı olacağından və öz məqsədinə çatacağından xəbər verir.
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov çıxış edərək, Milli Yaylaq Festivalının bölgədə turizmin inkişaf etdirilməsi, eləcə də qədim ənənələrin qorunub saxlanmasında oynayacağı roldan danışıblar.
Festival iştirakçılarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycanın son illərdə xeyli inkişaf etdiyini bildirib. Birinci Milli Yaylaq Festivalında iştirakından məmnun olduğunu vurğulayan Bilal Ərdoğan deyib: “Belə bir festivalın təşkili Azərbaycanda milli idman növlərinin inkişafına çox güclü dəstəyin olduğunu göstərir. Azərbaycanda xüsusilə uşaqlar, gənclər öz milli idman növlərini öyrənməli, onları yaşatmalıdırlar”.
Bilal Ərdoğan qeyd edib ki, mədəniyyətimizi itirsək müstəqilliyimizi itirərik: “Buna görə də gənc nəsil arasında milli idman oyunlarının təbliği aparılmalıdır ki, onlar unudulmasın. Əgər öz mədəniyyətimizə sahib çıxmasaq, o zaman bizi məğlub etmək istəyənlər arzularına çatarlar. Dünya Etnoidman Konfederasiyası olaraq, bu mesajı sadəcə türk dünyasında deyil, dünyanın hər bir yerində veririk. Hər bir xalq, millət öz milli idman növlərini yaşatmaq haqqına sahibdir. Bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir. İnşallah konfederasiyamız həm Azərbaycanda milli idman növlərinin inkişafına dəstək göstərər, həm də Azərbaycan ictimaiyyətinin bu məsələyə marağını çəkməsinə vəsilə olar. Biz Dünya Etnoidman Konfederasiyası olaraq, Azərbaycan milli idman növləri sahəsində çalışan bütün qurumlarla çox yaxından əməkdaşlıq etmək istəyirik. Bugünkü gün bu baxımdan xoş bir başlanğıc olsun”.
Açılış mərasimindən sonra tədbir iştirakçıları Milli Yaylaq Festivalında adət-ənənələrlə tanış olub, milli idman növlərinə tamaşa ediblər.
Miskinli yaylağında orijinal üslubda salınan “Yaylaq yurdu” adlı etno-qəsəbədə yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı, yaylaq (kənd təsərrüfatı) bazarı, sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı (tamaşaçılar üçün səhnə), yaylaq yatağı (ev heyvanları üçün yerlər), pəhləvan meydanı, “Aşıq Ələsgər” ocağı, yaylaq süfrəsi və digər tematik sahələr yaradılıb.
Festival şərti olaraq mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarətdir.
Milli Yaylaq Festivalı günlərində mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, müxtəlif xalq səhnələri və tamaşaları, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla mindi) təşkil olunacaq, yaylaq kulinariya nümunələri (odun üzərində bişən xörəklər - dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) təqdim ediləcək. Həmçinin tətbiqi sənət nümunələrinin nümayişi və satış-sərgisi təşkil olunacaq. Qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi müsabiqəsi keçiriləcək. Yaylaq və spesifik kənd təsərrüfatı mallarının yarmarkası fəaliyyət göstərəcək. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanacaq.
Festivalın milli yaylaq (idman) oyunları şərti adı altında keçirilən hissəsində qədim kökə söykənən yorğa at yarışları (müxtəlif məsafə və kateqoriyalarda), milli güləş yarışı, çaparaq at yarışları, çoban güləşi (kəmər güləşi), nümunəvi çıxışlar, atüstü milli oyunlar - Çövkən, Baharbənd, Sürpapaq, Piyalə, Ər endir (atüstü güləş), Gərdək qaçırmaq, Zorxana, Kəndirbazlıq və ox atma təşkil olunacaq.
Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.
Şərti olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət də təşkil ediləcək. Belə ki, burada turistlər gün ərzində adi kənd həyatını yaşayacaqlar. Yəni, inək, qoyun-keçi otaracaq, onları sağacaq, ot biçəcək, taya düzəldəcək, atlara qulluq edəcək, nehrə çalacaq, tətbiqi sənətlə məşğul olacaq, milli xörəklərdən bişirəcək və dəyədə gecələyəcəklər. Həmçinin bölgənin məşhur yerlərinə - Koroğlu qalası, Mahrasa məbədi, Qız qalası və digər məkanlara turlar, at gəzintiləri, “Alman izləri” adlı xüsusi ekskursiyalar təşkil olunacaq.

 
  • Oxunub:  5280  |  
  • Tarix:  27-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır

10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub
10 Dekabr 11:59
Ombudsman: “Yetkinlik yaşına çatmayanların, gənclərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətimizi gücləndirəcəyik"
10 Dekabr 11:57
Məktəblərdə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə başlanılıb
10 Dekabr 11:49
Noyabrda Azərbaycanın gündəlik neft hasilatı 776 min barrel olub
10 Dekabr 11:44
Zaqreb Universitetində Azərbaycanın multikulturalizm modelinə həsr olunmuş seminar təşkil edilib
10 Dekabr 11:41
Rövnəq Abdullayev: Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft hasil edilib
10 Dekabr 11:39
“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib
10 Dekabr 11:36
Komitə sədri: Azərbaycanda xaricdən dəstəklənən, din adı altında gizlənən qrupların baş qaldırmasının qarşısı alınıb
10 Dekabr 11:19
DSX: Heydər Əliyev Beynəlxalq Aeroportunun birinci terminalının gəlmə zalında yeni 2 ədəd elektron qapı quraşdırılıb
10 Dekabr 11:15
Heydər Əliyev Fondunun dəstəyi ilə "İncəsənətlə şəfa" rəqs və musiqi qala tədbiri keçirilib
10 Dekabr 11:04
Dünya ictimaiyyəti Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edir
10 Dekabr 10:57
Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub
10 Dekabr 10:49
Əli Əhmədov: Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq
10 Dekabr 10:26
İndoneziyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markaları nəşr olunub
10 Dekabr 09:58
Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır
10 Dekabr 09:55
Erməni fitnəkarlığının növbəti ifşası, yaxud Ermənistanın nazir müavininə diplomatiya dərsi
10 Dekabr 09:53
Bakıda “Dini maarifləndirmə işinin təşkilində dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib
10 Dekabr 09:52
Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur
10 Dekabr 09:50
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və YAP Gənclər Birliyinin dəstəyi ilə “Mələk” filmi nümayiş olunub
10 Dekabr 09:46
Azercell “Ən yaxşı stend dizaynına görə” sertifikatla təltif edilib
10 Dekabr 09:44
UTGDİB “Sağlam həyat tərzi. GMO - geni modifikasiya olunmuş ərzaq bitkilərinin orqanizmə təsiri” layihəsini həyata keçirib
10 Dekabr 09:42
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
10 Dekabr 09:40
Azercell ilə Nəsimi irsindən zövq al
10 Dekabr 09:37
Azərbaycan gəncliyi dövlətin hərtərəfli qayğısı ilə tam əhatə olunub
09 Dekabr 22:00
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb
09 Dekabr 21:56
Ermənilərin Avronest PA-nın komitə iclasları və VIII sessiyasındakı təxribatlarına cavab verilib
09 Dekabr 21:54
Əlcəzairin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA