Ana səhifə »  Sosial »  Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir
A+   Yenilə  A-
Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu keçirilir

İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işinə başlayıb. Simpozium iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycanın tarixi-dini abidələri haqqında fotosərgi ilə tanış olublar.
Simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini oxuyub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov İslamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və mütəfəkkirlərin İslam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxunub. O, İslama dərindən bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda “İslam Sivilizasiyası Qafqazda” I Beynəlxalq Simpoziumunun keçirildiyini nəzərə çatdırıb.
Aİİ-nin rektoru daha sonra qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğını, həmçinin dinlərarası tolerantlıq və multikultural ənənələrin təbliğinə əsaslanan bu nəcib siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Ceyhun Məmmədov Azərbaycanın dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və tətbiq edən nümunəvi bir ölkə kimi tanındığını vurğulayıb. Bildirib ki, bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi olaraq vurğulanmalıdır.
Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin olduğunu bildirən Ceyhun Məmmədov ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoqun dövlət vəsaiti hesabına tikilib, həmçinin təmir edildiyini diqqətə çatdırıb: “Qafqazın ən böyük məscidi olan “Heydər Məscidi”nin inşa edilib inanclı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir”.
Ceyhun Məmmədov nitqində İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən də azərbaycanlı alimlərin özünəməxsus yerini vurğulayaraq, məşhur İslam alimləri haqqında bəhs edib.
On iki ölkədən alim və tədqiqatçıların iştirak etdiyi Simpoziumun Qafqazda İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyini vurğulayan Aİİ-nin rektoru tədbirə uğurlar arzulayıb.
İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktoru Halit Eren qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanın rolu xüsusi vurğulanmalıdır. Azərbaycan İslam dünyasının bir parçası olduğundan, onun mədəniyyətində ərəb, İslam ünsürləri daha gözəçarpandır. Ona görə də İslam sivilizasiyasının Qafqazda yayılması, ilk növbədə, Azərbaycanla bağlı olduğundan, belə bir tədbirin burada reallaşması çox məqsədəuyğundur.
Halit Eren “İslam sivilizasiyası Qafqazda” mövzusunda ikinci dəfə keçirilən Beynəlxalq Simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb.
Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, İslam dini Azərbaycanda yayıldığı vaxtdan dərin kök salıb, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərib.
Qafqazın nadir bölgə olduğunu vurğulayan Gövhər Baxşəliyeva bildirib ki, bu region öz təbiətinə, coğrafi mövqeyinə və qədim zamanlardan məskunlaşmış, minillərboyu yaşamış insanlarının xüsusiyyətinə görə xarakterizə oluna bilər. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edildiyini xatırladan akademik Gövhər Baxşəliyeva dahi şairin irsinin öyrənilməsində İslam dinini bilməyin vacib olduğunu vurğulayıb. Simpoziumun mövzusunun aktual olduğunu deyən akademik burada dinlənilən məruzələrin və aparılacaq müzakirələrin İslam sivilizasiyasının tədqiqinə töhfə verəcəyinə əmin olduğunu söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələri xüsusi vurğulayıb. Qeyd edib ki, Qafqaz xalqlarının, demək olar, əksəriyyəti İslam dininə ibadət edir. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik, inkişaf, islami dəyərlər bəxş edib. İslam dini-mənəvi dəyərləri Qafqaz xalqlarının həyatında mühüm rol oynayır.
Mübariz Qurbanlı bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtda respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsində, xalqımızın milli-mənəvi dəyərlərinin, dinlərarası dialoqun və dini tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm addımlar atılıb, dini etiqad azadlığı tam şəkildə təmin edilib. Ulu Öndərin dövlətçilik prinsiplərini uğurla davam etdirən Prezident İlham Əliyev sabitliyə və tolerantlığa əsaslanan dövlət-din münasibətlərinin möhkəmləndirilməsi üçün əvəzolunmaz xidmətlər göstərməkdədir. Bu gün Azərbaycan İslam mədəni irsinin qorunub saxlanmasında və dünyaya olduğu kimi çatdırılmasında önəmli məkanlardan biri kimi tanınır. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir. Azərbaycan nümunəsində dünyaya göstərildi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə rahat şəkildə yaşaya bilər. Paytaxt Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Müasir dünyada irqçilik, ksenofobiya, islamofobiya təzahürlərinin getdikcə gücləndiyini deyən Mübariz Qurbanlı Azərbaycan dövlətinin çox məsuliyyətli missiyanı öz üzərinə götürərək, müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş apardığını bildirib. Xatırladıb ki, Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesaj oldu.
Komitə sədri İslam dininin təkcə Azərbaycanda və Qafqazda deyil, bütün dünyada sülhün və əmin-amanlığın təmin olunmasında, qardaşlıq, dostluq münasibətlərinin qurulmasında əvəzsiz rol oynayacağına əminliyini bildirib, bu dinin doğru mənbələrdən araşdırılmasının, öyrənilməsinin və olduğu kimi təbliğ olunmasının zəruriliyini qeyd edib və Simpoziumun məhz buna xidmət etdiyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və təbliği, dini radikalizmə qarşı mübarizə istiqamətində aparılan işlər, əldə olunan uğurlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin birgə əməkdaşlığı və fəaliyyəti nəticəsində mümkün olub. Salman Musayev dini konfessiyalara Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısından danışaraq bildirib ki, müstəqil Azərbaycanda tolerantlığın və dinlərarası dialoqun əsasları məhz Ümummilli Lider tərəfindən müəyyənləşdirilib. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Bugünkü tədbir Heydər Əliyev ideyalarının davamı olaraq böyük önəm kəsb edir. Bu Simpozium ölkəmizin İslam tarixində və coğrafiyasında tutduğu önəmli məqama, İslamın Qafqaza, ətraf ərazilərə yayılmasında Azərbaycanın tarixi roluna verilən dəyərdir. Bu, həm də dövlətimizin İslam dəyərlərinə diqqət və qayğısının bariz nümunəsidir.
“29 Mayıs” Universiteti Himayəçilər Şurasının sədri, professor Tayyar Altıkulaç Azərbaycanda dini etiqad azadlığının təmin olunmasından, dövlətin dinə qayğısından məmnunluğunu ifadə edib. Bildirib ki, Azərbaycan tolerantlıq mühiti ilə nəinki Qafqaz regionunda, həm də dünyada seçilir. Azərbaycanda insanların milli-mənəvi dəyərlərə bağlılığı, dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulması təqdirəlayiqdir.
“İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse qeyd edib ki, sovet dövründə Azərbaycanda ateizm dərsləri keçirilsə də, xalq öz dini inancını qoruyub və müstəqilliyinə qovuşduqdan sonra islami dəyərlərin təbliğini bərpa edib. Azərbaycanda din təhsili sahəsində mühüm addımlar atılıb. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması nəinki bu ölkə, bütövlükdə Qafqaz üçün çox önəmlidir. Azərbaycan tolerant ölkədir. Bu da onu Qafqazda multikultural dəyərlərin qorunduğu mərkəzə çevirir.
Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyası Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdinin Simpozium iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
Çıxış edənlər II Beynəlxalq Simpoziumun Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıblar.
Qonaqlar, həmçinin Simpoziumun keçirilməsini aktual hesab edib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun tanıtım çarxı nümayiş etdirilib. Beynəlxalq Simpoziumun iştirakçıları xatirə şəkli çəkdiriblər.
Simpozium öz işini panellərlə davam etdirib. Panellərdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir, Səudiyyə Ərəbistanı və Qafqazda İslam sivilizasiyası mövzusu üzrə fəaliyyət göstərən alim, tədqiqatçı və ekspertlər çıxış ediblər.
İki gün davam edəcək Simpozium “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” adlı panelləri əhatə edir.
Simpoziumun materialları kitab şəklində çap olunacaq.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24