Ana səhifə »  Sosial »  “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam edib
A+   Yenilə  A-
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium panellərlə davam edib

İyulun 11-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda panel Türkiyənin “İzmir Katib Çelebi” Universitetinin rektoru Saffet Köse və Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa Tədqiqat Mərkəzinin elmi işçisi Şamil Kaşafın moderatorluğu ilə keçirilib.
Paneldə “Azərbaycanda İslam mədəniyyətinin təkamül yönləri”, “Cənubi Qafqazda İslam mədəniyyətinin öyrənilməsində arxeoloji tədqiqatların rolu və əhəmiyyəti”, “Xilafət dövründə Azərbaycanda pul dövriyyəsi və sikkə zərbi”, “İslam dininin Azərbaycan şifahi xalq dastanlarının təşəkkülündə rolu”, “Azərbaycanda tolerantlıq, dini və etnik rəngarənglik keçmişdən bu günə (Şirvanşahlar dövlətinin nümunəsində)”, “Azərbaycanın XVIII - XX əsrin əvvəllərinə aid maddi-mədəni irsində inanc sistemi (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)”, “Cənubi Azərbaycanın Xalxal bölgəsinin sosial-mədəni inkişafında dini müəssisələrin-zaviyələrin rolu (XVIII əsrin əvvəlləri)”, “Müasir Azərbaycan ailə institutunun qorunmasında İslam dəyərlərinin rolu”, “Azərbaycanın Sumqayıt şəhərində müasir dini durum” və digər mövzularda məruzələr dinlənilib.
“Qafqazda İslam elmlərinin inkişafı” mövzusunda ikinci paneldə Bilecik Universitetinin təsisçi rektoru, professor Azmi Özcan və İstanbul Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Murteza Bedir moderatorluq edib.
Məruzəçilər “Axund Mir Məhəmməd Kərim Bakuvinin dini vəhdət anlayışı və təmsiletmə təcrübəsi”, “Naxçıvanın görkəmli İslam alimləri”, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcümə edilməsində H.Z.Tağıyevin rolu”, “Ərəb dilçiliyinin formalaşması və inkişafına İslamın təsiri”, “Son dönəm Qafqaz alimlərindən Müslüm əl-Uradi”, “Molla Sədra düşüncəsində fəlsəfə-din münasibəti” və digər mövzularda çıxışlar ediblər.
Günün birinci hissəsində “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil olunan sonuncu paneldə Moldova Elmlər Akademiyası Tarix, Dövlət və Hüquq İnstitutunun elmi işçisi, dosent Olqa Radova, ABŞ-ın Corciya Universitetinin Din kafedrasının müəllimi, dosent Alan Qodlas moderatorluq ediblər.
Paneldə “Azərbaycanda İslam dövrü keramikası”, “Şirvani məktəbinə xas yazı mədəniyyəti”, “Türkdilli Qafqaz xalqlarının incəsənəti və İslam sivilizasiyası”, “İslami naxışlara elmi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu”, “Nizami, Nəsimi, Füzuli və Mirzə Əbülxaliq Yusifin poetik obrazlarında emosional zəka”, “Azərbaycanın işğal olunmuş ərazilərində erməni vandalizminə məruz qalmiş ilk Orta əsrlər maddi mədəniyyət abidələri”, “Gəncədə multikulturalizm ənənələrinin tədqiqində İslam dövrü tarixi-memarlıq abidələrinin əhəmiyyəti”, “Dağıstan ərəb əlyazmalarının rəqəmsal arxivi: tədqiqat, təsvir və verilənlər bazası” və digər mövzularda məruzələr dinlənilib.
“İslam mədəniyyətinin Qafqazda dini və ictimai həyata təsiri” mövzusunda paneldə Ukraynanın “Ostroq Akademiyası” Milli Universitetinin İslamşünaslıq Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Mixail Yakuboviç və Rusiyanın K.L.Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin Rusiya tarixi və Qafqazşünaslıq kafedrasının müdiri, Şimali Osetiya-Alaniya Respublikası Tarix və Arxeologiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Ruslan Bzarov moderatorluq edib.
Paneldə “Müasir Gürcüstanda İslam və dövlət”, “Postklassik dövrdə (XIII - XVIII əsrlərdə) İslam intellektual ənənəsi: əsas xüsusiyyətlər”, “Sivilizasiyalararası münasibətlər kontekstində Qərbin İslama baxışı və Cənubi Qafqazda təsirləri”, “İslamda insana münasibət”, “Şimali Qafqazda İslam və totalitarizm” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
“Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu” mövzusunda keçirilən paneldə isə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin Baş direktorunun məsləhətçisi, professor Sadık Ünay, Moskva Dövlət Psixoloji-Pedaqoji Universiteti Etnopsixologiya və çoxmədəniyyətli təhsilin psixoloji problemləri kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Olqa Pavlova moderatorluq edib.
Paneldə “Müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu”, “İslamofobiya ilə mübarizədə Azərbaycan Respublikasının multikulturalizm və İslam həmrəyliyi siyasətinin əhəmiyyəti”, “İlham Əliyev siyasətində azərbaycançılıq ideologiyası: tolerantlıq və multikulturallıq zəminində”, “İrəvanın tarixi-mədəni irsinin ərəb-İslam dünyasında tanıtdırılmasında AMEA Tarix İnstitutunun rolu”, “Müasir dövr mədəniyyətlərarası dialoqun Azərbaycan nümunəsi”, “Müasir dövrdə Azərbaycanın multikulturalizm modeli”, “Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu”, “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında məhv edilmiş tarixi-mədəni irsimiz”, “Dini tolerantlıq və humanizm: Prezident İlham Əliyevin ideal modeli” və digər mövzularda müzakirələr aparılıb.
Bildirilib ki, müxtəlif etnos və dinlərin qovuşduğu ölkəmizdə tarixən formalaşmış multikultural mühit beynəlxalq aləmdə alqışlanır və mütərəqqi model kimi qəbul edilir. Məhz bu cür yanaşma milli birlik və təhlükəsizliyin təminatı baxımından son dərəcə zəruri olan multikultural cəmiyyət modelinin formalaşmasına imkan yaradıb. Respublikamızdakı mövcud tolerant və multikultural mühit barədə beynəlxalq ictimaiyyət ətraflı məlumatlandırılmalı, bu sahələrdə əldə olunmuş nailiyyətlər qlobal miqyasda təbliğ olunmalıdır.
Günün sonuncu - “Qafqazda İslamın yayılması” mövzusundakı paneldə Rusiyanın İslam Mədəniyyəti Elm və Təhsilə Dəstək Fondunun direktor müavini Vyaçeslav Polosin və AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri Fərda Əsədov moderatorluq edib.
Maraqlı müzakirələrlə davam edən paneldə məruzəçilərin “Xəzər xaqanlığında İslamın yayılması”, “Azərbaycanda İslamın yayılması xüsusiyyətlərinə dair”, “Azərbaycanda İslam dininin ilkin vaxtlarında sosial-iqtisadi vəziyyət haqqında”, “Tiflis və ətraf ərazilərdə İslamın yayılması” və digər mövzularda çıxışlar dinlənilib.
İki gün davam edəcək “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium 11 paneli əhatə edir. Simpoziumda 100-dən çox məruzəçinin çıxışları dinlənilir.
Tədbirin materialları kitab halında çap olunacaq.

 
  • Oxunub:  3570  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA