Ana səhifə »  Sosial »  Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib
A+   Yenilə  A-
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Aptekarski oqorod” Nəbatat bağında keçirilib.
RAGB-nin sədri Leyla Əliyeva Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılış mərasimində çıxış edib. Leyla Əliyeva mərasim iştirakçılarını təşkilatın 10 illik yubileyi münasibətilə təbrik edərək deyib: “Çox xoşdur ki, bugünkü tədbir dünyanın ən gözəl bağlarından birində - MDU-nun Nəbatat bağında keçirilir. Bu bağı belə ecazkar edən nədir? Bu, Aleksey Reteyumun rəhbərlik etdiyi bütün kollektivin bitkilərə sevgi ilə qulluq etməsidir. Sevgi dünyanın bəzəyidir, onu daha xeyirxah, daha ədalətli və başlıcası, həqiqi edir. Buna görə də mənə xüsusilə xoşdur ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) sevgi deməkdir. Bu isə öz növbəsində o deməkdir ki, biz həmişə beləcə nurlu, xeyirxah və güclü olacağıq”.
RAGB sədri bildirib ki, birlik 10 il ərzində çox böyük işlər görüb. Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın Azərbaycan gənclərinin 2500-dən çox təşəbbüskar və kreativ nümayəndələrini birləşdirən 55 bölməsi fəaliyyət göstərir. Leyla Əliyeva deyib: “Bizim faydalı layihə və tədbirlərimiz çoxdur, məsələn, RAGB-nin hər il keçirilən “Gələcəyə addım” və “İxtisas qazanılmasına kömək” mövzularında payız və qış liderlik məktəbləri. Bundan əlavə, RAGB gənclərin və tələbələrin 2017-ci ildə Soçidə keçirilmiş XIX Ümumdünya festivalının iştirakçısı olub. RAGB-nin bu tədbirdə iştirakı bizim işimizə verilən yüksək qiymətdir. Festival təcrübə və ideyalar mübadiləsi, yeni tanışlıqlar və dostluq əlaqələri qurulması üçün gözəl məkandır. Siz hər hansı şəxslə yalnız üzbəüz ünsiyyətdə olarkən onu tanıya, onun haqqında həqiqəti öyrənə bilərsiniz. Bu, həm də bizim gənclərin Azərbaycanın zəngin, qədim mədəniyyətini, tarixini və ənənələrini təbliğ etmək üçün bir fürsətidir”.
RAGB sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiyanı ortaq tarix, mədəniyyət, habelə iki xalq arasında ənənəvi dostluq telləri birləşdirir. O deyib: “Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına dərin sevgi ilə yanaşırlar. Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda, öz ənənəvi köklərini qayğı ilə qoruyub saxlayırlar. RAGB-nin başlıca vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz artıq neçə ildir ki, “Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirir, təhsil əlaçılarını dəstəkləyir və həvəsləndirir, Rusiyada keçirilən peşə müsabiqələrində iştirak edir, “Nə? Harada? Nə vaxt?”, Şən və Hazırcavablar Klubu (ŞHK) kimi populyar intellektual oyunlar təşkil edir, uşaq evlərinə, qocalar evlərinə baş çəkir, ehtiyacı olanların hamısına kömək əlimizi uzadırıq”.
Leyla Əliyeva vurğulayıb ki, Birliyin üzvləri sağlam həyat tərzinə xüsusi diqqət yetirməlidirlər. O deyib: “Təbiətin qoynunda çoxlu vaxt keçirən, sağlam qida qəbul edən, siqaret çəkməyən, idmanla məşğul olan, hərəkətdə olan, ən başlıcası, öz beynini mənfi informasiya və fikirlərlə doldurmayan insanın həkimə ehtiyacı olmayacaq, belə insan həmişə sağlam olacaq. Artıq neçə ildir ki, RAGB mini-futbol üzrə çempionat, Heydər Əliyev adına Kubok, RAGB Universiadası, idman oyunları və turizm toplantıları keçirir. Rusiyalı gənclər bizim bütün tədbirlərdə məmnuniyyətlə iştirak edirlər və buna görə mən sizə çox təşəkkür edirəm. Əminəm ki, bizim dostluğumuz daha da möhkəmlənəcək”.
Bəşəriyyətin gələcəyinin bir sıra ekoloji problemlərin həllindən asılı olduğunu vurğulayan Leyla Əliyeva deyib: “Təbiət çoxdandır ki, bizə siqnal verir, bizim onu müdafiə etməyimizə çox ehtiyac var. Yer kürəsi bizim ümumi evimizdir, buna görə də planetimizin qorunub saxlanması və abadlaşdırılması məsələsi birgə həll edilməlidir. Soçidə bəbirlərin populyasiyasının bərpası mərkəzi ilə bizim ekoloqların birgə səyləri buna misaldır. Mən çox ümidvaram ki, biz vəhşi heyvanların bu nadir növünü qoruyub saxlamaq üçün əlimizdən gələni edə biləcəyik. Bizim IDEA Beynəlxalq kampaniyamız Həştərxanda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması üzrə ekoloji tədbirdə iştirak edib. Çox ümid edirəm ki, biz ən qədim və maraqlı heyvanlardan biri olan Xəzər nərəsinin populyasiyasını bərpa edə biləcəyik. Bu yaxınlarda biz Vyaçeslav Fetisovla birlikdə Azərbaycanda nərə balıqlarını Xəzər dənizinə buraxdıq. İnsan bunu öz əli ilə edəndə keçirdiyi hissləri sözlə ifadə etmək çətindir”.
RAGB sədri ümidvar olduğunu bildirib ki, birliyin üzvləri ağacəkmə aksiyası keçirəcəklər. O deyib: “Bu günə qədər IDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. IDEA suya qayğıkeş münasibət və plastik tullantıların ətraf mühitə təsiri mövzusunda seminarlar keçirir. Ən başlıcası, hər birimiz yadda saxlamalıyıq ki, əgər biz öz həyat tərzimizə bəzi dəyişikiliklər etsək, onda özümüz təbiətin və planetin qorunmasına çox böyük töhfə verə bilərik”.
Leyla Əliyeva vurğulayıb ki, RAGB-nin qapıları milliyyətindən, dini etiqadından və yaşından asılı olmayaraq hər kəsin üzünə həmişə açıqdır. RAGB sədri sonda deyib: “Bu qapılar xeyirxah işlər görməyi, dünyamızın daha parlaq və daha yaxşı olmasını arzu edən hər kəs üçün açıqdır. Biz bir insana yaxşılıq edəndə, ilk növbədə, özümüzə hədiyyə edirik. Arzum budur ki, biz həmişə birlikdə olaq və dostluğumuzu genişləndirək. Ən başlıcası, hər birimiz özümüzə inanaq, öz qəlbimizin səsini eşidək, heç vaxt ümidsizliyə qapılmayaq və ruhdan düşməyək. Yadda saxlayın, səhvlər onun üçündür ki, biz daha yaxşı olaq, axı həqiqətən, səhv etməyən insan irəliyə getmir. Özünüzə, bizə, yaxşılığa, işığa, sevgiyə inanın. Həyata inanın, çünki bu, bizim malik olduğumuz ən qiymətli nemətdir. Tanrı bizim hamımıza cansağlığı, xoşbəxtlik və bol sevinc bəxş etsin. Tanrı bizim ölkələrimizə uğurlar və firavanlıq bəxş etsin!”
M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi çıxış edərək dedi ki, bu gün MDU-nun Nəbatat bağında mühüm bir hadisə baş verir, çünki bu hadisə gəncliklə bağlıdır. Rektor Azərbaycan Prezidentinin Bakıda MDU-nun filialının açılmasına göstərdiyi köməyə görə ona təşəkkürünü bildirib. “Filial gözəl ali təhsil müəssisəsidir. O, yeni ərazidə tikilib, onun kampusu unikaldır, filialda oxuyan tələbələr isə Moskva Universitetinin diplomunu alırlar. Əlbəttə, bu, ölkənin elm və təhsil elitasıdır. Mən taleyimdən çox razıyam ki, Heydər Əliyev ilə şəxsən tanış olmaq şərəfinə nail olmuşam. Onunla görüşlərimdən biri barədə danışmışam. Protokol üzrə bu görüş üçün 20 dəqiqə planlaşdırılırdı, amma biz iki saatdan çox söhbət etdik, həyatımızın hələ Sovet İttifaqı dövrünə aid çoxsaylı epizodlarını xatırladıq. Heydər Əliyev mənim nəzərimdə nurlu insandır, Azərbaycan tarixində onun rolunu yaxşı başa düşürəm”, - deyən Viktor Sadovniçi daha sonra vurğuladı ki, RAGB öz qarşısına çox nəcib məqsəd və vəzifələr qoyur. Rektor dedi: “İstərdim ki, xeyirxahlıq, gözəllik naminə çalışan, ekologiyanı xilas edən təşkilatlar çox olsun”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək dedi: “Çox vacibdir ki, Rusiyada yaşayan azərbaycanlıların yeni nəsli özlərini bu böyük ölkənin vətəndaşları kimi hiss etsinlər, işləsinlər, inkişaf etsinlər”.
Səfir daha sonra dedi: “Leyla xanım gənclərin üstünlük verməli olduğu dəyərləri çox düzgün təyin etdi. Bu gün biz bu gözəl bağda buraya gələrkən Leyla xanımla fikir mübadiləsi etdik ki, bu gözəl bağa hökmən Azərbaycandan gətirilmiş ağacları hədiyyə etmək lazımdır, bu ağaclar bitəcək, bizim xalqlarımızın və dövlətlərimizin dostluğunun rəmzinə çevriləcək. Arzum budur ki, RAGB bundan sonra da Leyla Əliyevanın rəhbərliyi ilə fəal işləsin”.
BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov Bakıya səfəri barədə söhbət açdı və qeyd etdi ki, həmin səfər müddətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ekologiya barədə çox söhbət edib. V.Fetisov dedi: “Leyla Əliyeva uzun illərdir ki, bu məsələ ilə məşğul olur. Mən BMT-nin ətraf mühit üzrə səfiri kimi deyə bilərəm ki, gənclər bizim hamımızı gələcək barədə düşünməyə və ola bilsin, gələcəyə münasibətdə bütün dünya nizamını dəyişməyə məcbur edəcək. Leyla Əliyeva dedi ki, Yer kürəsi bizim ümumi evimizdir. Mən Leylaya təşəkkür edirəm ki, o, həyatın mənasını anlayır. RAGB-nin son on ildə gördüyü işlər hər kəsə nümunədir”.
V.Fetisov qeyd etdi ki, Bakıya hər dəfə böyük məmnuniyyətlə gedir. Əfsanəvi idmançı dedi: “Bakıya çoxdan vurulmuşam, hər dəfə oraya gələndə başa düşürəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi bu xalqın həyat tərzidir”.
Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. RAGB-nin sədri Leyla Əliyeva fərqlənənlərə “RAGB-nin ən fəal könüllüsü”, “RAGB-nin ən uğurlu idmançısı”, “Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, “Ən fəal regional bölmələr”, “Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.
Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün “AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.
Tədbir “Qolos” layihəsinin finalçısı Emil Qədirovun, “Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, “Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb.

 
  • Oxunub:  4590  |  
  • Tarix:  26-06-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir

24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0