Ana səhifə »  Sosial »  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
A+   Yenilə  A-
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib

Aprelin 20-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında 2019-2020-ci tədris ili üçün bu ali məktəbə qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” günü keçirilib. Tədbirə 700-dən çox şagird qatılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçi “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib.
Bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Bakı filialı əgər 2008-ci ildə üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. Tədris 2012-ci ildən əsasən Bakı filialının Xocasəndə yerləşən mükəmməl kampusunda aparılır. Burada tələbələrin təhsil alması, eləcə də istirahəti üçün hər cür şərait yaradılıb. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir. Bakalavr səviyyəsini bitirənlər, həmçinin burada magistratura təhsili ala bilərlər. Təhsilin magistratura səviyyəsi filialda yeni olan fizika fakültəsi istisna olmaqla, digər fakültələrin hamısında var. Fizika fakültəsində də magistratura perspektivi olacaq. On bir il ərzində Bakı filialı xeyli genişlənib. Ümumilikdə, 600-dən çox məzun bu müddət ərzində MDU-nun diplomunu alıb. Onlar Azərbaycanda və xaricdə müxtəlif nüfuzlu qurumlarda çalışırlar. Məzunlar Bakı filialında bilik qazandıqlarından çox razıdırlar.
Mart ayında Rusiyanın paytaxtında M.V.Lomonosov adına MDU-da “Universitetlər və bəşəriyyətin gələcəyi” mövzusunda keçirilmiş forumda rektor, akademik Viktor Sadovniçinin müasir dövrün çağırışlarından rəqəmsallaşma, ekologiya, beyin, kosmosla bağlı məsələləri qeyd etdiyini xatırladan professor Yuri Sadovniçi bu sahələrlə bağlı universitetdə yüksək səviyyədə tədris aparıldığını, Bakı filialının MDU-nun müvafiq fakültələri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Vurğulayıb ki, Bakı filialının komandası Moskvaya gedərək kosmik peykin buraxılması müsabiqəsində iştirak edib və layiqli yer tutub.
Diqqətə çatdırılıb ki, Bakı filialında tədris M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir.
Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda buraxılış imtahanı ilə bağlı dəyişikliyə müvafiq olaraq MDU-nun Bakı filialı qəbulla bağlı bəzi tələblərdə dəyişiklik edib. Qəbulla bağlı bütün məlumatlar M.V.Lomonosov adına MDU-nun Bakı filialının http://msu.az/ saytında yerləşdirilib. Əgər abituriyentin, ümumiyyətlə, M.V.Lomonosov adına MDU ilə bağlı müəyyən sualları varsa, onların cavabını M.V.Lomonosov adına MDU-nun Mərkəzi Qəbul Komissiyasının http://cpk.msu.ru/ saytından öyrənə bilər.
MDU-nun Bakı filialında həm dövlət sifarişi, həm də ödəniş əsasında təhsil almaq mümkündür. 2019-2020-ci tədris ilində qəbul planında filologiya fakültəsində cəmi 33 - dövlət sifarişi əsasında 30 yer (o cümlədən “Rus dili və ədəbiyyatı” tədris proqramı üzrə 10, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” tədris proqramı, ingilis və italyan dilləri üzrə 20) və 3 ödənişli yer (“Rus dili və ədəbiyyatı” üzrə 1, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı”, ingilis və italyan dilləri üzrə 2) nəzərdə tutulub. Tətbiqi riyaziyyat fakültəsində 26 yer (25-i dövlət sifarişi, 1-i ödənişli), kimya fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli), psixologiya fakültəsində 30 yer (25-i dövlət sifarişli, 5-i ödənişli), fizika fakültəsində 27 yer (25-i dövlət sifarişli və 2-si ödənişli) planlaşdırılıb. İqtisadiyyat fakültəsində cəmi 27 yer - dövlət sifarişli 25 yer (iqtisadiyyat üzrə 13, menecment üzrə 12) və 2 ödənişli yer (1 iqtisadiyyat, 1 menecment) ayrılıb. Qəbul imtahanları iyulun 5-dən 11-dək keçiriləcək. MDU-nun Bakı filialının saytında imtahan qrafiki təqdim edilib.
Magistraturaya 5 fakültə üzrə qəbul aparılacaq. Filologiya fakültəsi üzrə cəmi 13 yer - dövlət sifarişi əsasında 10 (o cümlədən rus dili üzrə 3, ingilis dili üzrə 4, italyan dili üzrə 3), ödənişli 3 yer (rus dili, ingilis dili və italyan dilinin hər biri üzrə 1 yer) ayrılıb. Tətbiqi riyaziyyat fakültəsində 6 yer (5-i dövlət sifarişli, 1-ödənişli), kimya fakültəsində cəmi 7 yer - 6-sı dövlət sifarişli (o cümlədən üzvi kimya, fiziki kimya və neft kimyası təhsil proqramları üzrə hər birinə 2 yer), 1-i ödənişli (qeyd olunan təhsil proqramlarından birinə), psixologiya fakültəsində 14 yer - 12-si dövlət sifarişli (o cümlədən psixoloji inkişaf proqramı üzrə 6, “Koqnitiv və emosional pozulma proseslərində klinik-psixoloji reabilitasiya” proqramı üzrə 6 yer ) və 2-si ödənişli (qeyd olunan müvafiq proqramların hər birinə 1 yer) nəzərdə tutulur. İqtisadiyyat fakültəsində cəmi 12 yer ayrılıb. Bu yerlərdən 10-u dövlət sifarişli (“Beynəlxalq biznes” proqramı üzrə), 2-si ödənişlidir. Magistraturaya imtahanlar iyunun 14-də və 17-də keçiriləcək.
Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün təhsil pulsuzdur. Həmçinin əvvəllər pulsuz təhsil almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.
Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən (mayın 12-si və ya 19-u) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə azı 150 bal toplamaq tələb olunur.
Ərizələri yalnız bir fakültəyə vermək olar. Lakin fakültədə bir neçə tədris proqramı varsa, bütün istiqamətlər üzrə ərizə vermək mümkündür. Eyni zamanda, prioriteti göstərmək lazımdır. Qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza - FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında (http://dim.gov.az/) doldurula bilər. Bakalavrlar üçün qeydiyyat mayın 29-dan iyunun 28-dək, magistratura üçün qeydiyyat mayın 7-dən iyunun 10-dək aparılır. Sualı olanlar info@msu.az ünvanına yaza bilərlər.
Dövlət büdcəsi hesabına artıq təhsil almış Azərbaycan vətəndaşları, əvvəllər pulsuz təhsil almış və Azərbaycanda daimi yaşayan əcnəbilər MDU-nun Bakı filialında ödənişli əsasla təhsil ala bilərlər.
MDU-nun Bakı filialı hər fakültə üzrə ödənişsiz kurslar təşkil edir. Kurslara əvvəlcədən yazılmaq lazımdır.
MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yalnız Bakı filialında fizika fakültəsi fəaliyyət göstərir. Fakültədə fizika fənni, həmçinin riyaziyyat yüksək səviyyədə tədris olunur. Qısa müddət ərzində fakültədə 7 laboratoriya praktikumu yaradılıb. Hazırda yüksək səviyyədə elmi laboratoriya təşkil edilir.
Fizika-riyaziyyat elmləri namizədi, MDU-nun mexanika-riyaziyyat elmi-tədris işinin əlaqələndirilməsinə məsul Yevgeni Mıçka tətbiqi riyaziyyat fakültəsi haqqında məlumat verib. Qeyd edib ki, fakültədə oxumaq çətindir, lakin məzunların iş problemi olmur. Məzunlar müxtəlif dövlət qurumlarına, həmçinin “British Petroleum”, SOCAR, “Azercell”, “Azərkosmos” və digər nüfuzlu şirkətlərə işə düzəlir, maliyyə, bank sahələrində, sığorta şirkətlərində işləyirlər. Onlar nəinki Azərbaycanda, xaricdə də işləyə bilirlər. Fakültədə I və II kurslarda tələbələr fundamental fənləri öyrənirlər. Sonra tələbə elmi rəhbər seçməlidir. Üçüncü kursda tələbə kurs işi, dördüncü kursun sonunda isə diplom işi yazır və müdafiə edir. Beləliklə, II kursdan sonra tələbələr elmi fəaliyyətə cəlb olunur. Fakültənin ən yaxşı tələbələri müxtəlif müsabiqələrdə, konfranslarda iştirak edirlər. Magistraturadan sonra Moskvada aspirantura təhsili almaq imkanı da var. MDU-nun Bakı filialında riyaziyyat fənni üzrə bazar günü məktəbi fəaliyyət göstərir. Bazar günü məktəblərinə gələnlərin 50 faizi sonra filialda təhsil alır.
“Açıq qapı” günündə MDU-nun filologiya fakültəsinin rus ədəbiyyatı tarixi kafedrasında filologiya elmləri namizədi Andrey Fedotov da çıxış edib. Bildirib ki, fakültədə universitet üzrə tədris edilən fənlərlə yanaşı, linqvistik, kulturoloji istiqamətlərdə də fənlər öyrədilir. Tələbələrin müasir humanitar biliklərin ən qabaqcıl trendləri ilə tanış olmaq imkanı var. Tələbələrin dil biliklərini möhkəmləndirmək üçün onlara xaricdə staj keçmək imkanı yaradılır. Filialın məzunlarına müxtəlif sahələrdə tələbat çoxdur; onlar səfirliklərdə, şirkətlərdə tərcüməçi işləyə, mətbuat xidmətində fəaliyyət göstərə, tədris edə bilərlər və s.
Kimya elmləri doktoru, professor Aleksey Kopılov kimya fakültəsi haqqında ətraflı məlumat verib, filialda müvafiq sahə üzrə tədris üçün ən yüksək standartlara cavab verən şəraitin yaradıldığını bildirib. Kimyanın sənaye, tibb, texnologiya, məişət və digər sahələrdə mühüm rolundan danışan professor Aleksey Kopılov bu elmi öyrənməyin vacibliyini vurğulayıb. O, fakültədə Moskvadan beynəlxalq dərəcəli müəllimlərin gəlib mühazirə oxuduğunu, seminar, praktikum apardığını bildirib. Qeyd edib ki, fakültədə ən müasir avadanlıqla təchiz edilmiş 12 laboratoriya, habelə ən müasir dərs otaqları var. Təsadüfi deyil ki, 47-ci Beynəlxalq Kimya Olimpiadası M.V.Lomonosov adına MDU-nun Bakı filialında keçirilib.
MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul Leonid Babanin, ümumiyyətlə, MDU-nun Bakı filialında təhsil almağın maraqlı olmasından danışıb. Qeyd edib ki, bu il 10 yaşı tamam olan psixologiya fakültəsinin məzunları iş tapmaqda əsla çətinlik çəkmir. Magistraturadan sonra Moskvada aspirantura təhsili də almaq mümkündür. Qəbul zamanı MDU-nun proqramı əsasında biologiya fənnindən imtahan vermək çətinlik yaratsa da, Bakı filialında biologiya üzrə bazar günü məktəbi fəaliyyət göstərir ki, bu, abituriyentlərin biliklərini artırmağa imkan yaradır.
İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, fakültə 2012-ci ildə yaradılıb. Bu il fakültənin bakalavr səviyyəsi üzrə dördüncü, magistr üzrə ikinci buraxılışı olacaq. İqtisadiyyat fakültəsinin populyarlaşdığını deyən Ceyhun Hüseynov ildən-ilə müsabiqənin də böyük olduğunu bildirib. O, iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə tədris edilən proqramların fərqli və çox yüksək səviyyədə olduğunu söyləyib, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.
Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.
Sonra tədbir iştirakçılarına xüsusi avtobuslarda Xocasəndə MDU-nun Bakı filialının kampusuna getmək imkanı yaradılıb.
Beləliklə, tədbir iştirakçıları bu ali təhsil müəssisəsinin filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə ediblər.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  23-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA