Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib

BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib

20.04.2019 [10:12]

Ötən il iyulun 11-13-də Bakıda keçirilmiş VI Beynəlxalq “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (COIA-2018) konfransının əsərləri dünyanın ən böyük elmi-analitik informasiya bazalarından olan “Clarivate Analytics”in saytında (keçmiş “Tomson Reyter” agentliyi) yerləşdirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fəxri sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə olan konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə baş tutmuşdu.
Konfransın əsərlərindən ibarət kitabdakı 220 məqalədən 73-ü Bakı Dövlət Universitetinin, o cümlədən 20-si BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun alimlərinə məxsusdur.
Əsərlərin redaktorları akademik Fikrət Əliyev və ABŞ-ın İllinois Universitetinin professoru Tamer Başardır.
Qeyd edək ki, seçilmiş genişhəcmli məqalələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda çap olunan Azərbaycanın yeganə İSİ İmpakt Faktorlu (2.365) “Applied and Computational Mathematics” beynəlxalq jurnalında nəşr ediləcək.
“İmpakt Faktor” elmi jurnallarda dərc olunan akademik məqalələrin əhəmiyyətinə və beynəlxalq elmi ictimaiyyət tərəfindən həmin nəşrə olan istinad sayına görə təqdim edilir.
Xatırladaq ki, artıq ənənə halını almış bu konfrans Bakıda dördüncü dəfə təşkil olunmuşdu. Beynəlxalq tədbirdə Türkiyə, Böyük Britaniya, İspaniya, Rusiya, Meksika, Ukrayna, İran, Hindistan, Şimali Kipr Türk Respublikası, Pakistan, Gürcüstan, Bolqarıstan, Küveyt və digər ölkələrdən gəlmiş 250-dək alim və tədqiqatçı iştirak etmişdi.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30