Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADU-nun rektoru Kamal Abdulla DTX-nin yubiley medalı ilə təltif olunub

ADU-nun rektoru Kamal Abdulla DTX-nin yubiley medalı ilə təltif olunub

06.04.2019 [09:13]

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə təltif olunub. Bu barədə universitetin mətbuat xidmətindən bildirilib. Təqdimat mərasimində çıxış edən xidmətin səlahiyyətli şəxsi bildirib ki, yubiley medalının akademik Kamal Abdullaya təqdim olunması Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Dillər Universitetinin kollektivinə olan böyük etimadının bariz nümunəsidir.
ADU-nun rektoru xidmətin uğurlu fəaliyyətindən danışıb. O bildirib ki, dövlətçiliyimizin, milli maraqlarımızın qorunması istiqamətində xidmət əməkdaşlarının fədakar əməyi hər zaman yüksək qiymətləndirilib: “Məni belə bir şərəfli ada layiq gördüyünüzə görə təşəkkür edirəm. Bilirəm ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətçiliyimizin keşiyində çox böyük mətanətlə durublar. Azərbaycan Dillər Universitetinin əməkdaşları da tələbə, vətəndaş yetişdirməklə, cəmiyyətlə yüksək səviyyədə ünsiyyət qurmaqla dövlətçiliyimizə xidmət edirlər. Bu medal təkcə mənə yox, bütün kollektivimizə verilən təltifdir. Dövlət Təhlükəsizlik Xidmətinin 100 illiyi münasibəti ilə təbrik məktubumuzu, xoş arzularımızı xidmətin rəisi, general-polkovnik Mədət Quliyevə ünvanlamışıq. Bu əlamətdar yubiley münasibəti ilə xidmətin bütün kollektivini bir daha təbrik edirəm”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 351 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30