Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

ADU-da təntənəli “Multikultural Novruz bayramı” tədbiri keçirilib

20.03.2019 [10:58]

Martın 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Multikultural Novruz bayramı” tədbiri keçirilib. Universitetdən qəzetimizə verilən məlumata görə, dil və mədəniyyət mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla deyib: “Bu gün Azərbaycanın milli bayramıdır. Bu bayramı biz əsrlərin uzaq nöqtələrindən bu günə qədər gətirə bilmişik. Novruz təbiətin canlanması, yazın gəlişi deməkdir. Novruz insanların əhval-ruhiyyəsinin təzələnməsi, gəncləşməsi deməkdir. Biz Novruz bayramını Azərbaycanın ən müxtəlif yerlərində - Şuşada, Laçında, Gəncədə, Naxçıvanda, Lənkəranda, Astarada, Qusarda, Xaçmazda - bütün Azərbaycan vilayətlərində, məskənlərində əsrlərlə qeyd etmişik və öz dostlarımızı da yanımızda görmüşük. Bu gün Azərbaycanın dostları onun yanındadır. Bu gün bizim universitetimizdə həqiqətən də multikultural əhval-ruhiyyə hökm sürür, müxtəlif xalqlar, mədəniyyətlər görüşür”.
İsrailin Azərbaycandakı səfiri Dan Stava universitetdə multikultural tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Azərbaycan Dillər Universitetində bir çox mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlər müxtəlif mədəniyyətləri əks etdirir. Bu, gözəl təşəbbüsdür. Novruz bayramı ən gözəl bayramlardan biri sayılır. Burada iştirakım mənim üçün böyük fəxrdir”.
Argentinanın ölkəmizdəki səfiri Sexio Peres Gunela Azərbaycanın multikultural ölkə olduğunu deyib. Diplomat qeyd edib ki, Azərbaycan Dillər Universitetində ispan dili yüksək səviyyədə öyrənilir. Bu da bizim aramızdakı əlaqələrin inkişafında mühüm rol oynayır.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan bəy Fənani “Multikultural Novruz bayramı” mərasiminin təşkilini yüksək qiymətləndirib.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez tədbirdə müxtəlif xalqların uğurla təmsil olunduğunu bildirib: “Mənim üçün Azərbycanda Novruz bayramını qeyd etmək böyük şərəfdir. Biz burada mədəniyyətləri bölüşürük”.
Kuba, ABŞ, Yaponiya, Fransa, Meksika, Norveç, İspaniya və Çinin ölkəmizdəki səfirliklərinin təmsilçiləri Azərbaycanın zəngin mədəniyyətə sahib olmaqla multikulturalizmə böyük töhfələr verdiyini bildiriblər.
Tədbirdə universitetin tələbələri müxtəlif ölkələrə məxsus milli rəqsləri ifa edib, mahnılar oxuyublar.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31