Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək

Rusiya Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək

13.02.2019 [09:43]

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşəbbüsü ilə Həştərxanda “Xəzər mükafatı-2019” festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, RAGB-nin təşkilatçılığı və Həştərxanın Gənclərin İşləri üzrə Agentliyinin dəstəyi ilə 7-ci dəfə keçirilən festivala bu il daxil olan 300-dən çox müraciətdən 120-si seçilib. Hazırda hər bir iştirakçı üçün onlayn səsvermə gedir. Fevralın 14-dək davam edəcək səsvermənin nəticələri fevralın 15-də elan olunacaq. Festivalın 31 nominasiyası arasında ilin musiqi qrupu, aparıcısı, dizayneri, rəqs qrupu və digərləri var.
Festivalın yekun konserti və mükafatlandırma mərasimi də fevralın 15-də baş tutacaq.
Festival 2012-ci ildə RAGB Həştərxan regional bölməsinin fəalı Elvin Hüseynov tərəfindən təsis edilib. 2015-ci ildə festival beynəlxalq status alıb. Ötən 7 il ərzində festivala Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Moldova və digər ölkələrdən 500-dən çox iştirakçı qatılıb.

Paylaş:
Baxılıb: 330 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30