Ana səhifə »  Sosial »  Azərbaycan tarixinin tədqiqinə həsr olunan şərəfli ömür
A+   Yenilə  A-
Azərbaycan tarixinin tədqiqinə həsr olunan şərəfli ömür

Azərbaycan tarix elminə mühüm xidmətlər göstərən akademik Yaqub Mahmudov 1000-dən çox monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin, orta və ali məktəblər üçün tədris planları və proqramların, tədris-metodiki vəsaitlərin, elmi və elmi-publisistik məqalələrin, dövri mətbuatda dərc olunmuş çoxsaylı yazıların müəllifidir
Azərbaycan tarix elminin tanınmış nümayəndələrindən biri, elmi ictimaiyyətimizin dəyərli ziyalılarından olan, əziz dostum və deputat həmkarım akademik Yaqub Mahmudovu 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, sağlam uzun ömür, çoxşaxəli ictimai-siyasi və elmi-pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.
Azərbaycan xalqı qədim dövlətçilik tarixinə və əsrlərlə yaşadılaraq nəsildən-nəslə ötürülən zəngin mədəniyyətə, milli adət-ənənələrə malikdir. Bu qədim və zəngin tarixi irsin elmi əsaslarının fundamental şəkildə öyrənilməsi, bəşəriyyətin yaddaşına əbədi həkk olunması üçün yazılması və gələcək nəsillərə təqdim edilməsi tarixçi alimdən böyük zəhmət, yüksək savad, istedad, obyektivlik, ən əsası isə saf Vətən sevgisi, milli qeyrət tələb edir. Bu şərəfli və yüksək məsuliyyət tələb edən vəzifənin öhdəsindən gəlmək hər tarixçi alimə nəsib olmur. Yaqub müəllimin həyat yolunun ömür səhifələrini vərəqlədikcə elə bir tarixçi-alim və vətəndaş taleyi ilə qarşılaşırıq ki, onun sanki bu vəzifə üçün dünyaya gəldiyinə, bunun bir alın yazısı olduğuna əmin olursan.
Ülvi torpaq, yurd sevgisi, Türkün şanlı tarixinin milli çalarlarının obyektiv şəkildə, tarixi mənbələrə əsasən yenidən araşdırılması, XX əsrin sonlarında Azərbaycanda alovlanan milli dirçəliş hərəkatında cəsarətli ziyalı mövqeyinin nümayiş etdirilməsi, azərbaycançılıq məfkurəsi uğrunda mübarizə və Azərbaycanın itirilmiş əzəli torpaqlarının tarixinin fundamental elmi faktlarla əsaslandırılması Y.Mahmudovun elmi yaradıcılığında qırmızı xətlə keçir.
Yaqub müəllimin anadan olduğu Şəkinin Baş Göynük kəndi böyük Oğuz boyundan “Kınık”lara (http://olaylar.az/news/ musahibe/70602) bağlı olan və Azərbaycanda qədim türklərin yaşadığı kənddir. Yaqub müəllimin atası Mikayıl Mahmud oğlu 1918-1920-ci illərdə Şəki bölgəsində, Göynük mahalında azərbaycanlıları kütləvi surətdə qırmağa çalışan daşnaklara qarşı fəal mübarizə aparmış, başçılıq etdiyi xalq könüllüləri ilə birlikdə Gəncədə Nuru Paşanın xilaskarlıq döyüşlərində yaxından iştirak etmiş, illərlə erməni-daşnak yuvalarının dağıdılması əməliyyatlarına rəhbərlik etmişdir. Belə bir atanın övladı olan və türk ənənələrinə bağlı olan obada böyüyüb boya-başa çatan Yaqub müəllim 1966-cı ildə Azərbaycanın Xalq şairi Rəsul Rzanın rəhbərlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasında işlədiyi dövrdə əsl milli təəssübkeşlik məktəbi keçmişdir. Taleyin qisməti olan bu faktlar onu göstərir ki, bu tədqiqatçının Vətən sevgisinin, yurd məhəbbətinin dərin kökləri vardır. Yaqub müəllimin türkçülüyə, azərbaycançılığa bütün varlığı ilə bağlı olmasını Azərbaycan tarixinin elmi araşdırılmasına həsr etdiyi bütün elmi əsərlərində, müxtəlif dillərdə çap etdirdiyi onlarca fundamental kitab və monoqrafiyalarında ifadə etdiyi - “Türk dünyasız, dünya türksüz ola bilməz”, “Tarixçilərimizin əsas vəzifəsi dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə tanış etməkdir”, “Milli Atlasın nəşr olunması milli dövlətçilik tariximizin çox mühüm hadisəsidir, xalqımızın zəngin tarixini və dövlət müstəqilliyini təsdiq edən ən qiymətli ilk mənbədir” və s. kimi kəlamlarından aydın görmək olar.
Akademik Yaqub Mahmudovun Azərbaycan üçün ən böyük xidmətləri sırasında ilk növbədə onun çoxşaxəli elmi-pedaqoji fəaliyyəti və Azərbaycan-Türk xalqının genezisinə həsr olunan elmi yaradıcılığı xüsusi qeyd olunmalıdır. Milli tariximizin türk mərkəziyyətli konseptual çərçivədə yenidən araşdırılmasına başlayan, Azərbaycanın dövlətçilik və diplomatiya tarixinin ən qədim köklərindən etibarən sistemli öyrənilməsi işini koordinasiya edən, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman törətdikləri soyqırımlarının, cinayətlərin tarixinin dünya ictimaiyyətinə çatdırılmasına özünəməxsus töhfələr verən, “Azərbaycanın itirilmiş əzəli torpaqlarının tarixi” konsepsiyası ilə xarici opponentlərin əsassız iddialarını puç edən, ensiklopedik biliyi və yorulmaz fəaliyyəti ilə Azərbaycan tarix elminə mühüm xidmətlər göstərən Yaqub müəllim bu mövzularda 1000-dən çox monoqrafiyanın, dərsliklərin, dərs vəsaitlərinin, orta və ali məktəblər üçün tədris planları və proqramların, tədris-metodiki vəsaitlərin, elmi və elmi-publisistik məqalələrin, dövri mətbuatda dərc olunmuş çoxsaylı yazıların müəllifi və yüzlərlə yüksəkixtisaslı, Azərbaycanı sevən, dövlətinə bağlı olan və xüsusi vətəndaş mövqeyi ilə seçilən yetirmələri ilə adını Azərbaycan tarix elminə əbədi həkk etdirmişdir.
Yaqub müəllim nəinki Azərbaycanın, yaxın coğrafiyanın, eləcə də Avrasiya ölkələrinin tarixini dərindən bilən və tədqiq edən tarixçi-alim kimi öz əsərləri ilə ümumbəşəri tarixdə ənənəvi erməni tarixçi-ideoloqlarının uydurduqları və tarixdə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” konsepsiyasını tutarlı elmi faktlarla rüsvay etmiş, Azərbaycan tarix elminin uğurlarını dünya tarixşünaslığına yazdırmağı bacarmış, Azərbaycanın tarixi xəritələrini hazırlamışdır. Bacarıqlı elm və tədris təşkilatçısı olan akademik Yaqub Mahmudov rəhbərlik etdiyi AMEA-nın Tarix İnstitutunu Azərbaycanda tarix üzrə elmi-metodoloji mərkəzə çevirmiş, 50 ildən çox davam etdirdiyi pedaqoji fəaliyyəti dövründə Azərbaycan tarixi üzrə çoxsaylı ixtisas fənlərini tədris etməklə, yüksəkixtisaslı tarixçi kadrların hazırlanmasına böyük töhfələr vermişdir.
Yaqub Mahmudovun çoxşaxəli elmi yaradıcılığında ensiklopediyaçılıq fəaliyyəti də tarixi, elmi və siyasi əhəmiyyətinə görə xüsusi yer tutur. Azərbaycan tarixinin sistemli, obyektiv və dünyada qəbul olunmuş tarixi mənbələrə əsaslanaraq təsvir olunması kimi genişhəcmli və son dərəcə ağır işi çiyinlərinə götürən tarixçilərdən biri olan akademik Yaqub Mahmudov Azərbaycan tarix elminə “Azərbaycan Respublikasının tarixi” ikicildliyi, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” ikicildliyi kimi əsərlər bəxş etmişdir.
Yaqub Mahmudovun tarix elmindəki mühüm xidmətləri respublika səviyyəsində ən yüksək dövlət mükafatları ilə və bir çox beynəlxalq diplomlar, ordenlər, medallarla qiymətləndirilmişdir. Belə ki, alim əzəli Azərbaycan torpaqlarının tarixinə dair obyektiv araşdırmalarının və tutarlı elmi dəlillərin əks olunduğu, həmmüəllifi olduğu, 12 dildə nəşr olunmuş “Qarabağ: real tarix, faktlar, sənədlər”, 3 dildə nəşr olunmuş “İrəvan xanlığı” və 2 dildə nəşr olunmuş “Naxçıvan: tarixi və abidələri” silsilə əsərlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 25 may tarixli Fərmanı ilə dövlət mükafatına layiq görülmüşdür. Eyni zamanda, bu görkəmli Azərbaycan tarixçisi “Abbasqulu ağa Bakıxanov”, “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov” mükafatları laureatıdır, Beynəlxalq Sokrat Komitəsinin mükafatı, “Kraliça Viktoriya” diplomu və medalı, “Ataman Anton Qolovatov” ordeni ilə təltif olunmuşdur. Bütün bu mükafatlar Y.Mahmudovun uzunmüddətli və gərgin elmi axtarışlarının, zəhmətinin həm milli, həm də beynəlxalq səviyyədə qiymətləndirilməsinin, tədqiqatlarının aparıcı elm mərkəzləri və görkəmli alimlər tərəfindən təsdiqlənməsinin bariz sübutudur. Beynəlxalq səviyyədə qazanılan bu uğurlar göstərir ki, Yaqub müəllimin milli təəssübkeşliyi onun elmi araşdırmalarında alim obyektivliyinin önünə keçməmiş və akademik əsərlərində yalnız tarixi həqiqətlərin üzə çıxarılmasına üstünlük vermişdır.
Təbii ki, bu mükafatların hər biri ayrı-ayrılıqda çox dəyərli olsa da, Ulu öndər Heydər Əliyevin Yaqub müəllim haqqında fikirləri sözsüz ki, alimin ən yüksək mükafatı sayıla bilər. Belə ki, 10 noyabr 2002-ci il tarixində Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun Şəki torpağının ən görkəmli yetirmələrindən biri olduğunu vurğulayaraq Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Sabit Rəhman, Bəxtiyar Vahabzadə kimi Azərbaycan mədəniyyətinin və elminin nəhəng nümayəndələri sırasında Yaqub müəllimin adını çəkmiş və onu “böyük tarixçi” adlandırmışdır. Hər zaman prinsipial vətəndaşlıq mövqeyi ilə seçilən Yaqub Mahmudov Azərbaycanın ölüm, ya olum məsələsinin həll olunduğu 1992-1993-cü illərdə ölkənin qurtuluş yolunu məhz Heydər Əliyevin hakimiyyətə qayıdışında görən və bunu açıq şəkildə bəyan edən ziyalılardan olmuş, o ziddiyyətli və təhlükəli dövrdə əsl cəsarət nümayiş etdirərək çəkinmədən Ümummilli liderin müdafiəsinə qalxmışdır. Ötən əsrin sonlarında Azərbaycanda başlayan milli dirçəliş hərəkatında bir ziyalı alim kimi fəal mövqe nümayiş etdirən Yaqub müəllim cəsarətli çıxışlar etmiş, mətbuatda publisistik yazıları ilə müstəqil ziyalı mövqeyini nümayiş etdirmiş, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına daxil olmuş, partiyanın I Qurultayında fəal iştirak etmiş və bu qurultayda YAP Siyasi Şurasının üzvü seçilmişdir.
Milli mənlik və özünüdərk şüurunu elmi yaradıcılığında uğurla təbliğ edən və “Azərbaycançılıq ruhunu uca tutmaq bizim ziyalılıq vəzifəmizdir” deyən Yaqub Mahmudov görkəmli alim olmaqla yanaşı, genişmiqyaslı ictimai-siyasi fəaliyyətində də daim əsl vətəndaş prinsipiallığı ilə ölkədəki ictimai-siyasi hadisələrə biganə olmayan, hər zaman sözünü, mövqeyini bildirən və müstəqil dövlətçilik ideyalarına qəlbən bağlı olan dəyərli ziyalılarımızdandır.
2000-ci ildən Milli Məclisin deputatı seçilən Yaqub Mahmudov II, III, IV və V çağırış Milli Məclisin fəaliyyətində yaxından iştirak edən, Azərbaycanın daxili və xarici siyasət məsələlərində obyektiv, prinsipal və vicdanlı vətəndaş mövqeyini bildirən, seçicilərinin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşan millət vəkili kimi fəaliyyətini bu gün də uğurla davam etdirir. Görkəmli alimin daha bir ictimai fəaliyyəti onun ssenari müəllifi olduğu tarixi sənədli filmlərdə öz əksini tapmışdır. Yaqub müəllimin vətənpərvər tarixçi mövqeyini nümayiş etdirdiyi “Şuşa-Pənahabad”, “İrəvan xanlığı”, “Dahi Azərbaycanlı”, “Tariximizin keşiyində” kimi filmlər Azərbaycan dövlətçiliyinin, milli dəyərlərimizin təbliğinə xidmət edir. Yaqub Mahmudovun Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən yorulmaz ictimai-siyasi fəaliyyəti dövlətimiz tərəfindən layiqli şəkildə qiymətləndirilmiş və o, tarix elminin inkişafındakı xidmətləri və ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
Yaqub Mahmudov tanınmış alim və ictimai-siyasi xadim olmaqla yanaşı yüksək şəxsi və insani keyfiyyətləri, əsl pedaqoq və ziyalıya xas olan yüksək mədəniyyəti, mərdliyi, cəsarəti, insanpərvərliyi, zəhmətsevərliyi, sədaqəti, sözübütövlüyü ilə də cəmiyyətdə, həmkarları, dostları və tələbələri arasında böyük hörmət qazanmış əsl dost, etibarlı həmkar və el ağsaqqalıdır. Yaqub müəllimin güclü xarakteri ən çətin məqamlarda özünü büruzə vermiş, elmi və ictimai fəaliyyətinin ilk illərindən paxıllıq, haqsızlıqlar, təqiblər, qərəzli yanaşmalarla üzləşmiş, sonrakı dövrlərdə isə xüsusilə, Azərbaycan tarixi ilə bağlı araşdırmalarına görə erməni və ermənipərəst dairələrin ciddi təzyiqlərinə məruz qalmış, lakin bunların heç birinə heç vaxt boyun əyməmiş, haqq mübarizəsini davam etdirmişdir.
1990-cı ilin noyabrında Bakı Dövlət Universitetinin tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunmasına etiraz əlaməti olaraq dekan vəzifəsindən istefa vermək cəsarəti və mərdliyini nümayiş etdirən Yaqub Mahmudov bu kimi bir çox əsl kişi xüsusiyyətləri ilə yanaşı, çox gözəl ailə başçısı, övladlarına qarşı son dərəcə həssas və qayğıkeş ata, nəvələri üçün dayaq olan sevilən babadır. Yaqub müəllim bütün varlığı ilə bağlı olduğu və elmi araşdırmalarının ana xəttini təşkil edən türkçülük, azərbaycançılıq məfkurəsini, Vətənə, millətinə olan dərin məhəbbətini, sədaqətini və yüksək həyat prinsiplərini övladlarına, nəvələrinə də aşılamışdır.
Beləliklə, görkəmli alimin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər saldıqda onu milli tarix elminin inkişafında mühüm xidmətləri olan vətənpərvər alim, ömrünü yüksəkixtisaslı kadr hazırlığına həsr edən görkəmli pedaqoq, Azərbaycan dövlətçiliyinin ən keşməkeşli məqamlarında cəsarətlə prinsipial vətəndaşlıq mövqeyini nümayiş etdirən tanınmış ictimai-siyasi xadim, rəhbərlik etdiyi Tarix İnstitutunda yeni bir idarəçilik sistemi yaradan novator-islahatçı rəhbər və nəhayət, ən yüksək mənəvi keyfiyyətlərə malik olan gözəl insan və əsl şəxsiyyət kimi yenidən kəşf edirsən.
Mənim bu görkəmli alimlə şəxsi tanışlığım, onunla deputat həmkarı olmağım isə daha bir uğurlu qismətimdir. Yaqub müəllimlə münasibətimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasında yeni tədris planlarının və proqramlarının hazırlanması dövründən başlamış, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası qanunlarının hazırlanmasında sıx əməkdaşlıq etməyimizlə möhkəmlənərək dostluq səviyyəsinə qədər yüksəlmişdir. Deputat həmkarlarından biri kimi Şəkidə bir çox tədbirlərdə xalqın ona olan hörmətinin, sevgisinin, Şəkinin və seçicilərinin problemlərinin həllinə necə həssaslıq və qayğıkeşliklə yanaşmasının dəfələrlə şahidi olmuşam. Yeni Azərbaycan Partiyası sıralarında siyasi həmfikir olaraq Yaqub müəllimin bu gün də partiyamıza, onun Liderinə sədaqətlə xidmət etdiyinin şahidiyəm. Yaqub müəllim görkəmli alim olduğu qədər, yüksək amallara xidmət edən zəngin və şərəfli həyat yolu ilə həm yaxşı günün, həm də pis günün dostudur.
Əziz dostumu bu şanlı və şərəfli yubileyi münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-pedaqoji fəaliyyətində daha yüksək zirvələr arzu edirəm! Yaqub müəllim, biz Sizinlə fəxr edirik və qürur duyuruq! Yubileyiniz mübarək olsun, şərəfli Vətən oğlu!
Şəmsəddin HACIYEV
Milli Məclisin deputatı,
YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor

 
  • Oxunub:  4770  |  
  • Tarix:  12-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24