Ana səhifə »  Sosial »  Məleykə Abbaszadə: Azərbaycanda dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir
A+   Yenilə  A-
Məleykə Abbaszadə: Azərbaycanda dövlət qulluğuna qəbul yüksək standartlara uyğun həyata keçirilir

Müasir müstəqil Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində islahatların əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 2001-ci il sentyabrın 1-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Ulu öndərin siyasi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Ölkəmizdə dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində edilən dəyişikliklər nəticəsində Komissiya ləğv olunaraq dövlət qulluğu sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Dövlət İmtahan Mərkəzinə tapşırılıb. Dövlətimizin başçısının 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiqlənib. Sərəncama əsasən Dövlət İmtahan Mərkəzi Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi müəyyənləşdirilib. AZƏRTAC bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müsahibəsini təqdim edir.
- “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” hansı zərurətdən yaranıb?
- Bununla bağlı iki məsələni diqqətinizə çatdırmaq istərdim. Birincisi, bu Strategiya hərtərəfli inkişaf edən ölkəmizdə dövlət qulluğu sahəsində daha genişmiqyaslı islahatlar yolu ilə dövlət orqanlarının fəaliyyətinin effektivliyini artırmaq və dövlət qulluğu sisteminin müəyyən sahələrini təkmilləşdirmək zərurətindən yaranıb. Strategiya dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyənləşdirən konseptual sənəddir. İkinci məsələ isə ondan ibarətdir ki, Strategiya hazırlanarkən Azərbaycanda dövlət qulluğu sisteminin ümumi təhlili aparılıb, onun güclü və zəif tərəfləri, inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilib.
Dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş dövlət qulluqçuları çalışır
Məsələn, güclü cəhətlər kimi dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğunu, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsini, vətəndaşların dövlət qulluğuna yüksək marağı olmasını, dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsini, dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, yüksək təhsil səviyyəsinə malik kifayət qədər dövlət qulluqçusunun çalışmasını qeyd etmək olar.
Lakin həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementləri mövcuddur
Dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında, dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqələrin olmaması, dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması, şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi, həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu zəif tərəflərdir.
Dövlət qulluğu sisteminin inkişafı: imkanlar və təhdidlər
Dövlət orqanları rəhbərlərinin dövlət qulluğuna, bu sahədə qanunvericiliyin düzgün tətbiqinə, habelə insan resurslarının idarə edilməsinə lazımi səviyyədə diqqət yetirməməsini, dövlət qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiqi üçün dövlət orqanlarının müvafiq struktur bölmələrinin potensialının aşağı səviyyədə olmasını, dövlət qulluğu haqqında qanunvericiliyin bəzi normalarının tam şəkildə tətbiq edilməməsini dövlət qulluğu sisteminə təhdidlər kimi səciyyələndirmək olar. Onu da deməliyəm ki, Strategiya hazırlanarkən aparılan təhlillər dövlət qulluğu sistemini inkişaf etdirmək imkanlarını üzə çıxardı. Bu imkanlar sırasında dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olmasını, dövlət qulluğu sahəsində reallaşdırılmış beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğunu, Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsini, Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası nəticəsində dövlət qulluğunun idarəetmə aləti kimi perspektivlərinin genişliyini vurğulamaq mümkündür.
Strategiyaya əsasən tətbiq ediləcək modellər
Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
- Dövlət qulluğunu inkişaf etdirmək üçün Strategiya hansı istiqamətləri nəzərdə tutur?
- Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.
- Dövlət qulluğunda səriştə modelinin tətbiqi barədə bir qədər ətraflı məlumat verərdiniz...
- Artıq dünyanın bir çox qabaqcıl ölkələrində dövlət qulluğuna qəbulda dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində səriştə modeli çox geniş tətbiq edilir. Bu modelin tətbiqində beynəlxalq təcrübədə ən aparıcı alət kimi Qiymətləndirmə Mərkəzindən istifadə olunur. Azərbaycanda da bu modelin tətbiqi, vəzifələr üzrə yalnız formal tələbləri deyil, həmin vəzifələrin tutulması üçün zəruri bacarıqları, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmləri və bunun üçün qiymətləndirmə alətləri kompleksinin (test, praktiki tapşırıq, müsahibə və s.) yaradılması, habelə səriştə modelinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində tətbiqi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur. Onu da deyim ki, Qiymətləndirmə Mərkəzi alətinin tətbiqi üzrə DİM tərəfindən həyata keçirilən Tvinninq layihəsi çərçivəsində ilkin təkliflər hazırlanıb.
- Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafı necə təmin ediləcək?
- Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçularının peşəkar inkişafı sahəsində aparıcı təşkilatdır. Bu akademiyanın, eləcə də dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sisteminin formalaşdırılması, onların təlim tələbatlarının öyrənilməsi və nəticədə təlim strategiyasının hazırlanması ilə bağlı işlərin görülməsi nəzərdə tutulur.
- Siz söhbətimizin əvvəlində dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində islahatlar aparılmasının nəzərdə tutulduğunu qeyd etdiniz...
- Strategiyada informasiya texnologiyalarının nailiyyətlərindən dövlət qulluğunun idarə edilməsində də geniş tətbiq olunması ilə bağlı lazımi tədbirlərin görülməsi əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Bu məqsədlə Dövlət Qulluqçularının Reyestrinin təkmilləşdirilməsi, bu Reyestrlə digər dövlət orqanlarının məlumat bazaları arasında qarşılıqlı informasiya mübadiləsinin təmin edilməsi, dövlət qulluğu sahəsində statistik topluların hazırlanması və ümumilikdə dövlət qulluğu sahəsində digər fəaliyyətlərin elektronlaşdırılması ilə bağlı müvafiq işlərin görülməsi nəzərdə tutulur.
Daha bir sənədə - Dövlət Qulluğu Məcəlləsinə ehtiyac var
- Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət məsələləri öz həllini necə tapacaq?
- Azərbaycanın dövlət qulluğu sisteminin təhlili haqqında danışarkən onun güclü tərəflərindən biri kimi zəngin qanunvericilik bazasını qeyd etdim. Amma bir önəmli məqamı da unutmaq olmaz: qanunvericiliyin bir sıra normalarının tam tətbiq edilməməsi dövlət qulluğunun inkişafında əsas təhdid hesab edilən məsələlərdəndir. Bu məsələnin həlli üçün dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmlərinin tərtib olunması, aşkarlanmış pozuntu və çatışmazlıqların təhlili əsasında dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması nəzərdə tutulur. Eyni zamanda, dövlət qulluğuna dair normativ hüquqi aktların çoxluğu və müəyyən pərakəndəliyi onların düzgün tətbiqində çətinlik yaradır. Odur ki, bu sahədə vahid qanunvericilik aktının - Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi ilə bağlı müvafiq tədbirlər görüləcək.
- Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi istiqamətində hansı işlər görüləcək?
- Bu məsələ ilə bağlı da təkliflər hazırlanması nəzərdə tutulur. Müvafiq mexanizmdə qiymətləndirmənin nəticələri həmin bölmələrin rəhbərlərinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi nəticələri ilə müqayisə edilməli və beləliklə, qiymətləndirmədə obyektivlik və peşəkarlıq təmin olunmalıdır. Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi mövcud olsa da, bu sistem formal xarakter daşıyır və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilmir. Buna görə də xidməti fəaliyyətin qiymətləndirilməsinin əhəmiyyətinin artırılması, qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi istiqamətlərində, o cümlədən bu istiqamətlər üzrə müasir metodlardan (özünüqiymətləndirmə, müsahibə, daxili komissiya, 360 dərəcə metodu) geniş istifadə edilməsi üçün konkret işlərin görülməsi planlaşdırılır.
Dövlət qulluğunda etik müvəkkil vəzifəsi...
- Dövlət qulluğunun inkişafına dair Strategiyanın məqsədlərindən biri yüksək mənəvi və etik dəyərləri əsas tutan dövlət qulluqçuları korpusunu formalaşdırmaqdır. Deməli, onların etik davranış qaydalarının tətbiqi məsələlərinin təkmilləşdirilməsi də vacibdir.
- Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə riayət etməlidirlər. Dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli dövlət qulluqçularının və bu sahədə yeni çalışan şəxslərin biliklərinin artırılması məqsədilə mütəmadi maarifləndirmə işlərinin, təlimlərin keçirilməsi planlaşdırılır. Bununla yanaşı, dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsinin təsis edilməsi ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.
- Strategiyanın həyata keçirilməsinin fəaliyyət planı barədə də məlumat verməyinizi xahiş edirik.
- Strategiyanın icrası 2019-2021-ci və 2022-2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin ediləcək. Fəaliyyət planları Strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri özündə əks etdirir. Strategiyada nəzərdə tutulan tədbirlərin icra olunmasında müxtəlif komponentlər üzrə DİM ilə yanaşı, digər dövlət orqanları da (Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət İdarəçilik Akademiyası, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya) müəyyənləşdirilib. Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatlar ildə bir dəfə ümumiləşdirilmiş hesabat formasında Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.
Dövlət İmtahan Mərkəzi təklif edir
- Strategiyada qeyd edildiyi kimi, dövlət qulluğu sisteminin zəif cəhətlərindən biri dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğudur. Dövlət İmtahan Mərkəzi bu məsələ ilə bağlı hansı işləri planlaşdırır?
- Dövlət İmtahan Mərkəzi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu layihəsinə dair təkliflər hazırlayıb. Qeyd edim ki, qüvvədə olan Qanuna əsasən dövlət qulluğuna qəbul üzrə müsabiqələrin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən şəxslərə bunu təsdiqləyən və 5 il müddətində qüvvədə olan sertifikat verilir. Həmçinin qanun müvafiq sertifikat almış namizədə müsahibədə iştirak edə biləcəyi vəzifələrin sayında məhdudiyyət qoymur. Bir neçə vəzifə seçimi etmiş namizədin müvafiq müsahibələrdə iştirakının təmin edilməsi üçün DİM tərəfindən zəruri şərait yaradılır. Amma bir sıra hallarda namizədlər bundan sui-istifadə edirlər. Bəzi statistik məlumatları nəzərinizə çatdırım. Bu il ərzində bir namizəd 71 vəzifəyə qəbulla bağlı müsahibədə iştirak üçün qeydiyyatdan keçib, həmin müsahibələrin 9-da iştirak edib və heç birində uğur qazana bilməyib. Yaxud digər bir namizəd 69 vəzifənin müsahibəsində iştirak üçün qeydiyyatdan keçsə də, müsahibələrin 6-da iştirak edib və onların yalnız ikisində uğur qazanıb. Bu kimi hallar yetərincədir. Namizədlərin daha çox vəzifə üzrə müsahibələrdə iştiraka can atmasını iki səbəblə əlaqələndirmək olar: namizədlər müsahibələrdə iştirak etməklə müsahibə təcrübələrini artırmaq istəyir; namizədlər yüksək rəqabəti nəzərə alaraq, dövlət qulluğu vəzifəsinə təyin olunmaq şanslarını artırmaq üçün daha çox müsahibədə iştirak etməyi məqsədəuyğun sayır.
Sertifikata malik şəxslərin təqvim ili ərzində müsahibədə iştirak sayının məhdudlaşdırılması
Müsahibələrin keçirilməsi istiqamətində müvafiq qrafiklər tərtib olunur, həm DİM, həm də dövlət orqanları tərəfindən kifayət qədər işçi qüvvəsindən və maddi resurslardan istifadə edilir. Buna görə də DİM sertifikata malik şəxslərin təqvim ili ərzində müsahibədə iştirak sayının məhdudlaşdırılması təklifini irəli sürüb. Bu halda namizədlər müsahibələrə daha ciddi yanaşar, beləliklə də DİM və dövlət orqanları tərəfindən müsahibələrin keçirilməsinə sərf edilən resurslardan daha səmərəli istifadə olunar.
Ehtiyat kadrlarla bağlı məhdudiyyətlərin aradan qaldırılması
Digər təklifimiz müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vakant dövlət qulluğu vəzifəsinə təyin edilməyərək ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərlə bağlıdır. Qüvvədə olan qanunvericiliyə əsasən, həmin şəxslər iki il müddətində müsahibəsindən uğurla keçdiyi dövlət orqanının ehtiyat kadrlar siyahısında saxlanılır və bu müddət ərzində yalnız həmin dövlət orqanında analoji vakant vəzifəyə təyin edilə bilər. DİM-in təklifində bu məhdudiyyətin aradan qaldırılması və ehtiyat kadrlar siyahısında olan şəxslərin həmin dövlət orqanı ilə yanaşı, digər dövlət orqanlarında da analoji vakant vəzifəyə təyin edilməsi nəzərdə tutulur.
Elmi dərəcəsi olan şəxslərin müsabiqənin test mərhələsindən azad edilməsi
Təkliflərdən biri də dövlət qulluğu vəzifəsinə uyğun elm sahəsi üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərin test mərhələsindən azad olunması, onlara müsabiqənin müsahibə mərhələsində və ümumi müsahibədə iştirak hüququ verilməsidir. Bununla yanaşı, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən xüsusi (hərbi, diplomatik) rütbəli şəxslərə, həmin dövlət orqanlarında xüsusi (hərbi, diplomatik) rütbəli vəzifələrdə azı 5 il çalışmış şəxslərə və dövlət təşkilatlarında rəhbər vəzifələrdə azı 10 il iş stajı olan şəxslərə ümumi müsahibədə iştirak hüququ verilməsi təklifi də irəli sürülüb.
Ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin təyinatı
Digər təklif ümumi müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin təyinatı məsələsi ilə bağlıdır. Bu namizədlərdən birinin vakant dövlət qulluğu vəzifəsinə mütləq qaydada təyin edilməsi, vakant vəzifəyə təyin edilməmiş namizədlərin isə ehtiyat kadr kimi saxlanılması barədə müvafiq təklif verilib.
- Məleykə xanım, əhatəli və maraqlı müsahibəyə görə minnətdarıq.

 
  • Oxunub:  5340  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA