Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Saatlıda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

Saatlıda “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib

13.11.2018 [09:24]

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Saatlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Saatlı rayon Olimpiya İdman Kompleksində keçirilib. Tədbirdə AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, millət vəkili Rauf Əliyev, Milli Məclisin deputatları Əflatun Amaşov və Sabir Hacıyev, Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev, rayon Təhsil şöbəsinin müdiri Seyidağa Kazımov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov, İdman veteranı Əbülfət Əliyev, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə çıxış edən Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, millət vəkili Rauf Əliyev uşaq futbolunun inkişafı üçün görülən işlərdən danışıb. O, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin də bu baxımdan əhəmiyyət daşıdığını önə çəkərək indiyədək layihə çərçivəsində müxtəlif bölgələrdə gerçəkləşdirilmiş tədbirlərdə 24 mindən artıq uşağın iştirak etdiyini bildirib. R.Əliyev qeyd edib ki, Azərbaycan hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Tədbirdə digər çıxış edənlər də bildiriblər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirdə uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda isə uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.

Paylaş:
Baxılıb: 348 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30