Ana səhifə »  Sosial »  AzTV: tarix və müasirliyin harmoniyası
A+   Yenilə  A-
AzTV: tarix və müasirliyin harmoniyası

Hər bir dövlətin transmilli informasiya resursları ilk növbədə həmin dövlətin dünya arenasında uğurlu təbliği, lokal və beynəlxalq miqyasda yaşanan ictimai-siyasi proseslərə obyektiv və operativ reaksiya, vətəndaş cəmiyyətinin müntəzəm qaydada zəruri məlumatlarla təmin olunması məqsədlərinə xidmət etməlidir. Müasir dövrdə qlobal infosferada izlədiyimiz proseslər onu deməyə əsas verir ki, dünyanın BBC, CNN, Euronews, New York Times, Washington Post və digər nüfuzlu media orqanları istənilən hadisəyə obyektiv, media parametrləri kontekstindən deyil, daha çox korporativ maraqlar müstəvisindən baxır, təmsil etdiyi dövlətin və ya beynəlxalq təşkilatın prinsiplərini üstün tutur, bir çox strateji məsələlərdə isə lazım gəldiyi an təhdid, yaxud təsir mexanizmi kimi media resurslarından istifadə olunur. Başqa sözlə, daxili informasiya resursları zəif olan və ya cəmiyyətin informasiya təminatını tam ödəməyən ölkələr əcnəbi media qurumlarının aramsız hücumlarına, yaxud informasiya terroruna, kiberhücumlara məruz qalır ki, nəticədə vətəndaş cəmiyyəti ilə dövlət idarəçilik institutları arasında, daxili sabitlik və təhlükəsizliyin təmini məsələsinə yanaşmada ciddi problemlər yaşanır, infosistemin kənar təsirlərlə idarə olunması ölkəni xaos, anarxiya, qarşıdurmaya sürükləyir. Uzağa getmək lazım deyil. Yaxın Şərq ssenarisinin ilk növbədə məhz media və ya internet mediası üzərindən cəmiyyətə ötürüldüyü, əhalinin informasiya ilə manipulyasiya edildiyi, başqa sözlə, manqurtlaşdırıldığı və bütün bunların məntiqi nəticəsi olaraq dağıntılar, söndürülməsi hələ də mümkün olmayan müharibə ocaqları və beynəlxalq humanitar fəlakət çağdaş dünyamızın acı reallıqlarıdır. Bu baxımdan, virtual məkanda təmsil etdiyi gücünü, qüdrətini nümayiş etdirmək, habelə, milli maraqları ən yüksək tribunalarda müdafiə etməyi bacarmaq üçün güclü informasiya resursları olmalı, ölkənin informasiya təhlükəsizliyinin qorunması məqsədilə ilk növbədə daxildə düşünülmüş və kompleks ideoloji iş aparılmalı, cəmiyyətin informasiyaya olan tələbatı tam şəkildə ödənilməlidir. Yalnız real, obyektiv və operativ informasiya ilə təmin olunmuş cəmiyyətin kənar təsirlərdən qorunma instinkti yüksək olur, vətəndaşlar baş vermiş istənilən hadisəni düzgün və obyektiv təhlil etməyi bacarırlar. Bu baxımdan Azərbaycan da yerləşdiyi coğrafi mövqenin onun qarşısında informasiya təhlükəsizliyi sahəsində ciddi tələblər qoyduğunu dərk edir, istər regionda yaşanan geosiyasi proseslər, istərsə də ölkəmizə qarşı yürüdülən aktiv, yaxud passiv infotəhdidlərdən öz informasiya məkanını qorumaq istiqamətində sistemli və kompleks addımlar atır. Bu gün ölkə daxilində onlarla TV, radio, internet resurslarının fəaliyyət göstərməsi, 80%-dən çox vətəndaşın geniş zolaqlı internet şəbəkəsindən istifadə etməsi, ən əsası isə, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, dünyanın istənilən nöqtəsini dəqiq və operativ izləmək imkanı verən 3 peykimizin orbitdə mövcud olması görülən işlərin real nəticəsidir. Bütün bunlar daxili informasiya resurslarımızın, xüsusən televiziya kanallarımızın dünya arenasına çıxmasına, deməli, həm də Azərbaycanın uğurlu təqdimatı, təbliğatçılıq işinin daha effektiv şəkildə aparılmasına geniş imkanlar yaradır. Qalır bu imkandan maksimum yararlanmaqla milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, milli mədəniyyətimizi, dilimizi, tariximizi beynəlxalq arenada məhsuldar və keyfiyyətli şəkildə təqdim etmək, yalnız daxildə deyil, qlobal informasiya məkanında azərbaycançılıq ideologiyasını geniş yaymaqla soydaşlarımız arasında həmrəyliyi daha da gücləndirmək. Prezident İlham Əliyevin əsas məqsədi də məhz budur: Vətənə, milli dəyərlərə, azərbaycançılıq ideologiyasına sıx bağlı olan, ürəyi Vətənlə döyünən, sağlam düşüncəli gənc nəsil yetişdirmək, vətəndaş cəmiyyətini yad təsirlərdən və təhdidlərdən qorumaq, media resurslarının peşəkarlığını artırmaq. Bu gün Azərbaycanda, regionda və dünyada media sahəsində mövcud trendləri təhlil edərkən, tam əminliklə söyləmək olar ki, sözügedən istiqamətdə ölkə mediasının ruporu, aparıcı qüvvəsi məhz Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətidir.
Nəyə görə AzTV?
İlk növbədə ona görə ki, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tarixən olduğu kimi bu gün də yalnız bir missiyası, bir ideoloji xətti var: dövlətçilik ənənələrini, milli ideologiyanı və milli mənlik şüurunu, milli məfkurəni hər şeydən üstün tutmaq, bu yolda istənilən xarici təhdid və təsir mexanizmlərini nəyin bahasına olursa-olsun aradan qaldırmaq, yalnız dövlətə, xalqa xidmət etmək. Bu televiziya üçün həmin prinsipdən başqa bir ideoloji xətt yoxdur.
İkincisi, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC müasir teleməkanda ən geniş yayım coğrafiyasına, müxbir məntəqəsinə və yaradıcı, texniki heyətə malik televiziyadır. Bu gün uzaq ABŞ və Çindən tutmuş, Avropada, həmçinin Rusiya, Türkiyə, İran, Gürcüstan kimi region ölkələrində, eləcə də Yaxın Şərq və Orta Asiya dövlətlərində Azərbaycan Televiziyasının müxbir məntəqələri fəaliyyət göstərir.
Üçüncüsü, bu gün Azərbaycan Televiziyası qədər gündəlik efir proqramında xəbərlər buraxılışlarına, ictimai-siyasi verilişlərə, ümumiyyətlə, aktual mövzuların sosial-siyasi təhlilinə geniş yer ayıran ikinci kanal tapmaq, sadəcə, mümkün deyil.
Ümumiyyətlə, Azərbaycan Televiziyası və Radio Verilişləri QSC üçün ən böyük dəyər reytinq siyahısında birinci olmaq deyil. Məqsəd tamaşaçının illərdir formalaşmış etimadını, inamını qorumaq və əlbəttə ki, onun zövqünü, dünyagörüşünü təmiz nitq, efir estetikasının ən xırda tələblərini nəzərə almaqla düzgün şəkildə formalaşdırmaqdır. Etiraf edək ki, bu gün hər kəs istənilən informasiyanın ən doğrusunu, yaxud müəyyən xəbərlə bağlı rəsmi mövqeyi məhz Azərbaycan Televiziyası və Radiosundan gözləyir. Cəmiyyətdə yayılan, hətta digər kanalların dəfələrlə bəyan etdiyi hər hansı xəbərin həqiqiliyi yalnız bu informasiya vasitəsində elan olunduqdan sonra təsdiqlənir. Cəmiyyət bu gün Azərbaycan dilinin zənginliyinin, saflığının qorunması sahəsində də liderliyin məhz Azərbaycan Televiziyası və Radiosuna məxsus olduğunu etiraf edir. Yeni dövrün tələblərinə uğurla transfer edən, məzmunca tam milli kanal statusunda formalaşan Azərbaycan televiziyası və radiosunda çalışan dilçi alim, akademik və professor heyətinin sayı, habelə, dilimizin təbliği ilə bağlı yayımlanan fərqli proqramlar bu fikrin həqiqiliyini birmənalı şəkildə sübuta yetirir.
Kadr potensialı
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC telejurnalistika sahəsində həm də bir AKADEMİYADIR. Ölkədə kadr siyasətinə ciddi önəm verildiyi bir zamanda burada çağdaş televiziya və radio jurnalistikasının tələblərinə uyğun peşəkar kadrların yetişdirilməsi istiqamətində sistemli addımlar atılır. Təsadüfi deyil ki, bu gün faktiki, əksər TV və Radio vasitələrində istər texniki, istərsə də yaradıcı sahədə çalışanların böyük əksəriyyəti məhz Azərbaycan Televiziyasının yetirmələridir. Yeri gəlmişkən, hazırda televiziyanın nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasını və digər ali təhsil ocaqlarını bitirən gənc məzunlar ilk və bir çox halda daimi iş yeri kimi məhz AzTV-ni seçirlər. Seçimin səbəblərinə gəlincə, əvvəla, bu media orqanının ictimai nüfuzu, ikincisi, illərdir həyatını televiziya və radioya bağlayan peşəkar kollektivin mövcudluğu, müasir tələblərə cavab verən zəngin texniki imkanlar, üçüncüsü, sağlam mühit və insani münasibətlər bu televiziyanın avanqard rolunun mahiyyətinə tam aydınlıq gətirir. Burada istənilən kadr yalnız öz bacarığına və peşə vərdişlərinə nə dərəcədə dərindən yiyələnməsi, vəzifəsinin öhdəsindən nə dərəcədə məsuliyyətlə gəlməsi müqabilində obyektiv qiymətləndirilir. Lakin bütün bunların da fövqündə dayanan ən mühüm amil insanlıq və xeyirxahlıq hissi, Vətən sevgisi, sağlam düşüncə və qarşılıqlı hörmət meyarlarıdır. Əks halda, Azərbaycan Televiziyası və Radiosu kimi 2 mindən çox üzvü olan nəhəng ailənin tərkib hissəsi olmaq qeyri-mümkün sayılır.
Televiziya tarixin salnaməsini yaradır. Bu mənada, böyük inkişaf yolu keçmiş, bir çox nəsillərə örnək olan və neçə-neçə jurnalist nəsli yetişdirən Azərbaycan Televiziyası müasir dövlət tarixinin, Azərbaycan mədəniyyəti və dilinin, ictimai-iqtisadi inkişafının canlı salnaməsi sayıla bilər. Hazırda teleradio xalqın əsl tribunası missiyasını uğurla yerinə yetirir. Ölkə vətəndaşlarına çağdaş dövrün reallıqlarını obyektiv şəkildə çatdırmağı bacarır, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, ardıcıl həyata keçirilən islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər kanalın gündəlik fəaliyyətində öz əksini tapır, bununla bağlı materiallar və şərhlər, ekspert rəyləri və müsahibələr təqdim olunur, sorğular keçirilir və əhalinin rəyi öyrənilir. Ancaq televiziya qarşısına təkcə daxili auditoriyanı məlumatlandırmaq vəzifəsini qoymur, bu gün Azərbaycan Televiziyasının başlıca hədəfi dünya arenasına çıxmaq, Azərbaycan reallıqlarını beynəlxalq tribunalara daşımaq, bir sıra beynəlxalq güclərin əlində alətə çevrilən transmilli korporasiyaların informasiya şəbəkəsini yarmaq, bununla da dünya azərbaycanlılarının müstəqil respublikamız ətrafında daha sıx və mütəşəkkil qaydada birləşməsinə nail olmaqdan ibarətdir.
Azərbaycan Televiziyasının prioritetləri sırasında dövlət siyasətinin mahiyyətini xalqa çatdırmaq, cəmiyyətin aktual problemlərini müzakirə etmək, qloballaşma dövründə milli-mənəvi, əxlaqi dəyərləri qorumaq, təbliğ etmək, günün nəbzinə uyğun verilişlər hazırlamaq özünəməxsus yer tutur. Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasının tarixinə Azərbaycan xalqının imzasını yazmaq kimi şərəfli missiyanı yerinə yetirən televiziyamız bütün bu prosesi peşəkarlıqla həyata keçirir, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim edir.
Azərbaycan Teleradiosunun həyatında böyük yeniləşmə, müasirləşmə dövrü davam edir. Əslində, televiziya yaradıcı sahə olduğundan burada modernləşmə prosesi dayanmadan, fasiləsiz həyata keçirilməlidir. Televiziyada mərhələli şəkildə aparılan ciddi islahatlar ölkəmizdəki dəyişikliklərlə də sıx şəkildə uzlaşır. Beləliklə, Azərbaycan Teleradiosundakı hərtərəfli dəyişikliklər, uğurlar göz önündədir. Bu uğurlar, yüksək peşəkarlıq mühiti, bacarıqlı rəhbərlik və təşkilatçılıq ölkənin bir nömrəsi, xalqın sevimlisi olan televiziyanın bundan sonra da qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyəcəyindən xəbər verir.
Rövşən Raqifoğlu
Azərbaycan Televiziyası və
Radio Verilişləri QSC-nin
“İctimai-siyasi proqramlar və xarici
xəbərlər studiyası”nın direktoru,
filologiya elmləri doktoru

 
  • Oxunub:  1380  |  
  • Tarix:  07-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA