Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub

Məşhur robot Sofiya “ASAN xidmət” mərkəzində könüllü olub

24.10.2018 [09:19]

Dünyanın tanınmış robotu Sofiya “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib. O, mərkəzə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaşyönümlü olduğunu söyləyib.
Tədbir zamanı KİV nümayəndələrinə məlumat verən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, Sofiya robotu Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda “ASAN Həyat” kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub. Şöbə müdiri, həmçinin deyib: “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif edilib. Bundan başqa, ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik fəaliyyət planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə dövlət idarəçiliyi sahəsində Azərbaycanın “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var. Bütün dünyada tanınmış robot mərkəzimizdə könüllü kimi fəaliyyət göstərib. Sofiya iki gün “ASAN xidmət”in qonağı olacaq. Gələcəkdə Sofiyanın iştirak edəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə “ASAN xidmət” modelini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır”.
Qeyd edək ki, Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya və fikir mübadiləsi apara bilər. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşüb, tanınmış televiziya kanallarında xəbər proqramları və teledebatlarda iştirak edib.

Paylaş:
Baxılıb: 350 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31