Ana səhifə »  Sosial »  Bakıda XII Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb
A+   Yenilə  A-
Bakıda XII Azərbaycan beynəlxalq təhsil sərgisi açılıb

“Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi 12 ölkədən 130-dan çox iştirakçını bir araya gətirib
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Mərasimdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini deyib. Nazirliyin son illər təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan Ceyhun Bayramov sərginin ziyarətçilər üçün faydalı olacağına əminliyini bildirib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrinə aid istiqamətlərdə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Dörd il əvvəl məktəbəhazırlıq yaşına çatmış uşaqların təhsilə cəlbolunma səviyyəsi 25 faiz idisə, strategiyaya uyğun aparılan işlər nəticəsində ötən tədris ilində bu göstərici 65, cari tədris ilində isə 75 faiz olub. “Bu il 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulan icma əsaslı təhsilə cəlb edilən uşaqların sayı 2 minə yaxın olub”, - deyən nazir bu göstəricini yüksəltməyin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.
Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən nazir Ceyhun Bayramov diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə görə, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha çox bal toplayan məzunlardan 2090-ı müəllimlik peşəsini seçib.
Təhsilin inkişafına böyük töhfə
“Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. O bildirib ki, təhsilin inkişafına böyük töhfə verən sərgiyə son illər gələn iştirakçıların sayı 7-8 min olub. Ayrı-ayrı ölkələri təmsil edən şirkətlər xaricdə təhsil proqramları, müasir texnologiyalar və sinif otaqları üçün lazım olan müxtəlif avadanlıq təqdim edirlər.
Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, iştirakçılar sərgi ilə tanış olublar.
Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgiyə gələnlərə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.
Gələcək abituriyentlərin ixtisas seçiminə yaradılan imkanlar
Sərgi ilə bağlı fikirlərini bölüşən Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib: “Hər bir təhsil müəssisəsinin sərgidə təmsil olunmağı onun fəaliyyətinin göstəricisidir. Sərgidə il ərzində qazandığımız nailiyyətləri, tədrisdəki yenilikləri, ölkədə və xaricdə nəşr olunan kitabları, müəllimlərimizin monoqrafiyalarını, habelə universitetin beynəlxalq əlaqələrini, xarici ölkələrin ali təhsil ocaqları ilə birgə keçirdiyimiz tədbirləri əks etdirən müxtəlif vəsaitləri nümayiş etdiririk. Çalışırıq ki, sərgiyə gələnlər universitetimiz, onun fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat əldə etsinlər. Sərgi gələcək abituriyentlərin ixtisas seçimində böyük rol oynayır”.
Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov bildirib ki, təmsil etdiyi ali məktəb builki sərgidə öz istehsalı olan məhsullarını təqdim edir. Universitetə aid stenddə UTECA Texnoparkının yüngül sənaye, qida, eləcə də xalçaçılıq, şərab, gön-dəri və digər məhsulları sərgilənir. Qeyd edilib ki, bu məhsullar universitetin texnoparkında tələbə-müəllim heyəti tərəfindən hazırlanır. Prorektor növbəti təhsil sərgilərində daha geniş şəkildə müxtəlif məhsullarla iştirak edəcəklərini söyləyib.
Sərgi Azərbaycan təhsilinə beynəlxalq səviyyədə diqqətin artmasının göstəricisidir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın fikrincə, ölkədə ənənəyə çevrilən beynəlxalq təhsil sərgisi bu sahənin il ərzində inkişafının göstəricisidir və bütün ali məktəblər bu platformadan faydalanmağa, daha çox istifadə etməyə çalışır. Burada hər universitet öz nailiyyətlərini, il ərzində qazandığı uğurları nümayiş etdirə bilir. Eyni zamanda, universitetlər məktəbli kütləsi, gələcəyin abituriyentləri qarşısında ixtisaslarını təbliğ etmək, onlar barədə daha ətraflı məlumat vermək, profilə uyğun vəsait və ədəbiyyatları gənclərə çatdırmaq imkanı qazanır. Bu platforma, həmçinin universitetlərarası əlaqələrin qurulmasında və yeniliklərin öyrənilməsində böyük əhəmiyyət daşıyır.
“Builki sərgidə biz universitetin il ərzində qazandığı nailiyyətləri, tələbələrimizin beynəlxalq müsabiqələrdə əldə etdikləri mükafatları və onların layihələrini nümayiş etdirməyə çalışmışıq. Stendimizdə, həmçinin universitetimizdəki yeniliklər, müəllimlərimizin müəllifi olduqları dərs vəsaitləri və monoqrafiyalar, yeni laboratoriyalarımız barədə ətraflı məlumat verilir”, - deyə professor Gülçöhrə Məmmədova bildirib.
“Education 2018” ali məktəblər arasında əlaqələr yaradan platformadır
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin hər il sərgidə uğurla iştirak etdiyini bildirib. Diqqətə çatdırılıb ki, sərgidə BDU-da təhsil prosesində istifadə olunan innovativ istiqamətləri əks etdirən laboratoriya avadanlığı, cihazlar, yeni reaktivlər nümayiş olunur. “Çalışmışıq ki, tədris prosesində tələbələrə çatdırılan yeni elmi yanaşmaları, xüsusilə fizika sahəsində lazerin yarımkeçiricilər vasitəsilə məqsədyönlü istiqamətini, bioloqlar və ekoloqlar üçün nanohissəciklərin bitkilərin inkişafındakı rolu barədə əldə olunan uğurları sərgi iştirakçılarının diqqətinə təqdim edək. Elmi uğurlarımız böyükdür və biz bunları təhsil mühitinə transfer etməyə çalışırıq”, - deyə rektor vurğulayıb.
Abel Məhərrəmov qeyd edib ki, yüksək səviyyədə təşkil olunan beynəlxalq təhsil sərgisi ali məktəblər arasında əlaqələrin yaradılmasında mühüm platformadır.
Hər il keçirilən bu sərginin ənənə halını aldığını deyən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən Amil Əlili bildirib ki, sərgidə yerli və xarici təhsil müəssisələrinin təmsil olunması gənclərimizin bu sahədə yeniliklər və innovativ texnologiyalar barədə məlumatlar əldə etmələrinə imkan yaradır. Hər il sərgidə təmsil olunan agentlik ilbəil peşə təhsili sahəsində həyata keçirdiyi islahatların nəticəsi olaraq yeni xidmətlər və ixtisaslar təqdim edir.
Sərgidə həm texniki, həm də humanitar universitetlər təqdim olunur
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov sərgidə Rusiyanın 16 universitetinin təmsil olunduğunu diqqətə çatdırıb. O deyib: “Rusiya həm texniki, həm də humanitar universitetlərini təqdim edir. Əlbəttə, hər iki istiqamət bərabərdir, lakin mən texniki universitetləri xüsusi qeyd etmək istərdim, çünki onlar iqtisadi əlaqələrin əsasını təşkil edir. Burada olan universitetlərin nümayəndələri azərbaycanlı tələbələrin artıq həmin ali məktəblərdə təhsil aldıqlarını vurğulayıblar. İndiyədək Rusiya universitetlərində 15 minə qədər tələbə təhsil alıb. Bu, həm əyani, həm qiyabi, həm də distant təhsil alanlardır”.
“Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.
XII Azərbaycan beynəlxalq təhsil sərgisi oktyabrın 13-dək davam edəcək.

 
  • Oxunub:  2190  |  
  • Tarix:  12-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

20:36
18 Dekabr
Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
20:07
18 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş olub
19:58
18 Dekabr
Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlimlərə başlayıb
19:36
18 Dekabr
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir
19:28
18 Dekabr
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19:16
18 Dekabr
Polşanın “Ambasador” jurnalı: “Azərbaycan Avropaya doğru”
19:10
18 Dekabr
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19:02
18 Dekabr
Yeni il münasibətilə Gəncənin baş meydanında bayram tədbirlərinə başlanılıb
17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA