Ana səhifə »  Sosial »  “IL’Azero” - Azərbaycanın ilk idman geyimləri brendi
A+   Yenilə  A-
“IL’Azero” - Azərbaycanın ilk idman geyimləri brendi

İlqar İmamquliyev: Hədəfimiz Azərbaycan millisini “Tokio-2020” Yay Olimpiya Oyunlarına “IL’Azero”nun geyimlərində yola salmaqdır
Son illər Azərbaycanda digər sahələrlə yanaşı, idman da sürətlə inkişaf edir. Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız mötəbər beynəlxalq turnirlərdə mühüm uğurlar qazanırlar. Beynəlxalq idman qurumları Avropa və dünya çempionatlarının, digər nüfuzlu yarışların Azərbaycanda təşkilinə tərəddüd etmədən razılıq verirlər. Standartları Bakıda müəyyənləşdirilən ilk Avropa Oyunlarından sonra ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını, 42-ci Ümumdünya Şahmat Olimpiadasını, Formula 1 yarışlarını müvəffəqiyyətlə təşkil edib.
İdmanın inkişaf etdiyi ölkədə idman geyimləri üzrə brendin yaranması çox vacibdir. Bu baxımdan ölkəmizdə yeni yaradılan “IL’Azero” Azərbaycanın ilk idman geyimləri brendidir.
AZƏRTAC-ın əməkdaşı “IL’Azero”nun yaranması, fəaliyyəti və perspektiv planları barədə şirkətin təsisçisi İlqar İmamquliyevdən müsahibə alıb.
Müsahibəni təqdim edirik.
- İlqar müəllim, “IL’Azero”nun yaradılması ideyası necə ortaya çıxdı?
- Uzun illərdir idmandayam. Beş il ərzində “Rabitə” voleybol klubunun idman direktoru vəzifəsində çalışmışam. Hazırda kişi voleybolçulardan ibarət milli komandanın meneceriyəm. Hər mövsüm komandamız üçün idman geyimləri sifariş edilirdi. Ancaq sifarişlərimiz istədiyimiz kimi olmurdu. Moda və estetikanı çox sevirəm. Bəzən öz etirazımı şirkətlərə bildirirdim. İllər keçdikdən sonra fikirləşdim ki, Azərbaycanın özünəməxsus idman brendi yoxdur. Yaxşı bir ilk olmaq istədik. Bunun üçün bəlli bir müddətə ehtiyac oldu. Şirkətimiz iki ildir qurulub. Ötən ilin sonunda kişi voleybolçulardan ibarət “Sərhədçi” komandası kolleksiyamızdan istifadə edib. Məhsullarımız ictimaiyyətə cari ilin may-iyun aylarında təqdim olunub.
- Ad olaraq niyə məhz “IL’Azero”nu seçdiniz?
- Voleybolda çalışdığım müddətdə mənim ləqəbim “Azero” idi. İspan və italyan dillərində danışdığım üçün bu ləqəbi seçmişdim. “Azero” - italyan dilində azərbaycanlı deməkdir. Məni də İlqar Azero kimi tanıyırdılar, yəni, azərbaycanlı İlqar. Belə fikirləşdim ki, şirkətin adını bu iki sözdən istifadə edərək qoymaq olar. Şirkətin adında azərbaycançılıq elementlərinə önəm verməyi çox istəyirdim. Düşünürəm ki, buna nail oldum. Əsas hədəfim dünyanın tanınmış idmançılarının şirkətimizin məhsullarından istifadə etməsinə nail olmaq idi. Azda olsa, bunun öhdəsindən gəldim. Fikirləşin, ABŞ-ın, Tailandın və digər ölkələrin güclü voleybolçuları Azərbaycana məxsus brendin geyimlərindən istifadə edirlər. Bu, həqiqətən çox qürürverici hissdir. “IL’Azero”nun italyan dilindən tərcüməsi “bir azərbaycanlı” deməkdir. Düşünürəm ki, ad seçimi uğurlu olub. “IL’Azero” dünyada patetnləşmiş bir brenddir. “IL’Azero” şirkət olaraq, Azərbaycanda və Polşada qeydiyyatdan keçib.
- Şirkətinizin məhsullarında hansı ornament və üslublardan istifadə edirsiniz?
- Kolleksiyamızda Azərbaycanın bir çox ornamentlərindən istifadə edilir. Üçrəngli bayrağımızın kiçik hissələrini “IL’Azero”nun rəmzinə çevirmişik. Həmçinin bu simvolika geyimlərin qol, boyunun ön və arxa hissələrində istifadə olunur. Azərbaycan bayrağının rənglərini qeyri-adi tərzdə - ildırım, buta və digər formalarda geyimlərdə həkk edirik və bunun ictimaiyyət tərəfindən maraqla qarşılandığının şahidi oluruq. Vətənpərvər insan olduğum üçün ornamentlərimizin kolleksiyada üstünlük təşkil etməsinə çalışıram. Üçrəngli bayrağımızın ornamentlərindən istifadə edərkən böyük həyəcan hissi keçirirəm. Bundan zövq alsam da, nə qədər böyük məsuliyyət daşıdığımın fərqindəyəm.
Zövqlü geyinməyi çox xoşlayıram. Dizaynları şəxsən özüm hazırlayıram. Yaxşı rəssam olmasam da, fikrimi kağız üzərinə məharətlə köçürürəm. Qrafik-dizeynerlərimizin əməyi nəticəsində ideyamın əksi kompüterdə hazırlanır. Daha sonra müəyyən düzəlişlərimizi edirik. Son kolleksiyamızı gənc və istedadlı dizayner Lalə Əliyeva ilə birgə hazırlayırıq. Təhminə Mayılovanı da xüsusi vurğulamaq lazımdır. Təhminə xanım geyimlərin üzərində qaşlarla işləmələr edir. Yaxın vaxtlarda idman geyimində qaşlarla işlənmiş bir-iki qeyri-adi məhsulumuzu təqdim edəcəyik.
Şirkətimizdə avropalı dizaynerlər də çalışırlar. Onlar öz işlərinin peşəkarlarıdır. Polşa Avropada tekstilin beşiyi sayılır. “IL’Azero”nun bütün məhsulları Polşada istehsal olunur. Məhsullarımızı Avropa keyfiyyəti ilə ictimaiyyətə təqdim edirik.
- İstərdik, bir qədər də “IL’Azero”nun məhsullarının istifadəçilərindən danışaq. İstifadəçilərinizdən razısınızmı?
- Ölkəmizdə “IL’Azero”nun məhsullarından istifadə edən kifayət qədər məşhur idmançılar var. Üçqat dünya çempionu Hacı Əliyev, eləcə də Cəbrayıl Həsənov, Vüqar Kərəmov, Tofiq Musayev, Rövşən Xəlilov, Ramil Əhməd, Fuad Quluzadə, voleybolçularımızın əksəriyyəti şirkətimizin məhsullarından istifadə edirlər. İlk növbədə, bütün dostlarıma təşəkkür edirəm ki, bizə dəstək oldular. İdmançılar ilə yanaşı, muğənnilərimiz də həmişə bizə dəstək verirlər. Şirkətimizin siması millimizin voleybolçusu Yelizaveta Səmədovadır. Tanınmış müğənnilərimiz bizim məhsulları geyərək sosial şəbəkələrdə dəstəklərini nümayiş etdirirlər. Xüsusilə, Nura Surinin və Abbas Bağırovun dəstəyini xüsusi vurğulamalıyam.
Əcnəbi oyunçular da “IL’Azero”nun məhsullarından istifadə edirlər. Bunların arasında Çempionlar Liqasının ən dəyərli oyunçusu Markus Nilson, dünyanın ən yaxşı oyun qurucusu tailandlı Tomkom Nutsara, voleybolun Ronaldosu sayılan koreyalı Kim Yan-Konq yer alıb. Həmçinin ukraynalı voleybolçu Anna Stepaniuk, məşhur Molodtsova bacıları, Rusiya və Ukrayna millisinin bəzi üzvləri məhsullarımızdan yararlanırlar.
Kişi və qadın voleybolçulardan ibarət milli komandalarımız, “Sərhədçi” voleybol klubu şirkətimizdən geyinir. Qeyd edim ki, millimiz Avropa çempionatının seçmə mərhələsinə və Avropa Liqası yarışlarına “IL’Azero”da çıxıb. Turnirin gedişində İsveç komandasından əməkdaşlıqla bağlı təklif aldıq. Həmçinin Yunanıstan Voleybol Federasiyasının prezidenti ilə görüşümüz olub. Federasiya rəhbəri şirkətimizin məhsullarını yüksək qiymətləndirib və əməkdaşlığın vacibliyini qeyd edib. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Yaxın vaxtlarda yerli klublarla birgə müxtəlif layihələr həyata keçiriləcək. Hazırda Yaponiyada dünya çempionatında çıxış edən millimizin məşq forması “IL’Azero”dandır. Həmçinin Yaponiyada “IL’Azero”nun məhsullarının məşhur voleybolçularla fotosessiyası da təşkil olunacaq. Əsas hədəfimiz beynəlxalq arenada tanınmaq və Azərbaycanı təmsil etməkdir. Hədəfimiz Azərbaycan millisini “Tokio-2020” Yay Olimpiya Oyunlarına “IL’Azero”nun geyimlərində yola salmaqdır. Bir də ən böyük arzum “Qarabağ” klubunun futbolçularını “IL’Azero”dan geyindirməkdir. Çox istərdim ki, onların geyimində Qarabağ ornamentlərindən istifadə edim.
- “IL’Azero”nun məhsullarını haradan əldə etmək mümkündür?
- Hazırda vahid satış mərkəzimiz yoxdur. Məhsullarımızı sadəcə onlayn qaydada əldə etmək mümkündür. Artıq böyük mağazalardan sifarişlər almışıq. Ümid edirəm ki, yaxın zamanda şəhərimizin brend mağazalarında məhsullarımızı əldə etmək mümkün olacaq.

 
  • Oxunub:  1830  |  
  • Tarix:  12-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

20:36
18 Dekabr
Xorvatiya parlamentinin sədr müavini Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
20:07
18 Dekabr
Məcburi köçkünlərlə növbəti görüş olub
19:58
18 Dekabr
Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün təlimlərə başlayıb
19:36
18 Dekabr
Ankarada Azərbaycan-Türkiyə 11-ci yüksək səviyyəli hərbi dialoq iclası keçirilir
19:28
18 Dekabr
KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
19:16
18 Dekabr
Polşanın “Ambasador” jurnalı: “Azərbaycan Avropaya doğru”
19:10
18 Dekabr
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib
19:02
18 Dekabr
Yeni il münasibətilə Gəncənin baş meydanında bayram tədbirlərinə başlanılıb
17:54
18 Dekabr
Azərbaycan-Gürcüstan enerji sisteminin perspektivləri ilə bağlı memorandum imzalanıb
17:53
18 Dekabr
SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib
17:51
18 Dekabr
Səməd Seyidov: Avropa Parlamentində qəbul edilən sənəd gözlənilən nəticə idi
17:50
18 Dekabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17:42
18 Dekabr
Hikmət Babaoğlu: Azərbaycanda kibercinayətkarlığa qarşı polis orqanlarında xüsusi qruplar yaradılmalıdır
17:38
18 Dekabr
ADU-da “KİV-lərdə Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda müzakirələr aparılıb
17:36
18 Dekabr
Vüqar Rəhimzadə: Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur
17:35
18 Dekabr
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
17:33
18 Dekabr
Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub
17:31
18 Dekabr
Bir sıra Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında dəyişikliklər edilib
17:29
18 Dekabr
Mamuka Baxtadze: Gürcüstan Cənubi Qafqaz və digər region dövlətləri ilə əlaqələrə xüsusi diqqət yetirir
17:25
18 Dekabr
Milli Kitabxananın kollektivi Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olub
17:22
18 Dekabr
Cənubi Qafqaz iki geosiyasi tendensiya arasında: risklər, yaxud sabitlik?
17:20
18 Dekabr
Əlilliyi olan 72 nəfər Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
17:16
18 Dekabr
“Olimpiya Gündəliyi 2020” Komissiyasının ikiillik hesabatı təqdim olunub
17:08
18 Dekabr
Gədəbəyin 8 yaşayış məntəqəsi qazlaşdırılıb
17:03
18 Dekabr
Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasında qəbul edilib
16:55
18 Dekabr
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
16:52
18 Dekabr
Azərbaycan on bir ayda ən çox bu ölkələrə məhsul ixrac edib
16:50
18 Dekabr
Fərid Qayıbov: Gimnastika Azərbaycanda idmanın inkişafında böyük rol oynayır
15:53
18 Dekabr
Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir
15:50
18 Dekabr
Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub
15:31
18 Dekabr
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür
15:25
18 Dekabr
Ölkə üzrə pambıq tədarükü 228 min tonu ötüb
15:21
18 Dekabr
Bakı Ali Neft Məktəbi “SOCAR-Foster Wheeler” ilə əməkdaşlığı genişləndirir
15:18
18 Dekabr
Orijinal portretlər və onların xalçalar üzərinə həkk edilmiş sürəti...
15:08
18 Dekabr
Sevinc Fətəliyeva: Heç bir dövlət terrordan sığortalanmayıb
15:00
18 Dekabr
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6