
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi yeni “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verib. Bu barədə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsindən məlumat verilib. Bildirilib ki, layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir. Belə ki, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaqlar. Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə (httrs://www.facebook.com/AzDiasrora/, httrs://twitter.com/DiasroraAz, httrs://www.instagram.com/diasroraaz/ ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.
MÜŞFİQƏ
- Oxunub: 2280 |
- Tarix: 12-10-2018 |
-
Çap et |