Ana səhifə »  Sosial »  “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının təqdimatı olub
A+   Yenilə  A-
“Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” monoqrafiyasının təqdimatı olub

Oktyabrın 10-da Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin “Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi” adlı monoqrafiyasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxış edərək təqdim olunan kitabın elmi məziyyətlərindən söhbət açıb. Bildirib ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının araşdırılması baxımından önəmli vəsaitdir. Monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir. Əsərdə, həmçinin mətbuatda fəaliyyət azadlığı və sosial məsuliyyət faktoru, söz və mətbuat azadlığı sahəsində beynəlxalq hüququn norma və prinsipləri, eyni zamanda, qlobal internet şəbəkəsində söz azadlığının realizasiyası - internetdə ifadə azadlığına müasir baxış sərgilənir. Nəzəri problemlərin analizi fonunda Azərbaycan milli mətbuatının təşəkkülü və inkişaf istiqamətləri aydınlaşdırılır, söz azadlığı və azad mətbuatın inkişafında Ümummilli lider Heydər Əliyevin rolundan, bu sahədə tərəqqi istiqamətinin genişləndirilməsində Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edilir. Eyni zamanda, mətbuatın azad fəaliyyətində siyasi-hüquqi təminat məsələsi elmi-siyasi baxımdan nəzərdən keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib: “Hər birimiz yaxşı bilirik ki, bugünkü Azərbaycan mətbuatı çağdaş inkişaf səviyyəsinə çatana qədər olduqca uzun və çətin bir yol qət edib. Əvvəllər qəzetlər indiki kimi azad və demokratik deyildi. Ümumiyyətlə, azad medianın varlığından söhbət gedə bilməzdi. Cəmi bir neçə adda çıxan qəzet var idi ki, onlar da günlərlə senzuradan keçməyi gözləyirdilər. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasında demokratik islahatların mühüm tərkib hissəsi olan söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması prioritet vəzifələrdən biri kimi müəyyənləşdirilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev demokratik, plüralist kütləvi informasiya vasitələrinin formalaşdırılması, onun normativ hüquqi bazasının yaradılması, eləcə də iqtisadi müstəqilliyin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib. Məhz dahi lider Heydər Əliyevin siyasi iradəsi və səyləri nəticəsində 1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda söz və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə informasiya almaq və yaymaq hüququ əksini tapdı. Bu baxımdan mətbuatımızın ölkənin yenicə müstəqillik əldə etdiyi dövrlərdən bu günə qədər keçdiyi tarixi inkişaf yoluna dərindən bələd olan müəllifin təqdim etdiyi bu monoqrafiya həm də söz və mətbuat azadlığının tarixinin öyrənilməsi baxımından olduqca önəmlidir”.
BDU-nun jurnalistika fakültəsinin professoru, filologiya elmləri doktoru Allahverdi Məmmədov kitabın elmi əsaslarına diqqət çəkərək bildirib ki, ölkəmizdə söz və mətbuat azadlığına verilən böyük dəyərin digər dövlətlərlə müqayisə olunması Azərbaycanda bu sahənin getdikcə inkişafını ön plana çıxarır: “Tələbələrimizə kütləvi informasiya vasitələrinin hüquqi tənzimlənməsi fənnini tədris edirik. Bu mənada Azərbaycan modeli ilə yanaşı, digər ölkələrin də modellərini müzakirəyə çıxarır, məsələyə obyektiv yanaşmağa çalışırıq. Bu gün təqdimatı keçirilən monoqrafiyada bu müqayisələr ətraflı şəkildə öz əksini tapır. Kimliyindən asılı olmayaraq hər kəsin sərbəst düşünmək və fikrini dilə gətirmək qabiliyyəti var. Hesab edirəm ki, təqdim olunan kitabın məğzi də məhz bundan ibarətdir”.
BDU-nun jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu diqqətə çatdırıb ki, kitab jurnalistika fakültəsi üçün önəmli bir dərslikdir: “Məlumdur ki, qloballaşma prosesinin daha da sürətləndiyi, elmi-texniki tərəqqinin qabaqcıl nailiyyətlərinin praktikada intensiv tətbiq olunduğu müasir dövrdə informasiyanın beynəlxalq münasibətlər sisteminin formalaşmasına, dövlətlər və xalqlar arasında əlaqələrin inkişafına da təsiri durmadan artır. Bu, mütəmadi olaraq tələbələrimizə öyrətdiyimiz əsas məsələdir. Hesab edirəm ki, bu işdə müəllifin təqdim etdiyi monoqrafiya bizim üçün əvəzedilməz bir dərslik olacaq”.
Təqdimat mərasimində Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Mətbuat Şurası İdarə Heyətinin üzvləri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev çıxış edərək bildiriblər ki, kitabdakı ən önəmli məqamlardan biri söz və mətbuat azadlığının mahiyyətinin açılması və bu azadlığın fəlsəfi əsaslarının ortaya qoyulmasıdır. Digər önəmli məqam isə mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının mahiyyətini də tədqiq edib oxucuya çatdırmaqdır. Monoqrafiyada bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı önəmli faktlar da ortaya qoyulur. Bununla da müəllif diqqətə çatdırmaq istəyir ki, bu gün milli KİV-lər dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulub və artıq ciddi uğurlar əldə edib.
Sonda çıxış edən Vüqar Rəhimzadə yaradıcılığına verilən dəyərə və xoş sözlərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.

 
  • Oxunub:  2340  |  
  • Tarix:  11-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA