Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Herbert Lunq: Dünyanın ən yaxşı tibb mütəxəssisləri Azərbaycan paytaxtına gəliblər

Herbert Lunq: Dünyanın ən yaxşı tibb mütəxəssisləri Azərbaycan paytaxtına gəliblər

18.09.2018 [09:51]

Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) və Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) tərəfindən Bakıda “Xərçəngin multidissiplinar beynəlxalq müalicəsi” mövzusunda ikigünlük beynəlxalq konfrans çox yüksək səviyyədə təşkil olunub. Buna görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Dünyanın ən yaxşı tibb mütəxəssisləri Azərbaycan paytaxtına gəliblər.
Konfransın iştirakçısı, Çinin Honqkonq Universitetinin professoru, Klinik Tədqiqatlar Mərkəzinin direktorunun müavini Herbert Lunq bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Herbert Lunq daha sonra deyib: “Bu cür elmi-praktiki konfransların faydalı olması şübhəsizdir. Onlar, ilk növbədə, elm adamları üçün zəruridir, bu tədbirlər elmin özünün inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, bəzən elmi konfranslarda iştirak etmək elmi fəaliyyətin özündən daha səmərəli olur. Belə konfranslar alimlər, tədqiqatçılar, ayrı-ayrı sahələr üzrə həkimlər arasında əlaqələrin nizamlanması, elmin və təbabətin qarşılıqlı əlaqəli sahələrində ən yeni nailiyyətlərin müzakirə edilməsi üçün imkan yaradır. Bundan əlavə, elmi konfranslar müxtəlif ölkələrin alimləri tərəfindən bir sıra mövzuları, o cümlədən onkoloji patologiyaların diaqnostikasının və müalicəsinin təfsilatını, təbabətin və səhiyyənin müxtəlif aktual problemlərini, onkologiya elmi qarşısında duran vəzifələri, habelə onların potensial həll yollarını müzakirə etməyə imkan yaradır. Elmi konfranslar həm də mütəxəssislərin öz təcrübəsini bölüşmək və öz elmi fəaliyyətində əsərlərinə istinad edə biləcəkləri adlı-sanlı alimlərin təcrübəsini öyrənmək imkanı ilə diqqəti cəlb edir. Nəticə etibarilə elmi prosesin keyfiyyəti qat-qat artır”.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30