Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Böyük Britaniyada keçirilən beynəlxalq konfransda iştirak edib

Dövlət İmtahan Mərkəzinin nümayəndə heyəti Böyük Britaniyada keçirilən beynəlxalq konfransda iştirak edib

18.09.2018 [09:48]

Böyük Britaniyanın Oksford şəhərində Oksford Universitetinin Təhsildə Qiymətləndirmə Mərkəzinin təşkilatçılığı ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) “Qiymətləndirmə və böyük verilənlər” mövzusunda 44-cü illik konfransı keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərlik etdiyi nümayəndə heyəti həmin konfransda iştirak edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, konfransın davam etdiyi müddətdə çoxlu sayda maraqlı məruzələr və təqdimatlar dinlənilib, aktual məsələlər ətrafında müxtəlif ölkələri təmsil edən təhsil və qiymətləndirmə sahəsi üzrə peşəkar mütəxəssislər fikir və təcrübə mübadiləsi aparıblar. Nümayəndə heyətimizin üzvləri konfrans çərçivəsində keçirilən bütün tədbirlərdə fəallıq nümayiş etdirib, bölmə iclaslarında müzakirə olunan məsələlər ətrafında fikirlərini iştirakçılarla bölüşüblər.
Konfransda, həmçinin mərkəzin əməkdaşları Natiq Əliyev, Məhəbbət Əkbərli, Aynur Bayramlı və Elmir Şirinovun hazırladıqları “ Azərbaycan Respublikasında magistraturaya qəbul” mövzusunda məruzə təqdim olunub. Təqdimatda ölkəmizdə magistraturaya qəbul imtahanı modeli, imtahanın mərhələləri, imtahanlarda tətbiq edilən müxtəlif növlü yoxlama-ölçmə materialları, xüsusilə də qəbul imtahanları zamanı istifadə olunan yazı işlərinin (esselərin) yoxlanılması proseduru geniş işıqlandırılıb. Təqdimat bölmə iclasının iştirakçıları tərəfindən maraqla qarşılanıb, onları maraqlandıran suallar M.Əkbərli və E.Şirinov tərəfindən cavablandırılıb.
Konfransa İngiltərə, Amerika Birləşmiş Ştatları, İsrail, Çin, Sinqapur, Norveç, Qazaxıstan və digər ölkələrdən nümayəndələr qatılıblar.
Konfransın bağlanışı zamanı DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri IAEA-nın 2019-cu il sentyabrın 22-dən 27-dək Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək növbəti - 45-ci illik konfransının təqdimatını ediblər. “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həllər” mövzusunda ölkəmizdə keçirilməsi nəzərdə tutulan konfransa ümumi hazırlıq işləri, altmövzular, qonaq mühazirəçilər, tədbirin keçiriləcəyi məkan və s. haqqında iştirakçılara məlumat verilib, videoçarx nümayiş olunub. DİM-in sektor müdiri Vəli Hüseyn çıxış edərək 44-cü konfransın təşkilatçılarına minnətdarlığını bildirib, konfrans iştirakçılarını Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.

Paylaş:
Baxılıb: 961 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31