Ana səhifə »  Sosial »  Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının növbəti beynəlxalq konfransı 38 ildən sonra yenidən Bakıda keçirilir
A+   Yenilə  A-
Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının növbəti beynəlxalq konfransı 38 ildən sonra yenidən Bakıda keçirilir

Sentyabrın 13-də Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın açılışında dövlət və hökumət rəsmiləri, elm və təhsil müəssisələrinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici və yerli alimlər, tədqiqatçılar iştirak ediblər.
Tədbirdə “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov IFAC-ın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, 1957-ci il sentyabrın 12-də Parisdə təsis olunan IFAC 1978-ci ildən Avstriya hökumətinin dəvəti və dəstəyi ilə fəaliyyətini bu ölkənin Laksenburq şəhərində davam etdirir. Belə ki, 49 ölkənin avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatlarını özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbir keçirir. Hazırda bu qurum robotikanın əsasını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə dünyada ən nüfuzlu təşkilat hesab olunur.
B.İbrahimov diqqətə çatdırıb ki, konfransda IFAC-ın TECIS texniki komitəsinin 35 illik yubileyi qeyd olunur. IFAC-ın Bakıda ilk və son toplantısı 1980-ci ilin aprelində Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirilib. Paytaxtımızda 38 ildən sonra yenidən təşkil olunan bu nüfuzlu konfransda beynəlxalq rəyçilər tərəfindən seçilmiş 170 məqalə 9 plenar sessiyada təqdim ediləcək. B.İbrahimov deyib: “Konfransda iştirak üçün 370-dən çox alimin həmmüəllifi olduğu 200 məqalə toplanılıb. Bu məqalələrin əksəriyyəti robotika, avtomatlaşdırma, humanoid robotlar, mexatronika və s. kimi müasir dövr üçün önəmli sayılan sahələri əhatə edir. Həmmüəlliflər 30-dan çox ölkəni, o cümlədən Azərbaycan, Avstriya, Almaniya, İsveçrə, Rusiya, Türkiyə, Küveyt, Macarıstan, İtaliya, Fransa, İrlandiya, İngiltərə və digər dövlətləri təmsil edirlər. Azərbaycanlı alimlər konfransa 50-yə yaxın məqalə göndəriblər. Dünyanın müxtəlif ölkələrindən olan onlarla elm adamı konfransda elmi məqalələrini bölüşməklə yanaşı, həm turistik bölgələrimizi ziyarət edəcək, həm də texniki turlar vasitəsilə ölkənin texnoloji mərkəzləri ilə yaxından tanış olacaqlar”.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə IFAC-ın müxtəlif-texniki, bioloji, sosial, iqtisadi və digər sahələrdə avtomatik idarəetmənin tətbiqində və bu sahənin inkişafında mühüm rol oynadığını bildirib. Diqqətə çatdırılıb ki, belə bir nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin elmi ictimaiyyəti üçün mühüm hadisədir. Nazir deyib: “Konfrans ölkələrimiz arasında elmi əlaqələri genişləndirməyə, qarşılıqlı faydalı məsələlər barədə fikir mübadiləsi aparmağa, əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə və avtomatik idarəetmə sahəsində yenilikləri bölüşməyə imkan verəcək”.
Elm və texnologiyaların hər bir ölkənin sosial-iqtisadi inkişafında aparıcı rol oynadığını bildirən nazir diqqətə çatdırıb ki, bu gün dünyada davamlı və dayanıqlı inkişafla bağlı ən qlobal təşəbbüslər İKT, yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Artıq dövlətlərin iqtisadi üstünlüyü də məhz elm və texnologiyalara yiyələnmə, onları mənimsəmə gücünə əsaslanır. Baxmayaraq ki, Azərbaycan əsasən neft ölkəsi kimi tanınır, ancaq ölkəmizdə elmin, təhsilin və texnologiyaların inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindədir. Son illər Azərbaycanda bu istiqamətdə ciddi addımlar atılıb. Belə ki, 350 tələbə dünyanın informasiya texnologiyaları üzrə tanınmış universitetlərinə dövlət hesabına oxumağa göndərilib.
Ramin Quluzadə vurğulayıb ki, ölkəmizdə elm və texnologiyaların inkişafına dəstək verən bir sıra fondlar fəaliyyət göstərir. Onlardan Elmin İnkişafı Fondunu, İKT-nin İnkişafı Fondunu misal göstərmək olar. Həmçinin Azərbaycanda elmi nəticələrin kommersiyalaşdırılması üçün texnoloji parklar fəaliyyət göstərir. Bu parklarda yeddi il müddətinə vergi, eləcə də gömrük güzəştləri tətbiq olunur.
Konfransın işinə uğurlar arzulayan IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Vurğulanıb ki, IFAC Azərbaycanın elmi müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. “TECIS 2018”in Bakıda təşkilindən məmnunluğunu bildirən F.Allgover diqqətə çatdırıb ki, Azərbaycanın konfransa ikinci dəfə ev sahibliyi etməsi əlamətdar haldır. Tədbir iştirakçı alimlərin öz potensiallarını nümayiş etdirmələri baxımından önəmli platformadır. Bu konfransdan gözləntilərimiz böyükdür.
Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek, Vaterford Texnologiya İnstitutunun professoru Larri Stapleton və Təhsil Nazirliyinin sektor müdiri Anar Kazımov çıxış edərək avtomatika və robotika sahəsində tanınmış alimlərinin tədbirdə iştirakları baxımından konfransın əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, bu cür nüfuzlu konfransın Bakıda təşkili azərbaycanlı alimlər üçün böyük imkanlar açacaq.
Alimlər “TECIS 2018”in - avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini əks etdirən tədbirin dünya elminə töhfə verəcəyinə əminliklərini bildiriblər.
Sonra konfrans işini “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar”, “Bio-tibbi sistemlər”, “Avtomatlaşdırma və nəzarət mexanizmləri”, “Humanoid robotlar” və digər mövzularda sessiyalar üzrə davam etdirib.
Beynəlxalq konfrans sentyabrın 15-dək davam edəcək.
Qeyd edək ki, tədbirin təşkilində Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Limanı, xarici ölkələrdəki səfirliklərimiz, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Avstriya QHT-ləri və ali təhsil ocaqları dəstək göstəriblər.

 
  • Oxunub:  1260  |  
  • Tarix:  14-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan parlamenti ölkəmizin müstəqilliyini möhkəmləndirir, sürətli inkişafını təmin edir, bu inkişafa öz töhfəsini verir

17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +25
gecə+17 +19