Ana səhifə »  Sosial »  Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib
A+   Yenilə  A-
Naxçıvan Tibb Kollecinin binası istifadəyə verilib

Sentyabrın 13-də Naxçıvan Tibb Kollecinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Ali Məclisin Sədri Bilik Günü ərəfəsində Naxçıvan Tibb Kollecinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, Ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladaraq deyib: Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə səhiyyənin inkişafını diqqətdə saxlamışdır. Bu gün Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidentinin qayğısı ilə Azərbaycanda səhiyyə sistemi müasir tələblər səviyyəsində qurulub. Bu sahədə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamızda da səhiyyənin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Hazırda 32 muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, mərkəz və dispanserlər, eləcə də 107 feldşer-mama və tibb məntəqəsi, 84 ambulatoriya vasitəsilə əhaliyə səhiyyə xidməti göstərilir. Muxtar respublika, şəhər, rayon və kənd sahə xəstəxanaları, dispanser və mərkəzlər müasir tələblər səviyyəsində qurulub. Ambulatoriyaların 90 faizi, feldşer-mama və tibb məntəqələrinin 95 faizi yeni binalarda yerləşir, əhaliyə müasir səhiyyə xidməti göstərilir.
Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikanın səhiyyə müəssisələrində 1290 həkim, 2260-dan artıq orta tibb işçisi ştatı mövcuddur. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yaradılması, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Həmçinin həkimlər və orta tibb işçiləri ixtisasartırma kurslarına göndərilir, onların bilik səviyyəsi və peşəkarlığı artırılır. Artıq muxtar respublikanın səhiyyə sistemi əhalinin sağlamlığının keşiyində durmağa tam hazır və qadirdir.
Ali Məclisin Sədri buna görə muxtar respublikanın səhiyyə işçilərinə təşəkkürünü bildirərək deyib: Səhiyyə sahəsində daim yeniliklər tətbiq olunur. Muxtar respublikanın səhiyyə işçiləri də bu yenilikləri öyrənməli və tətbiq etməlidirlər. Səhiyyənin inkişafı üçün birincisi şərait olmalıdır, ikincisi isə ixtisaslı kadrların hazırlanmasına diqqət yetirilməlidir. Muxtar respublikamızda hər iki amil diqqət mərkəzində saxlanılır. Səhiyyə müəssisələrində müasir avadanlıqlar quraşdırılmışdır. Həkim və orta tibb işçilərinin hazırlanmasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığına xidmət etməklə yanaşı, eyni zamanda, ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər.
Ali Məclisin Sədri deyib: 1931-ci ildə fəaliyyətə başlayan Naxçıvan Tibb Kolleci şərəfli inkişaf yolu keçmişdir. Kolleci bitirən 8 mindən çox məzun muxtar respublikada əhalinin sağlamlığının keşiyində dayanmışdır. Bu gün də bu iş davam etdirilir. 8 ixtisas üzrə tələbə hazırlığı aparan kollec muxtar respublikamızın orta tibb işçilərinə olan tələbatını tamamilə ödəyəcəkdir. Ona görə də məktəbdə yaradılan şəraitdən səmərəli istifadə olunmalı, tələbələr yüksək səviyyədə hazırlanmalı, tələbkarlıq artırılmalı, praktik dərslərə üstünlük verilməli və nizam-intizama ciddi əməl edilməlidir.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha kollektivi təbrik edib.
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək deyib ki, yenidənqurma işlərindən sonra kollec müasir tibbi təhsil müəssisəsinə çevrilib. Müəllimlər və tələbələr üçün ən müasir tədris şəraiti yaradılıb. Hazırda kollecdə 39 qrupda 8 ixtisas üzrə 702 tələbə təhsil alır. Bu tədris ilində 231 tələbə məzun olub ki, onlardan da yeddisi fərqlənmə diplomuna layiq görülüb. 2018-2019-cu tədris ilində Naxçıvan Tibb Kollecinə 230-dan çox tələbə qəbul olub. Hazırda kollecdə 58 müəllim və həkim çalışır. Tələbələrin təcrübi tibbi biliklərinin daha da artırılması istiqamətində tədbirlər görülür, onlar dərsdən sonra muxtar respublikanın səhiyyə müəssisələrində müxtəlif ixtisaslar üzrə təcrübə keçirlər. Hazırda kollecdə elektron təhsil tətbiq olunur. Yaradılan şərait kollektivin məsuliyyətini daha da artırır. Sona Məmmədova ixtisaslı və peşəkar tibbi kadrların hazırlanması istiqamətində səylərini artıracaqlarını bildirib, yaradılan şəraitə görə Naxçıvan Tibb Kollecinin kollektivi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, kollecin binası zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarətdir. Yenidənqurma işləri zamanı binanın bünövrəsi möhkəmləndirilib, fasadı yenilənib, müasir tədris şəraiti yaradılıb. Kollecdə kimya, farmokologiya və mikrobiologiya laboratoriyaları, anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələri, müayinə otağı, kitabxana, iclas zalı, 2 kompüter otağı, müəllimlər otağı, Heydər Əliyev lektoriyası, şahmat sinfi, 13 auditoriya və 9 mühazirə zalı, hərbi kabinə, idman zalı, bufet və arxiv vardır. Laboratoriyalar müasir avadanlıqlarla təmin edilib. Auditoriyalarda quraşdırılan elektron lövhə və proyektorlar distant dərslərin keçirilməsinə, o cümlədən elektron dərsliklərdən istifadəyə imkan verir.
Anatomiya-fiziologiya, terapiya, pediatriya və cərrahiyyə kabinələrində nəzəri biliklərin praktik formada möhkəmləndirilməsi üçün lazımi şərait yaradılıb, tibbi avadanlıqlar qoyulub. Kitabxana fondunda 1154-ü tibbi və 3683-ü bədii ədəbiyyat olmaqla, 4837 kitab vardır. Həmçinin kollecdə elektron dərslik bazası da yaradılıb. Kompüter otaqlarında isə internetə çıxışı olan 48 kompüter qoyulub, elektron imtahan proqramı quraşdırılıb. Bu da imtahanların elektron formada aparılmasına imkan verəcəkdir.
Kollecin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Birlik, nizam-intizam və tələbkarlıq olan təhsil müəssisələrinin nailiyyətləri də çox olur. Ötən dövrdə Naxçıvan Tibb Kolleci uğurlu fəaliyyət göstərmiş və böyük inkişaf yolu keçmişdir. Buranı bitirən məzunlar muxtar respublikada səhiyyənin inkişafına öz töhfələrini verirlər. İxtisaslı tibbi kadrların hazırlanması sahəsində kollecin yaratdığı ənənə Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin yaranması üçün əsas verdi. İstər tibb fakültəsinin, istərsə də kollecin məzunları bu gün muxtar respublikada ən mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər. İnsanlarımıza yaşadıqları yerlərdə hərtərəfli tibbi xidmət göstərilir. Muxtar respublikadakı müasir xəstəxanaların, həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin orta tibb işçiləri ilə təminatı Naxçıvan Tibb Kolleci tərəfindən həyata keçirilir. Həkim müayinə edir, təyinat verir, orta tibb işçisi isə müalicəni aparır. Ona görə də kollektiv yaradılan müasir tədris şəraitindən səmərəli istifadə etməli, kadr hazırlığı işi daim diqqətdə saxlanılmalıdır.
Kollecin müəllimi Sahibə Quliyeva yaradılan şəraitə görə müəllimlər və həkimlər adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəsəklərinə söz verib.
Ali Məclisin Sədri kollecin elektron dərslik fondunun zənginləşdirilməsi, müəllim və tələbələrin təcrübə mübadiləsinin davam etdirilməsi, tədris prosesində qədim tibbi metodların və ənənələrin də öyrədilməsi barədə tapşırıqlar verib.
Binada fərdi qazanxana quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.
Naxçıvan şəhərindəki tarixi binalar yenidən qurulur
Muxtar respublikada tikinti-quruculuq işləri aparılarkən tarixiliklə müasirlik vəhdətdə götürülür. Naxçıvan şəhərinin qədim arxitekturası və memarlıq quruluşu qorunub saxlanılır. Tarixi binaların yenidən qurulması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Hazırda Naxçıvan şəhərinin Atatürk küçəsindəki 6 nömrəli binada yenidənqurma işləri aparılır.
Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan yenidənqurma işləri ilə tanış olub.
Məlumat verilib ki, bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Yenidənqurma işləri aparılarkən binanın tarixi görkəminin və memarlıq quruluşunun saxlanılmasına xüsusi diqqət yetirilir. Tikinti işləri başa çatdıqdan sonra binada Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və Cəmşid Naxçıvanskinin Ev Muzeyi yerləşəcək. Binanın ətrafında da abadlıq işləri aparılacaq, yeni park salınacaq. Parkda Naxçıvan Muxtar Respublikasının turizm marşrutlarının xəritəsini və tarixi abidələrinin görüntülərini əks etdirən stendlər qoyulacaq.
Ali Məclisin Sədri binada tikinti işlərinin keyfiyyətlə aparılması, həmin küçədəki 8 nömrəli binanın da layihələndirilməsi və yenidən qurulması barədə tapşırıqlar verib.

 
  • Oxunub:  4200  |  
  • Tarix:  14-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 09:46
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk təqdimatını BDU-da keçirib
25 Aprel 09:44
Tərtərdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
25 Aprel 09:40
Nazir Azad Rəhimov Formula 1 SOCAR Qran-Prisi ərəfəsində jurnalistlərlə görüşüb
25 Aprel 09:38
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib
25 Aprel 09:36
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
25 Aprel 09:34
Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir
25 Aprel 09:31
Mario İzola: Bakı şəhər halqası Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir
25 Aprel 09:28
Məşhur britaniyalı müğənni Cessi Cey Formula 1 SOCAR Azərbaycan Qran-Prisində çıxış edəcək
25 Aprel 09:24
Əbu-Dabidə İƏT festivalında AZƏRTAC-ın fotoşəkilləri nümayiş etdirilir
25 Aprel 09:22
Azərbaycanın regionlarında turizmin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür
24 Aprel 17:56
Əli Kərimlinın adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +19
gecə+7 +9