Ana səhifə »  Sosial »  Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib
A+   Yenilə  A-
Akademik Musa Əliyev Azərbaycanda geologiya elminin inkişafına layiqli töhfələr verib

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli alim, tanınmış ictimai xadim, akademik Musa Əliyevin 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabanda akademik Musa Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.
Akademiyanın əsas binasında təşkil olunan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin “Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 21 fevral tarixli Sərəncamının elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu vurğulayıb.
Akademik Musa Əliyevin Azərbaycanda geologiya elminin inkişafına fundamental tədqiqatları ilə mühüm töhfələr verdiyi, yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərdiyi, onun akademiyanın prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etdiyi diqqətə çatdırılıb.
A.Əlizadə görkəmli alimin həm də böyük ictimai xadim olduğunu vurğulayıb. O deyib: “Musa Əliyev müxtəlif illərdə SSRİ və Azərbaycan Ali sovetlərinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü və katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini, Azərbaycan Plan Komitəsinin sədri, keçmiş Ümumittifaq “Bilik” Cəmiyyətinin Azərbaycan şöbəsinin sədri, Lenin Mükafatları Komitəsinin və Ali Attestasiya Komissiyası plenumunun üzvü, Sovet-Pakistan Dostluq Cəmiyyətinin vitse-prezidenti olub. SSRİ Neft Sənayesi Nazirliyinin kollegiyası tərəfindən “Fəxri neftçi” adına layiq görülüb. Neft sənayesində çoxillik səmərəli elmi fəaliyyətinə görə adı SSRİ Neft Sənayesi Nazirliyinin “Fəxri kitabı”na daxil edilib. Ümumittifaq Paleontoloji Cəmiyyətin fəxri üzvü seçilib”.
AMEA-nın rəhbəri görkəmli alimin çoxillik məhsuldar elmi-təşkilati, pedaqoji və ictimai fəaliyyətinin yüksək qiymətləndirildiyini, onun orden, medal və fəxri fərmanlarla təltif olunduğunu, ölümündən sonra 1989-cu ildə “Azərbaycanın təbaşir faunası” monoqrafiyasına görə Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görüldüyünü deyib.
A.Əlizadə görkəmli alimlə bağlı xatirələrini bölüşüb: “1956-cı ilin payız aylarında mənə məlumat gəldi ki, akademiyanın o vaxtkı prezidenti, akademik Musa Əliyevin rəhbərlik etdiyi Geologiya İnstitutunda iki vakant ştat vahidi var və ora gənc mütəxəssislər axtarır. Həmin vaxt akademiyaya işə qəbul olunmaq çox çətin məsələ idi. Musa Əliyevlə görüşdüm, söhbət etdik. Məni işə qəbul etdi”.
Musa Əliyevin görkəmli paleontoloq olduğunu deyən A.Əlizadə onun laboratoriyasında elmi istiqamətini bir daha təbabətlə bağlaya bildiyini söyləyib.
A.Əlizadə görkəmli alimin həm akademiyanın prezidenti, həm də laboratoriyanın rəhbəri kimi ilk addımından ona qayğı göstərdiyini, inandığını bildirib. Musa Əliyevin Azərbaycan elmində əvəzsiz xidmətləri olduğunu vurğulayan AMEA rəhbəri onun xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib.
Tədbirdə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov “Görkəmli alimin şərəfli həyat yolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Musa Əliyev 1926-cı ildə Aşqabadda fizika-riyaziyyat təmayüllü orta məktəbi əla qiymətlərlə bitirərək indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dağ-mədən fakültəsinə daxil olub, 1931-ci ildə oranı bitirib. O, 1936-cı ildə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1957-ci ildə professor elmi adını alıb. 1950-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
F.Qədirov akademik Musa Əliyevin bir sıra yüksək vəzifələrdə uğurla çalışdığını deyib: “O, 1936-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda dosent, neft fakültəsinin dekanı və institutun direktoru vəzifələrində işləyib, 1941-1942-ci illərdə keçmiş SSRİ-nin Neft Sənayesi Nazirliyinin nəzdində Baş Tədris İdarəsinin rəisi vəzifəsinə təyin edilib, eyni zamanda, Moskva Neft İnstitutunda pedaqoji fəaliyyət göstərib. Akademik 1943-1949-cu illərdə Azərbaycanda partiya və hökumət orqanlarında çalışıb, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sənaye üzrə katibi, Azərbaycan Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, SSRİ Ali Sovetinin deputatı olub”.
Mərhum akademikin elmi fəaliyyətindən danışan məruzəçi bildirib ki, alimin əsas uğurlarından biri onun rəhbərliyi ilə 1949-cu ildə Xəzər dənizinin akvatoriyasında neft və qazın geoloji axtarışı və istismarına dair layihə əsasında ilk dəfə neft sənayesində dənizdə böyük yatağın (“Neft Daşları”) açılışı olub.
Musa Əliyevin böyük elm təşkilatçısı olduğunu söyləyən F.Qədirov vurğulayıb ki, o, 1950-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb. Onun akademiyaya rəhbərlik etdiyi dövrdə Elmlər Akademiyasının inkişafının istiqamətləndirilməsində, yeni elmi tədqiqat institutlarının, bölmə və şöbələrin yaradılmasında, elmin ən perspektiv sahələrinin təşkilində mühüm xidmətləri olub.
Geologiya İnstitutundakı fəaliyyəti dövründə Musa Əliyevin də yaxından iştirak etdiyi tədqiqatlar nəticəsində Azərbaycanda müxtəlif ərazilərin faydalı qazıntılarının müəyyənləşdirilməsi və perspektivlərinin dəyərləndirilməsi üçün xeyli sayda geoloji, tektonik və neotektonik xəritələr tərtib edilib. Bu xəritələr bir sıra neft, filiz və qeyri-filiz yataqlarının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Bildirilib ki, Musa Əliyev Azərbaycanda mezozoy üzrə paleontoloq və stratiqrafların elmi məktəbinin banisidir. Bu məktəb isə SSRİ-də yura və təbaşir stratiqrafiyası üzrə “Bakı məktəbi” kimi məşhurlaşıb. 1958-ci ildən Moskvada Musa Əliyevin elmi fəaliyyətinin yeni dövrünün başlandığını diqqətə çatdıran F.Qədirov vurğulayıb ki, SSRİ Elmlər Akademiyasının prezidenti A.Nesmeyanovun təklifi ilə Moskvaya yeni təşkil edilmiş Yanar Qazıntı Yataqlarının Geologiyası və İşlənilməsi İnstitutuna direktorun elmi işlər üzrə müavini vəzifəsinə dəvət olunan alim ömrünün sonuna kimi burada çalışıb. Musa Əliyev 1967-1971-ci illərdə Sovet-Əlcəzair neft-qaz kontraktına rəhbərlik edib, Əlcəzairin Tinduf və Xassi Braxim neft-qaz yataqlarının açılması da onun adı ilə bağlıdır.
F.Qədirov görkəmli alimin rəhbərliyi ilə 60-dan çox fəlsəfə və elmlər doktoru yetişdirildiyini, onun geologiya, paleontologiya və stratiqrafiyanın müxtəlif problemlərinə aid 350-dək elmi əsərin müəllifi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı “Akademik Musa Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycanda geoloq kadrların professional hazırlanmasının əsası ötən əsrin 20-ci illərində Bakı Politexnik İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) qoyulub. Məhz bu ixtisası seçmiş Musa Əliyev ali məktəbin dağ-mədən fakültəsinə daxil olub, ilk günlərdən liderlik keyfiyyətləri ilə fərqləndiyinə görə tələbələr onu geoloqlar qrupunun başçısı seçiblər.
Musa Əliyevin tələbəlik illərində pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən M.Babanlı vurğulayıb ki, o, 1930-1933-cü illərdə Balaxanıda Nəriman Nərimanov adına Sənaye Texnikumunda və Lassal adına Neft Texnikumunda müxtəlif fənlərdən dərs deyib.
Musa Əliyevin Azərbaycan Sənaye İnstitutunu (ASİ) bitirdiyi il ali məktəbdə dərs demək hüququ qazandığı, ASİ-də assistent, dosent və neft fakültəsinin dekanı kimi fəaliyyət göstərdiyi, 1939-cu ildə isə institutun direktoru vəzifəsinə təyin edildiyi diqqətə çatdırılıb. M.Babanlı məhz bundan sonra milli kadrların yetişdirilməsi istiqamətində ciddi işlərə başlanıldığını, neft sənayesi üzrə milli kadrların seçilməsi və yerləşdirilməsində ilk addımlar atıldığını söyləyib. Bildirilib ki, Musa Əliyev artıq o dövrdə SSRİ miqyasında nüfuzlu sayılan ali məktəbimizin 20 illik yubileyinin təntənəli keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olub. Onun rəhbərliyi dövründə institut iki dəfə SSRİ Xalq Neft Sənayesi Komissarlığı və Neftçilər Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin keçici bayrağını alıb.
Ümummilli lider Heydər Əliyevin bu institutda təhsil aldığını söyləyən M.Babanlı bildirib ki, Ulu öndər 2000-ci ildə müəllim-tələbə kollektivi ilə görüşdə çıxışı zamanı: “...Xatirəmdədir ki, 1940-cı ildə burada tələbə idim. Bildik ki, 20 illik yubileydir. O vaxt burada rektor Musa Əliyev idi. Bilirsiniz ki, o, sonra böyük alim, akademiyanın prezidenti olmuşdur” fikirlərini səsləndirərək görkəmli alimi xatırlayıb.
M.Babanlı mərhum akademikin böyük insan, dahi şəxsiyyət, görkəmli alim, bacarıqlı pedaqoq, əsl ziyalı olduğunu, onun əziz xatirəsinin hər zaman yaşayacağını vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, bu ali məktəbin faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov və başqaları akademik Musa Əliyevin həyat və elmi fəaliyyətindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər.
“ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev ailə üzvləri adından çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb, yığıncağın təşkilinə görə AMEA-nın rəhbərliyinə, həmçinin tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Akademik Musa Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

 
  • Oxunub:  4050  |  
  • Tarix:  16-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır və bu rol ildən-ilə artmaqdadır

16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:59
18 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 81 dəfə pozub
09:39
18 Avqust
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
18:03
17 Avqust
Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb
17:59
17 Avqust
Bərdənin 2 kəndində içməli su infrastrukturunun yaradılması işləri görülür
17:51
17 Avqust
Taxılçılıqda keyfiyyətli toxuma olan tələbatın daxili istehsal hesabına tam ödənilməsi prioritet vəzifələrdəndir
17:29
17 Avqust
Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar
16:55
17 Avqust
Xəzərin hüquqi statusu: Aktau sammitinin tarixi və geosiyasi özəllikləri
16:48
17 Avqust
Ramin Quluzadə: Azərbaycanda startapların maliyyələşdirilməsi üçün investorlar klubu yaradılacaq
16:41
17 Avqust
SOCAR Bakıda ikinci sıxılmış təbii qaz yanacaqdoldurma məntəqəsini açıb
16:37
17 Avqust
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb
16:32
17 Avqust
XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məsələləri müzakirə edilib
16:25
17 Avqust
Elmar Məmmədyarov Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanla görüşüb
16:01
17 Avqust
Azərbaycan Xəzərlə bağlı problemlərin həllinə daim öz töhfəsini verir
15:55
17 Avqust
Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır
15:46
17 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllı rayonunda vətəndaşları qəbul edib
15:45
17 Avqust
Gənclər və idman naziri vətəndaşlarla görüşüb
15:20
17 Avqust
Vergilər Nazirliyinin əməkdaşları Koreya Respublikasında təlimdə iştirak edəcək
15:02
17 Avqust
Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası fermerlərə dəstək üçün görüşləri davam etdirir
14:28
17 Avqust
“Qarabağ”-“Şerif” oyunun başlama saatı açıqlanıb
14:09
17 Avqust
Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biridir
13:58
17 Avqust
Fermer Cavanşir Paşayev: İndiyə kimi pomidor becərib ziyana düşən adam görməmişəm
13:56
17 Avqust
Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib
12:37
17 Avqust
DSX-nin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər
12:27
17 Avqust
İlin əvvəlindən 7,8 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb
12:24
17 Avqust
UEFA Avropa Liqasının play-off mərhələsində bütün rəqiblər müəyyənləşib
12:22
17 Avqust
Muxtar respublika əhalisi payız-qış mövsümündə də fasiləsiz içməli su ilə təmin olunacaq
12:10
17 Avqust
Qazaxıstan Xəzər dənizinin statusu barədə Konvensiyanı tezliklə ratifikasiya edəcək
11:58
17 Avqust
Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti
11:56
17 Avqust
“ADNSU Yay məktəbi - 2018” uğurla davam edir
11:32
17 Avqust
Şəhərsalma və Arxitektura Komitəsi ilə “Caspian European Club” əməkdaşlığı genişləndirir
10:49
17 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 92 dəfə pozub
10:17
17 Avqust
Ürəkləri fəth edən səs
10:09
17 Avqust
Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
18:34
16 Avqust
Nazirlər Kabinetinin Twitter səhifəsi açıldı
18:00
16 Avqust
Ali məktəblərdə boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi keçirilir
17:53
16 Avqust
Bu il dəmir yolu ilə 1,5 milyondan çox sərnişin daşınıb
17:21
16 Avqust
Dövlət Baytarlıq Xidməti heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirləri həyata keçirir
17:15
16 Avqust
Müdafiə naziri Cəmşid Naxçıvanski adına Hərbi Liseydə aparılan təmir-tikinti işlərinin gedişini yoxlayıb
16:21
16 Avqust
Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
16:17
16 Avqust
Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16:16
16 Avqust
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət İmtahan Mərkəzi mətbuat xidmətlərinin birgə məlumatı
15:54
16 Avqust
Hikmət Babaoğlu: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
15:47
16 Avqust
“Con Batçelor Şou” amerikalı radio dinləyicilərini Gəncə şəhəri barədə ətraflı məlumatlandırıb
15:42
16 Avqust
Beş Xəzəryanı ölkənin Prezidentinə “Caspian Energy Award” mükafatı təqdim olunacaq
15:24
16 Avqust
İldə 7-9 milyon ədəd nərəkimi balıq körpəsi yetişdirilərək təbii su hövzələrinə buraxılır
15:21
16 Avqust
Rüfət Quliyev: Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya regionda daha geniş əməkdaşlığa yol açır
15:10
16 Avqust
Akademik Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
14:14
16 Avqust
Sentyabrda Bakıda HR Forum keçiriləcək
13:52
16 Avqust
Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb
13:24
16 Avqust
Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
12:54
16 Avqust
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Yevlaxda vətəndaşları qəbul edib
12:46
16 Avqust
Bu gün “Qarabağ” klubunun UEFA Avropa Liqasındaki rəqibi məlum olacaq
12:42
16 Avqust
Banklarda tətbiq ediləcək istehlak kreditləri üzrə vahid kredit şərtləri müzakirə olunub
12:07
16 Avqust
Məleykə Abbaszadə: Bu il 29 abituriyent 700 bal toplayıb
12:01
16 Avqust
“SABAH” qrupları tələbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində təcrübə proqramı başa çatıb
11:47
16 Avqust
Əmək və əhalinin sosial müdafiəsi naziri əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub
11:45
16 Avqust
Görkəmli estrada müğənnisi Müslüm Maqomayevin xatirəsi anılacaq
11:16
16 Avqust
Cari ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 4,3 milyard kubmetrdən çox qaz ötürülüb
11:11
16 Avqust
Yeddi ayda BTC ilə 19,4 milyon ton neft göndərilib
11:07
16 Avqust
“Tokio-2020” Olimpiya Oyunları üçün könüllülərin toplanmasına başlanıb
11:05
16 Avqust
Bu il Azərbaycanda 22,5 milyon ton neft və 10,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
10:56
16 Avqust
Xəzərin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın həyata keçirdiyi layihələrin önəmini daha da artıracaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA