Ana səhifə »  Sosial »  Naxçıvanda ilk informasiya agentliyi fəaliyyətə başladı
A+   Yenilə  A-
Naxçıvanda ilk informasiya agentliyi fəaliyyətə başladı

Mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli tədbirdə çıxış edərək deyib ki, ötən 25 illik zaman kəsiyi bir neçə özünəməxsus cəhətləri ilə səciyyəvi olsa da, bu dövrün ən böyük uğurlarından biri də ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, mediaya qayğı siyasətinin uğurla davam etdirilməsidir. Bunun bariz nümunələrindən biri də Naxçıvan televiziyası və radiosu, eləcə də bu inkişafın məntiqi davamı kimi meydana çıxan “Nuhçıxan” İnformasiya Agentliyidir. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə teleradio əsl inkişaf dövrünü yaşayır. Mərhələ-mərhələ hərtərəfli şəraitlə təmin olunan Naxçıvan televiziyası və radiosunun maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsalı yenidənqurmadan sonra istifadəyə verilib, yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, montaj və kompüter dəstləri alınıb, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq məsələləri ilə bağlı verdiyi tapşırıqların İcra Planına uyğun olaraq 2014-2018-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, 2015-2017-ci illərdə efir vaxtı 2 saat artırılaraq 16 saatdan 18 saata çatdırılıb, 150-dən artıq sənədli və televiziya filmi çəkilib. 2018-ci il iyun ayının 15-dən isə teleradionun efir vaxtı daha bir saat artırılacaq. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının - naxcivantv.az-ın yaradılması və teleradio verilişlərinin internet üzərindən yayımının təşkili Naxçıvanın informasiya blokadasını tamamilə yarıb. Komitədə əsaslı struktur islahatları da aparılıb, yeni “Efirə buraxılış və əlaqələndirmə” direksiyası, Naxçıvan Teleradiosunun “Xalq Çalğı Alətləri Ansamblı”, Televiziyanın “Uşaq, gənclər və idman”, “Səhər verilişləri”, “İnformasiya təminatı və saytlarla iş” redaksiyaları, radionun “Səhər verilişləri” redaksiyası yaradılıb. Uğurlu islahatların davamı kimi, bu ilin əvvəlindən başlayaraq muxtar respublikanın rayonlarında Naxçıvan televiziyasının yeni müxbir postları fəaliyyətə başlayıb.
Komitə sədri deyib ki, televiziya əməkdaşları son illər sosial şəbəkələrdəki fəallığını da artırıb, “Youtube”, “Instagram”, və “Facebook”da ayrıca səhifələr yaradılıb, bu səhifələrdə televiziyanın minlərlə videomaterialı yerləşdirilib, Naxçıvan televiziyasında ilk dəfə olaraq xəbərlərin ingilis dilində həftəlik yayımına başlanılıb. Bu ilin sonundan etibarən isə xəbərlərin rus dilində yayımı da həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 6 fevral tarixli “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılıb. Bununla da Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi özünün televiziyası, radiosu, internet saytı və informasiya agentliyi olan böyük bir media qurumuna çevrilir. Agentliyin əsas fəaliyyət istiqamətləri muxtar respublika ilə bağlı ən mühüm hadisələr haqqında informasiyaları, şərh və rəyləri, analitik məqalələri, foto və videoinformasiyaları, rəsmi materialları öz kanalları, beynəlxalq internet şəbəkəsi və sosial şəbəkələr vasitəsilə yaymaqdır.
Sahil Tahirli muxtar respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinə yaratdığı hərtərəfli şəraitə və agentliyin yaradılmasına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektiv adından minnətdarlığını bildirib.
Agentliyin fəaliyyətə başlaması münasibətilə muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşlarını və agentliyin kollektivini təbrik edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun mətbuat orqanlarına, teleradiolara olan hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı kütləvi informasiya vasitələrinin inkişafı sahəsində taleyüklü dövlət sənədinə çevrilib, muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb.
Qeyd olunub ki, ötən 20 ildə muxtar respublikanın kütləvi informasiya vasitələri böyük inkişaf yolu keçib. “Şərq qapısı” qəzeti və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binalar tikilərək istifadəyə verilib, qəzetlərin dövriyyəliliyi təmin edilib, müasir çap avadanlıqlarının quraşdırılması hesabına nəşriyyat işinin keyfiyyəti artırılıb, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurulub, yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılıb. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, nəşriyyatlar, Naxçıvan Mətbuat Şurası, Televiziya və Radio Şurası fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır. Naxçıvan Dövlət Televiziyasının, “Şərq qapısı” qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agentliklərinin müxbir postlarının fəaliyyət göstərməsi, yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, sürətli internetə çıxış imkanlarının yaradılması və rəqəmsal yayıma keçid Naxçıvanın informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə daha operativ çatdırılmasına imkan verir.
Muxtar respublikada jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da diqqət mərkəzində saxlanılır. Muxtar respublikamızda jurnalistlərin əməyi də daim yüksək qiymətləndirilib, sosial müdafiəsi gücləndirilib, əməkhaqları artırılıb.
Ülvi Hüseynli qeyd edib ki, muxtar respublika rəhbərinin mətbuat işçiləri ilə görüşləri zamanı verdiyi tövsiyə və tapşırıqlar teleradio və qəzetlərin əsas fəaliyyət istiqamətinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “İnformasiya vermək, maarifləndirmək, bu günümüzün tarixini yaratmaq, milli dəyərlərimizi təbliğ etmək və ictimaiyyəti düzgün istiqamətləndirmək kütləvi informasiya orqanlarının qarşısında duran əsas vəzifələrdir”. Bu vəzifələr kütləvi informasiya vasitələrinin əməkdaşları, eləcə də “Nuhçıxan” İnformasiya Agentliyi üçün əsas fəaliyyət istiqamətidir.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova, “Nuhçıxan” İnformasiya Agentliyinin baş redaktoru Səməd Canbaxşıyev və televiziyanın gənc əməkdaşı Yaqub İsayev də tədbirdə çıxış ediblər.
Tədbirdə teleradionun fəaliyyətinə öz işləri ilə töhfə verən, işlərində fərqlənən əməkdaşların bir qrupuna, eləcə də Naxçıvan teleradiosu ilə səmərəli əməkdaşlıq edən kənar əməkdaşlara hədiyyə və fəxri fərmanlar təqdim edilib.
Sonra “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytının təqdimatı olub.
Məlumat verilib ki, sayt Naxçıvan televiziyasının əməkdaşları tərəfindən lisenziyalı proqramlarla yığılıb, təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb. Nuhcixan.az domenində yayımlanan saytın, eyni zamanda, mobil telefonlar üçün interfeysi də hazırlanıb. Saytın əsas bölməsində Naxçıvan Dövlət Televiziyasının və Naxçıvan Dövlət Radiosunun canlı yayım linkləri yerləşdirilib. İstifadəçilər “NTV-canlı” və “104 FM-canlı” səhifələrinə keçid etməklə Naxçıvan Dövlət Televiziyasını və radiosunu internet üzərindən birbaşa izləyə bilirlər.
Saytda “Xəbər lenti”, “Rəsmi xronika”, “Siyasət”, “Aktual”, “Dünya”, “Cəmiyyət”, “İqtisadiyyat”, “Elm və təhsil” və “Multimedia” bölmələri yaradılıb. Saytda yerləşdirilən “Multimedia” bölməsi Naxçıvan televiziyasının öz istehsalı olan videomateriallarla daim zənginləşdiriləcək, Naxçıvanın turizm potensialını əks etdirən videoçarxların yerləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Əsas səhifədə yerləşdirilən “Xəbər lenti” üç dildə - Azərbaycan, ingilis və rus dillərində yayımlanacaq.
Tədbirdə Naxçıvan teleradiosunun fəaliyyətini əks etdirən videoçarx da nümayiş etdirilib.
Tədbirin bədii hissəsində televiziyanın yeni yaradılan “Nuhçıxan” Xalq Çalğı Alətləri Ansamblının ifasında musiqi nömrələri təqdim olunub.
Naxçıvan Televiziyasının əməkdaşı, rəssam Vüqar Mehdiyev tədbirboyu işlədiyi “Nuhçıxan” İnformasiya Agentliyinin loqotipinin rəsmini təqdim edib. Tədbir iştirakçıları loqotipin fonunda xatirə şəkli çəkdiriblər.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  16-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib

14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
10:05
18 Yanvar
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir
10:02
18 Yanvar
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Macarıstanda səfərdə olub
09:59
18 Yanvar
Şimali Kiprin dövlət televiziyası tamaşaçıları 20 Yanvar hadisələri barədə məlumatlandırıb
09:52
18 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
09:50
18 Yanvar
Bişkekdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib
09:48
18 Yanvar
Eldar İbrahimov: Azərbaycan dinamik inkişaf edən ölkə kimi daha çevik struktura malik optimal idarəetmə tələb edir
09:45
18 Yanvar
2019-cu ildə mühüm infrastruktur və sosial layihələrin icrası davam etdiriləcək
09:44
18 Yanvar
Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələr mövcuddur
09:43
18 Yanvar
Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış siyasət və hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub
09:41
18 Yanvar
Hikmət Babaoğlu: Azərbaycanın yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər açır
09:39
18 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmədə çevikliyi və səmərəliliyi artıracaq
09:36
18 Yanvar
Səməd Seyidov: Azərbaycan-Aİ əlaqələrində əldə edilən uğurlar Avropa Parlamentində ölkəmizi istəməyən qüvvələri ciddi narahat edir
09:29
18 Yanvar
Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar
09:27
18 Yanvar
Nikol Paşinyanın “xaş siyasəti”
09:23
18 Yanvar
Misirin aparıcı KİV-ləri 20 Yanvar faciəsindən yazır
09:22
18 Yanvar
Azərbaycanın regionlarında sahibkarlığın inkişafına dəstək tədbirləri gücləndirilir
12:54
17 Yanvar
Keçən il ölkədən 65,6 milyon dollarlıq elektrik enerjisi ixrac olunub
12:46
17 Yanvar
Litva Prezidenti: Azərbaycan Avropanın mühüm tərəfdaşıdır
12:33
17 Yanvar
Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyada ilk iclası keçirilib
12:20
17 Yanvar
PA rəsmisi: Azərbaycanda din sahəsində stabil mühit mövcuddur
12:09
17 Yanvar
2018-ci ildə Azərbaycandan MDB ölkələrinə 1 milyard dollarlıq məhsul ixrac olunub
11:51
17 Yanvar
Azərbaycan ötən il 29,5 milyon tonadək neft və neft məhsulları ixrac edib
11:42
17 Yanvar
Ölkəmizə gələn turist sayının ən yüksək artım səviyyəsi Yaxın Şərq və Asiya ölkələrinə aiddir
11:26
17 Yanvar
Dəyişkən hava şəraitinə baxmayaraq Heydər Əliyev Beynəlxalq Aeroportu tam rejimdə fəaliyyət göstərir
11:17
17 Yanvar
“Üçüncü günün adamı” filmi “YARAT”da
10:58
17 Yanvar
Heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
10:48
17 Yanvar
“Nəsimi ili” Azərbaycanın zəngin tarixi-mədəni irsinin qorunmasına və təbliğinə böyük töhfədir
10:25
17 Yanvar
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
10:22
17 Yanvar
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr-XVIII əsrin ilk dörddəbiri)” kitabının təqdimatı olub
10:20
17 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 29 dəfə pozub
10:11
17 Yanvar
Qondarma “Milli şura”nın yanvarın 19-na planlaşdırdığı “mitinq şousu” fiaskoya məhkumdur
10:09
17 Yanvar
Regionlarda heyvandarlığın inkişafına hərtərəfli dəstək verilir
20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+4 +6
gecə+0 +2