Ana səhifə »  Sosial »  Ötən il şəhər bələdiyyələrinin gəlirləri 13,9 faiz artıb
A+   Yenilə  A-
Ötən il şəhər bələdiyyələrinin gəlirləri 13,9 faiz artıb

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası üzvlərinin ümumi yığıncağı keçirilib
Bələdiyyələrin iqtisadi potensialının artırılması sahəsində fəaliyyətin əlaqələndirilməsi, İKT üzərindən “Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” üzrə tədiyəçilərin uçotunun qurulması işi davam etdirilib, vergi və ödənişlərin toplanmasında müsbət dinamika yaranıb. Nəticədə 2017-ci ildə ölkənin şəhər bələdiyyələrinin gəlirləri 13,9 faiz artıb, sosial sifarişli layihələrin icrası sürətlənib. Hesabat ilində Milli Assosiasiyaların “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində 68 şəhər bələdiyyəsi tərəfindən 19 istiqamətdə, 681 layihə üzrə 5.722,158 manatlıq layihələr icra olunub. Cari ildə isə 5.907,907 manat dəyərində 465 layihənin icrası nəzərdə tutulur ki, bu da 2017-ci illə müqayisədə 185.749 manat və ya 13 faiz daha çox layihənin icrası deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə mayın 14-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası üzvlərinin Sumqayıt şəhərində keçirilən ümumi yığıncağında danışılıb.
Yığıncaqda Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçiləri, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Azərbaycan Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə xüsusi avtobusla şəhərə səyahət edərək Sumqayıtda son illərdə görülən işlərlə yaxından tanış olub, Prezident İlham Əliyevin möcüzə adlandığı “Bulvar” kompleksini gəziblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputat Azər Badamov, Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və digərləri Heydər parkında Ümummilli liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında Assosiasiyaya üzv olan 69 şəhər bələdiyyəsindən və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş nümayəndələrin iştirak ilə ümumi yığıncaq öz işinə başlayıb.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev qurumun 2017-ci ildəki fəaliyyəti haqqında hesabatı təqdim edib. Qeyd olunub ki, ölkədə uğurla davam etdirilən dövlət siyasəti bələdiyyə orqanlarının ictimai-siyasi həyatımıza daha yaxından inteqrasiyasına səbəb olub, vətəndaşların yerli özünüidarəetmədə fəallığını artıb. Hesabat ilində Milli Məclisin Regional məsələlər komitəsi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, eləcə də ölkənin QHT sektoru ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri davam etdirilib, bələdiyyələrin qanunvericilik bazası təkmilləşib.
Diqqətə çatdırılıb ki, qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində bələdiyyələrin müasir dövrün çağırışlarına daha yaxından inteqrasiyasına, ərazidə prioritet seçilən sosial məsələlərin daha tez həllinə nail olmaq mümkündür. Bu baxımdan görülmüş işlərin bir hissəsinin yerli özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulayan sədr bildirib ki, Milli Assosiasiyaların təşəbbüsü və tövsiyəsi əsasında hər il bələdiyyələrdə keçirilən “Yerli Demokratiya Həftə”ləri əhalinin bələdiyyə idarəçiliyində daha yaxından iştirakına müsbət təsir göstərir. Belə ki, “Yerli Demokratiya Həftə”si ilə bağlı bələdiyyə binalarının qarşısında, əhalinin sıx toplaşdığı yerlərdə müxtəlif şüarların asılması, sosial şəbəkələr və xəbər portallarında əvvəlcədən yerləşdirilən elanlar bu tədbirlərin kütləviliyini xeyli artırıb.
Təmraz Tağıyev qeyd edib ki, “Yerli Demokratiya Həftə”si tədbirlərinin 10 illik yubileyinə həsr olunmuş belə tədbirlər çərçivəsində 1108 görüşdə 76804 nəfər iştirak edib, bələdiyyələrdə 6123 nəfər vətəndaşın qəbulu aparılıb, yeni təklif və təşəbbüslər irəli sürülüb.
“Yerli özünüidarəetmənin təşkilində məhəllə komitələrinin gücündən bacarıqla istifadə etməliyik”, - deyən sədr bu məsələdə Yasamal, Nərimanov, Sumqayıt, Mingəçevir və Şirvan bələdiyyələrinin fəallığını xüsusi qeyd edib. T.Tağıyev Assosiasiyanın İcra katibliyinin bələdiyyələrin məhəllə komitələrinin işinin canlandırılması üçün əlavə tədbirlər görməli olduğunu, bu sahədə ən qabaqcıl təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Məruzəçi hesabat dövründə Milli Assosiasiyanın yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları, xarici ölkələrin bələdiyyələri və assosiasiyaları ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini diqqətə çatdırıb.
Sonra Nəzarət-təftiş komissiyasının hesabatı və Milli Assosiasiyasının 2018-ci il üçün büdcəsi haqqında məsələlər müzakirə edilib.
Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikasının Şəhər Bələdiyyələri Assosiasiyasının sədri Nuraləm İbrahimov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Sultan Əsədov, Səbail bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov, Qax bələdiyyəsinin sədri Eyvaz Orucov, Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev, Qazax bələdiyyəsinin sədri Tofiq Orucov təmsil etdikləri özünüidarəetmə orqanlarının fəaliyyəti haqqında məlumat verib, Şəhər Bələdiyyələri Assosiasiyasının hesabat dövründə işini məqbul hesab edib, ümumi işin təkmilləşməsi üçün maraqlı təkliflər irəli sürüblər.
Hələ görüləsi işlərin çox olduğunu qeyd edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə diqqəti dövlət qurumları ilə bələdiyyələrin birgə fəaliyyətinin vacibliyinə yönəldib. O, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzini yerli bələdiyyələrə nəzarət funksiyası ilə bərabər onlara yardımçı olmağa səsləyib, daha sıx əməkdaşlığın önəmini vurğulayıb.
Prezident Administrasiyasının Ərazi-təşkilat şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Emin Eyvazov çıxışında bələdiyyələrin inkişafında mövcud vəziyyətdən və perspektivlərdən danışarkən bildirib ki, özünüidarəetmə orqanlarının maliyyə-iqtisadi vəziyyətinin zəifliyi, vətəndaşların sosial sifarişlərindən irəli gələn iri layihələri reallaşdıra bilməməsi, bələdiyyələrdə kadr potensialından düzgün istifadə olunmaması kimi irad və problemlər hələ də həllini tapmayıb. Elə bu səbəbdən də tövsiyə olunan istiqamətlər üzrə tədbirlər bundan sonra da davam etdirilməlidir.
Qeyd edilib ki, vergi və ödənişlərin toplanması, gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədilə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi (BAMS) proqramı hazırlanıb və artıq bir ildən çoxdur ki, bələdiyyələrdə tətbiq edilir. “Bu proqram vasitəsi ilə, eyni zamanda, Dövlət Statistika Komitəsi ilə birgə aparılan təhlillərin nəticəsinə əsasən, 2017-ci ildə ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri, 2016-cı ilə nisbətən 14,1 faiz artaraq 36.079,400 manat təşkil edib”, - deyən Emin Eyvazov diqqətə çatdırıb ki, respublikanın 54 şəhər və rayon bələdiyyələri üzrə yerli büdcə gəlirlərində artım baş verib. Bu da daha çox qəsəbə və kənd bələdiyyələrinin payına düşür.
Emin Eyvazov müsbət nümunə kimi Sabunçu rayonunun Bakıxanov bələdiyyəsinin işə kreativ yanaşmasını misal gətirib. Belə ki, bu bələdiyyə nəzdində artıq 2 müxtəlif profilli məhdud məsuliyyətli cəmiyyət təsis edilib və Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bunlardan biri - “Bakıxanov bələdiyyəsi Dizayn, Layihə, Təmir, Tikinti, Xidmət” MMC bu günlərdə fəaliyyətə başlayıb, “Bakıxanov bələdiyyəsi Taksi Xidməti” MMC isə artıq qəsəbə sakinlərinə xidmət göstərir. 2018-ci ildə Bakıxanov bələdiyyəsi sosial-iqtisadi yönümlü daha bir layihəni həyata keçirməyi planlaşdırır. Qəsəbə sakinlərini daha ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə bələdiyyə müəssisəsi Abşeron rayonunun Məmmədli bələdiyyəsinin ərazisində 3 hektar torpaq sahəsini uzunmüddətli icarəyə götürüb. Həmin torpaq sahəsində əhalinin daha çox tələbatı olan kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və satışını təşkil etmək məqsədilə yeni bir müəssisənin yaradılmasına başlayıb. “Bu nümunə kifayət edir ki, bələdiyyə sədrləri ciddi düşünsünlər və bu istiqamətdə əməli fəaliyyətə başlasınlar”, - deyə Emin Eyvazov vurğulayıb.
Sonda ümumi yığıncaq müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  15-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:37
16 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Astanada anılıb
20:35
16 Yanvar
Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib
20:32
16 Yanvar
ADA Universiteti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcək
20:30
16 Yanvar
“Bakı-2019”a hazırlıqla bağlı Koordinasiya Komissiyasının texniki görüşü keçirilib
20:28
16 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
20:17
16 Yanvar
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA