Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Abşeron rayonunda da seçici fəallığı müşahidə olunub

Abşeron rayonunda da seçici fəallığı müşahidə olunub

12.04.2018 [10:50]

Prezident seçkiləri Abşeron rayonunda da böyük seçici fəallığı ilə keçib. Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev bildirib ki, məntəqələr qanunvericiliyin tələbinə uyğun olaraq açılıb və seçkinin demokratik prinsiplərə uyğun keçirilməsi üçün hər bir şərait yaradılıb. Seçki prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlinməyib.
B.Vəliyev vurğulayıb ki, seçki prosesini beynəlxalq və yerli müşahidəçilər də izləyib, səsvermənin gedişindən razı qalıblar.
Qeyd edək ki, 45 saylı Abşeron və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə ümumilikdə 57 məntəqə var. 45 saylı Abşeron seçki dairəsində 47671 nəfər və 50 saylı Abşeron-Qobustan seçki dairəsindən 28717 nəfər seçici qeydiyyata alınıb.
Məntəqələrdə seçicilərin böyük aktivliyi müşahidə edilib. Dairə seçki komissiyalarının sədrləri Dilşad Abbasova və Rafəddin Nağdəliyev bildiriblər ki, səsvermədə seçicilərin aktivliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər görülüb, ələlxüsus da ilk dəfə səs verəcək vətəndaşlarla geniş maarifləndirmə işləri aparılıb.
Seçkilərə yüksək səviyyədə hazırlıq görülməsi seçiciləri də razı salıb. Seçicilər İslam Əliyev və Könül İbrahimova səsvermə zamanı sərbəst şəkildə öz iradələrini ifadə etdiklərini bildiriblər. Müşahidə edilən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, məntəqələrdən çıxan seçicilərin böyük qismi Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevə səs verdiklərini məmnunluqla qeyd ediblər.
Məntəqə seçki komissiyalarının sədrlərindən Kəmalə Yusifova və Xatirə Şabanova səsvermənin qanunvericiliyə uyğun qaydada başladığını bildiriblər: “Seçici fəallığı səsvermənin sonunadək davam edib. Seçicilər, o cümlədən də ilk dəfə səs verən vətəndaşlar böyük məmnuniyyətlə seçki məntəqəsinə gələrək öz iradələrini ifadə ediblər”.
Onlar səsvermənin aktiv keçməsinə əsaslanaraq seçicilərin böyük əksəriyyətinin seçkilərə fəal şəkildə qatıldıqlarını söyləyiblər.
Müşahidəçilərdən Günay Məlikova və Röyalə Hacıyeva bildiriblər ki, seçkilərə heç bir müdaxilə olmayıb və proses olduqca normal səviyyədə keçib.
Qeyd ediblər ki, seçkilər yüksək səviyyədə keçib, seçicilər azad şəkildə öz mövqelərini bildiriblər, istədikləri namizədə səs veriblər.

Paylaş:
Baxılıb: 302 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31