Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dnepropetrovsk və Poltava vilayətlərində yaşayan soydaşlarımız ölkəmizdə keçiriləcək prezident seçkilərinə böyük önəm verirlər

Dnepropetrovsk və Poltava vilayətlərində yaşayan soydaşlarımız ölkəmizdə keçiriləcək prezident seçkilərinə böyük önəm verirlər

06.04.2018 [10:28]

Ukraynanın ən böyük sənaye və metallurgiya bölgəsi olan Dnepropetrovsk və Poltava vilayətlərində yaşayan soydaşlarımız ölkəmizdə keçiriləcək 11 aprel prezident seçkilərinə böyük önəm verirlər. Hər iki vilayətdə 40 minə yaxın həmvətənimiz yaşayır ki, onların da bir qismi Azərbaycan vətəndaşlarıdır.
Qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin alternativsiz namizəd olduğunu bildirən Poltava Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov xalqımızın ötən seçkilərdə olduğu kimi, bu dəfə də yekdillik nümayiş etdirəcəyinə əmin olduğunu vurğulayıb. “Əminəm ki, xalqımız qarşıdan gələn bu məsuliyyətli sınaqdan şərəflə çıxacaq. 11 aprel prezident seçkiləri bir daha milyonlarla azərbaycanlının dünənə dərin ehtiramını, bu gününə razılığını, gələcəyinə böyük ümidini əks etdirəcək. Bu tarixi seçim xalqımızın öz taleyinə biganə olmadığını, son 15 ildə ölkəmizin keçdiyi inkişaf yolunun uğurlarına obyektiv qiymət verdiyini bir daha təsdiqləyəcək. Beləliklə, milyonlarla insan öz taleyinə əzmlə sahib çıxaraq ən layiqli namizədi - İlham Əliyevi növbəti yeddi il müddətinə müstəqil dövlətimizin rəhbəri görmək istəyini qətiyyətlə nümayiş etdirəcək. Əminliklə demək istəyirəm ki, xalqımız seçkilərdə əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa alternativ görmədiyini bir daha təsdiqləyəcək. Onu özünün yeganə nicat ünvanı saydığını sübuta yetirəcək. Çünki bu siyasətin son 15 ildə ölkəmizə bəxş etdiyi yüksək nailiyyətlər xalqımızda böyük razılıq, gələcəyə inam hissi yaradıb. Seçkilərdə İlham Əliyevin qələbəsinə səs verən hər kəs, əslində, vicdanının səsinə qulaq asaraq keçilən möhtəşəm yolun uğurlarına qiymət verəcək. Məhz bu mənada möhtərəm Prezidentin seçkilərdə parlaq qələbə qazanacağı şübhə doğurmur”.

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30