Ana səhifə »  Sosial »  Daxili Qoşunlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir
A+   Yenilə  A-
Daxili Qoşunlar istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə qadirdir

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 26 il ötür
Martın 12-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının yaranmasından 26 il ötür.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar hadisə münasibətilə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçək dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daxili Qoşunların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.
Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov iştirak ediblər.
Əvvəlcə Daxili Qoşunların döyüş bayrağı salona gətirilib və Ulu öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların, ümumilikdə bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və hazırkı dövrdə fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Məruzədə qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə 12 mart - Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166 nəfəri yaralanıb, 268 nəfəri itkin düşüb. Hərbi qulluqçulardan 9 nəfəri “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Məruzəçi qeyd edib ki, atəşkəs dövründə Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqət və fədakarlıqla xidmət edən Daxili Qoşunların hərbi qulluqçuları polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman uğurla yerinə yetiriblər. Ötən il ölkəmizdə keçirilən mötəbər beynəlxalq idman yarışları - IV İslam Həmrəyliyi Oyunları, atıcılıq üzrə Dünya Kuboku, Formula 1 Azərbaycan Qran-Prisi, Bakıda və Göygöl rayonunda keçirilən qadınlar arasında voleybol üzrə Avropa çempionatının final mərhələsi və digər beynəlxalq tədbirlərdə qarşıya qoyulmuş tapşırıqların icrası tam təmin edilib. Bu ilin aprelində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisində də Daxili Qoşunların qarşısında mühüm tapşırıqlar qoyulub. Şübhə yoxdur ki, şəxsi heyət bu dəfə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxışında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini bildirib. Prezidentin köməkçisi ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən bütün vəzifələrin öhdəsindən gələ bilən, yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb. Fuad Ələsgərov ölkə iqtisadiyyatının davamlı inkişafının və mövcud ictimai-siyasi sabitliyin əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi, maddi-texniki təminatın daha da yaxşılaşdırılması istiqamətində təşkilati-praktiki addımların atılması üçün əlverişli zəmin yaratdığını qeyd edib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə çıxış edərək “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir”, - deyən Ulu öndər Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili Qoşunların təkmilləşməsinə böyük önəm verdiyini, məhz Onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla xatırladıb.
Ramil Usubov vurğulayıb ki, bu gün göstərilən ali diqqət və qayğının nəticəsi olaraq, Daxili Qoşunlar qarşısına qoyulan istənilən döyüş tapşırığını yüksək keyfiyyətlə yerinə yetirməyə qadirdir. Nazir deyib ki, Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarlar, göstərilən diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Məhz dövlətin əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr beynəlxalq standartlara uyğun texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib.
Diqqətə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir Ramil Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.
Çıxışının sonunda general-polkovnik Ramil Usubov əminliklə bildirib ki, hərbi qulluqçular bundan sonra da müstəqilliyin, sabitliyin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcək, döyüş hazırlıqlarını daim artıracaqlar.
Daxili Qoşunların yaranmasının 26-cı ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında dövlətimizin başçısının Sərəncamı, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri və yeni rütbələrin paqonları təqdim edilib.

 
  • Oxunub:  1860  |  
  • Tarix:  13-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye parklarının yaradılması qeyri-neft iqtisadiyyatının inkişafına mühüm töhfələr verir

15:52
24 May
İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının 108-ci sessiyası işə başlayıb
15:37
24 May
Elman Nəsirov: Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində onun bütün mahiyyəti ermənidir
15:28
24 May
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub
15:24
24 May
MM-in deputatı: Görünən odur ki, Sarkisyanı əvəzləyən Nikol Paşinyan onun yolu ilə getməkdədir
15:18
24 May
Donald Tramp: Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq
15:13
24 May
Aleksandr Mişenko: Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək
15:12
24 May
“Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 110 illiyi qeyd olunub
14:50
24 May
Milli Məclisin elm və təhsil komitəsinin növbəti iclası keçirilib
14:33
24 May
Prezident İlham Əliyev Qaradağ rayonunda yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib
14:32
24 May
Cümhuriyyətimizin 100 illiyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qeyd edilib
14:13
24 May
Sofiyada “Azərbaycanın arxeoloji irsi” mövzusunda sərgi təşkil olunub
14:06
24 May
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin yekunları ilə əlaqədar Moskvada kataloq nəşr edilib
14:03
24 May
Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ediləcəklər
12:55
24 May
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub
12:49
24 May
Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışında iştirak edib
12:39
24 May
Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmi ilə özünə siyasi dividend qazandırır
12:37
24 May
Sona Vəliyeva: Vaxtilə əsərləri ilə özünü tanıdan Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır
12:36
24 May
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir
12:26
24 May
Diaspor fəalı: Bu film göstərir ki, Rüstəm İbrahimbəyov açıq şəkildə ermənilərin maraqlarına xidmət edir
12:01
24 May
Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir
11:51
24 May
Beynəlxalq Valyuta Fondu Azərbaycanı regionun ən varlı, Ermənistanı isə ən kasıb ölkəsi adlandırıb
11:44
24 May
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Parisdə təntənə ilə qeyd edilib
11:30
24 May
Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib
10:52
24 May
Eldəniz Səlimov: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
10:50
24 May
Bilal Dündar: “Qafqaz üçlüyü” filminin ermənilərin sifarişi ilə çəkilməsinə heç bir şübhəm yoxdur
10:40
24 May
Mübariz Qurbanlı Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı xəbərdarlıq edib
10:36
24 May
Hikmət Babaoğlu: Rüstəm İbrahimbəyov xalqına xəyanət, dövlətinə qarşı düşmənçilik etdi
10:30
24 May
Elçin Əhmədov: “Qafqaz üçlüyü” filmi Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin açıq təzahürüdür
10:29
24 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 100 dəfə pozub
10:24
24 May
Heydər Əliyev Mərkəzində "Moda məkanı" sərgisi açılacaq
09:52
24 May
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri TBMM-in sədri ilə görüşüb
09:48
24 May
Elman Rüstəmov: 200 manatlıq əsginasların hazırlanmasında ən müasir mühafizə elementlərindən istifadə olunub
09:40
24 May
Hədiyyə yağışlı may ayı
09:25
24 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib
23:14
23 May
Xəyanətkar Rüstəm İbrahimbəyovun erməni sevgisindən doğan “Qafqaz üçlüyü”
20:35
23 May
Bakıda qafqazşünas alimlər Azərbaycan Xalq Cümhuriyyətinin region ölkələri ilə münasibətlərini araşdırırlar
18:12
23 May
Sədaqət Vəliyeva: Rüstəm İbrahimbəyovun əməlləri onun Azərbaycan xalqına nifrətinin göstəricisidir
18:10
23 May
Zakir Həsənov Anjey Kaspşiklə görüşüb
17:58
23 May
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
17:55
23 May
Oqtay Əsədov Aytən Mustafazadəni təltif edib
17:52
23 May
Rüstəm İbrahimbəyovun ermənilərin bədbəxtliklərində “vəhşi azərbaycanlıları” günahkar bilməsi filmi haqda
17:50
23 May
"Rüstəm İbrahimbəyovun mənəviyyatı da günahsız insanların qanına bulaşıb"
17:49
23 May
2026-cı il dünya çempionatının Bakıda təqdimatı olub
17:48
23 May
Vüqar Rəhimzadə: “Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır”
17:43
23 May
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın qazandığı böyük uğurlar və beynəlxalq arenada əldə etdiyi nüfuzlu mövqe Türkiyə üçün də qürur mənbəyidir
17:43
23 May
Petro Poroşenko: Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət parır
17:37
23 May
Aqiyə Naxçıvanlı: Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb
17:32
23 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Hindistanda da qeyd edilib
17:25
23 May
Siyavuş Novruzov: "Rüstəm İbrahimbəyov filmdə qorxaq azərbaycanlı obrazını yəqin ki, özünü düşünərək yaradıb"
17:04
23 May
“ADA” Universitetində tələbə startap layihələri qiymətləndirilib
17:01
23 May
Əli Həsənov: "Mən çox istərdim ki, hər bir azərbaycanlı milli mənsubiyyətini itirən "məşhur ssenarist"ə münasibət bildirsin"
16:58
23 May
Kənd təsərrüfatı naziri Yevlaxda bölgə vətəndaşları ilə görüşüb
16:44
23 May
Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib
16:42
23 May
Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16:03
23 May
Ağır atletika üzrə Azərbaycan birinciliyi keçiriləcək
15:45
23 May
Şəhid əsgərin təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib
15:31
23 May
Özbəkistan nümayəndə heyəti üçün Əmək Müqaviləsi və Məşğulluq Alt-Sistemlərinə dair təqdimat olub
15:21
23 May
Albaniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər keçirilib
15:18
23 May
Fəzail İbrahimli: Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizdə şərəfli yer tutur
15:15
23 May
Azərbaycan Astanada keçirilən “KADEX-2018” beynəlxalq müdafiə sərgisində iştirak edir
15:14
23 May
Dilarə Seyidzadə: Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının XX əsrin əvvəllərində azadlıq və müstəqillik uğrunda mübarizəsinin qanunauyğun yekunu kimi qəbul edilməlidir
15:11
23 May
Gəncədə Ulu öndərin 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir
14:33
23 May
Siyavuş Novruzov: "Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil"
14:16
23 May
Milli Kitabxananın 95 illiyinə həsr edilən sərgi açılıb
14:09
23 May
NATO generalları: Azərbaycan zabitləri Alyansın tərəfdaş ölkələrindən olan həmkarları üçün layiqli nümunədirlər
13:01
23 May
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır
13:00
23 May
Ədliyyə Nazirliyində Avropa Şurasının nümayəndəsi ilə görüş keçirilib
12:53
23 May
“Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub
12:43
23 May
Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilir
12:40
23 May
Bakı Şopinq Festivalında alış-verişlərinizdən geri qayıdacaq məbləği kartınıza alın!

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+25 +30
gecə+17 +21