Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

10.03.2018 [01:04]

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində “ADA” Universitetində “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki səfirliyi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin prorektoru Fariz İsmayılzadə qonaqları tədbir iştirakçılarına təqdim edib. Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başlanıldığını bildirib. Belə tədbirlərin cəmiyyətin maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilib.
Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun “Azərbaycan elmi dünyada” və “Dünya elmi Azərbaycanda” layihələri, eləcə də fondun nəzdində fəaliyyət göstərən “Diplomatlar” klubu barədə danışıb.
R.Həsənov beynəlxalq əlaqələr sahəsində təhsil alan gəncləri kluba üzv olmağa dəvət edib, onların Azərbaycanın dünyada tanıdılması işinə töhfələr verəcəklərinə inandığını deyib. Qeyd olunub ki, Azərbaycan gəncliyi elmi, savadı, intellektual səviyyəsi, dövlətçilik sevgisi ilə nümunəvi davranış nümayiş etdirir və belə münasibətin daha da inkişafı istiqamətində fond maraqlı layihələrə imza ata bilər.
Tədbirdə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri, Keyo Universitetinin professoru Tomohiko Taniquçi “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda mühazirə oxuyub.
T.Taniquçi ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.
Qeyd edilib ki, son illərdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edir. Qonaq bildirib ki, qarşılıqlı elmi mübadilələrin davamlılığına ehtiyac var və konkret layihələr əsasında bu zərurətə cavab vermək mümkündür.
Dialoq formatında keçən tədbirdə yaponiyalı qonaqlar sualları cavablandırıblar.

Paylaş:
Baxılıb: 963 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31