Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Məhəbbət İbrahimova: Azərbaycan dövlətinin gender siyasəti bütün dünya üçün nümunədir

Məhəbbət İbrahimova: Azərbaycan dövlətinin gender siyasəti bütün dünya üçün nümunədir

10.03.2018 [00:59]

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilib.
Təltif edilən qadınlar sırasında Kliniki Tibbi Mərkəzin baş həkim müavini, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova da var. Əməkdaşımızla söhbəti zamanı öz təəssüratlarını bölüşən M.İbrahimova verilən yüksək qiymətə, eləcə də göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: “8 Mart - Beynəlxalq Qadınlar Günü bizim üçün ikiqat bayram oldu. Mənə və təltif olunan bütün qadınlarımıza bu sevinci bəxş etdiyi üçün ölkə başçısına dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Azərbaycanda müşahidə olunan sürətli inkişaf, aparılan quruculuq işləri, əldə olunan nailiyyətlər ölkədə həyata keçirilən uğurlu siyasətin parlaq nəticəsidir. Biz də öz növbəmizdə bizə göstərilən etimadı doğrultmaq üçün bundan sonra daha əzmlə çalışacaq və yeni-yeni uğurlara imza atacağıq”.
“Azərbaycan dövlətinin gender siyasəti bir sıra dünya ölkələri üçün nümunə təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan qadını daim dövlətin diqqət və qayğısından bəhrələnib. Azərbaycan qadınlarının cəmiyyətimizin həyatında rolu bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir”, - deyə Məhəbbət İbrahimova vurğulayıb.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 556 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31