Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək

“Bakcell”dən “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin keçirilməsinə dəstək

10.03.2018 [00:51]

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisinin təşkilinə dəstək göstərib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Pullman Bakı” mehmanxanasının baş sponsorluğu və “Bakcell” şirkətinin sponsorluğu ilə “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib. Tədbirin əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarət idi. Sərgidə 70-dən çox qadın sahibkarın müxtəlif əl işlərinin - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyalarının və s. satışı da həyata keçirilib.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların, Fransanın Azərbaycandakı səfirliyinin və digər səfirliklərin nümayəndələri və “Bakcell” şirkətinin əməkdaşları sərgidə iştirak edib, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar.
“Bakcell” şirkəti tədbirin sponsoru olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla ölkədə qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına öz dəstəyini əsirgəmir.

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31