Ana səhifə »  Sosial »  Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib
A+   Yenilə  A-
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası istifadəyə verilib

Yanvarın 11-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət olan xəstəxanada uşaq cərrahiyyəsi, pediatriya, yenidoğulmuşlar üçün pediatriya, nevroloji, reanimasiya və intensiv terapiya, poliklinika, stomatoloji və mərkəzləşmiş laboratoriya şöbələri fəaliyyət göstərir. Şöbələrin hər birində müasir şərait yaradılıb, fizioterapiya, laboratoriya, əməliyyat, kardiorevmatoloq və loqoped otaqlarında, stomatoloji kabinələrdə və palatalarda müasir tibbi avadanlıqlar quraşdırılıb. Binada müasir sterilizasiya otağı, tibb təhsili alan tələbələr üçün 4 auditoriya, eləcə də iclas zalı və yeməkxana istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqların elektron qeydiyyat sistemi yaradılıb və bu günə qədər Naxçıvan şəhərində 21 mindən artıq uşağa sağlamlıq kartı verilib.
Tibbi sığorta otağına baxış zamanı qeyd olunub ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı səhiyyə-informasiya idarəetmə sistemi yaradılıb. Otaqda quraşdırılan kompüter bu sistemə qoşulub və qeydiyyatda olan xəstələr haqqında məlumat bazası yerləşdirilib. Bu da həkimlərin xəstələrin əvvəlki müayinə nəticələri ilə tanış olmasına imkan verəcəkdir.
Bina ilə tanışlıqdan sonra xəstəxananın kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən muxtar respublikada bir sıra tədbirlər keçirilmiş, eyni zamanda, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası əsaslı şəkildə yenidən qurulmuşdur”.
Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: “Mərkəzi Uşaq Xəstəxanasında yaxşı kollektiv formalaşıb. Xəstəxanada fəaliyyət göstərən 306 tibb heyətinin 70-i həkimdir. Bunun da nəticəsində xəstəxanada uşaqların sağlamlığının hərtərəfli təşkilinə nail olunmuşdur. Tibbi heyətin səmərəli fəaliyyətinin nəticəsidir ki, 2017-ci ildə xəstəxanada 600-ə yaxın uşaq stasionar müalicə almış, 215 uşaqda cərrahi əməliyyat aparılmışdır. Bu dövrdə xəstəxanaya ambulator müalicə üçün 200 minə yaxın müraciət olmuş, həkimlər öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə xəstəxananın kollektivinə təşəkkürünü bildirib və deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında yaradılan şərait, quraşdırılan avadanlıqlar müasir tibbin tələblərinə tam cavab verir. Eyni zamanda, xəstəxanada təkmilləşdirmə kursu keçən həkimlər fəaliyyət göstərir. Bu gün muxtar respublikada müasir həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, sahə xəstəxanaları, rayon mərkəzi xəstəxanaları və digər səhiyyə müəssisələri istifadəyə verilir, uşaqların və hamilə qadınların sağlamlığına xüsusi diqqət yetirilir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada ana və uşaq ölümlərinin sayı dünya səhiyyə sistemində qəbul olunmuş göstəricidən aşağıdır. Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir. Ona görə də Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının kollektivi yaradılan şəraitdən səmərəli istifadə etməli, həkimlər daim öz üzərlərində işləməli, xəstəxanaya müraciət edən uşaqların müayinə və müalicəsinə, eləcə də peyvənd işinin vaxtında aparılmasına diqqət artırılmalıdır.
Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Həkim Səkinə Tarverdiyeva minnətdarlıq edərək deyib: “Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında hərtərəfli şərait yaradılıb. Müasir tibbi avadanlıqlar diaqnozların dəqiq qoyulmasına, müayinə və müalicələrin səmərəli aparılmasına imkan verəcəkdir. Xəstəxananın həkimləri xarici ölkələrdə, eləcə də Bakı şəhərində təkmilləşdirmə kurslarında olublar. Bütün bunlar muxtar respublikada səhiyyənin inkişafına və insanların sağlamlığına göstərilən qayğının nəticəsidir. Kollektiv yaradılan şəraitdən istifadə edərək daha səylə çalışacaqdır”.
Xəstəxana yeni istilik, elektrik və su sistemi ilə təchiz olunub, tibbi tullantıların yandırılması üçün qurğu, havalandırma sistemi, əməliyyat otaqlarında isə bakterioloji filtirli havalandırma quraşdırılıb. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

 
  • Oxunub:  2220  |  
  • Tarix:  12-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib

18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib
17:40
20 Aprel
Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir
17:21
20 Aprel
Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
17:16
20 Aprel
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib
17:01
20 Aprel
Muxtar respublikadakı muzeyləri 116 mindən çox tamaşaçı ziyarət edib
16:54
20 Aprel
Goranboyda infrastruktur və sosial-mədəni obyektlərin tikintisi genişlənib
16:47
20 Aprel
Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub
16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:48
20 Aprel
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
10:45
20 Aprel
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
10:44
20 Aprel
Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
10:42
20 Aprel
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +18
gecə+7 +10