Ana səhifə »  Sosial »  Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Cəlilabadda fəaliyyətini genişləndirir
A+   Yenilə  A-
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Cəlilabadda fəaliyyətini genişləndirir

Heydər Əliyev Fondunun və Fondun təsis etdiyi “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri dekabrın 4-də Cəlilabad rayonunda bir sıra görüşlər keçiriblər.
AZƏRTAC xəbər verir ki, Fondun nümayəndələri əvvəlcə Cəlilabad rayonunda əlillər üçün tikilmiş yaşayış binasında olublar. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov əlillər üçün inşa olunmuş yaşayış binasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə əsaslı təmirinə başlanıldığını bildirib və binanın qısa bir zamanda istifadəyə veriləcəyini deyib.
Daha sonra Cəlilabad rayon Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilib. Anar Ələkbərov Heydər Əliyev Fondunun hər zaman gənclərə müxtəlif layihələr çərçivəsində dəstək verdiyini qeyd edib. O, Fondun “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyəti və qurumun həyata keçirdiyi layihələrdə gənclərin rolu barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan RİİB-in əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Regionlarda ictimai nəzarəti həyata keçirmək, müraciətlərin baxılmasında şəffaflıq və obyektivliyi təmin etmək, əhalinin müxtəlif sahələrdəki problemlərini araşdırmaq, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həllinə nail olmaq da qarşıya qoyulan vəzifələr sırasındadır.
Görüşdə iştirak edən gənclər Cəlilabadda Muğam Mərkəzinin və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün Gənclər Mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.
Anar Ələkbərov Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələrinin təşkil edildiyini bildirərək istedadlı gəncləri həm bu layihə, həm də rəssamlıq, heykəltəraşlıq və incəsənətin digər növləri üzrə layihələrdə fəal iştirak etməyə, gəncləri maraqlı və region üçün vacib olan ideyalar ətrafında birləşməyə çağırıb.
Qeyd edək ki, əhali ilə daha sıx ünsiyyətdə olmaq məqsədi ilə “Regional İnkişaf” İctimai Birliyinin regional nümayəndəlikləri yaradılıb. Hazırda RİİB-in Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran, Aran 1, Aran 2, Şəki-Zaqatala, Gəncə-Qazax və Yuxarı Qarabağ regionlarında nümayəndəlikləri fəaliyyət göstərir. Cəlilabad rayonu Lənkəran regional nümayəndəliyə daxildir. Nümayəndələr Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir.
Anar Ələkbərov RİİB-in fəaliyyətində yaxından iştirak edən könüllü gənclərin rolunu xüsusi qeyd edib. “Könüllülərin idman tədbirlərində, marafonlarda, xeyriyyə aksiyalarında, ekologiya üzrə və digər sahələrdə layihələrdə yaxından iştirakı təqdirəlayiqdir. Könüllülərin bir sıra təşəbbüslərə qoşulması artıq müsbət nəticələr verməkdədir”, - deyə Anar Ələkbərov qeyd edib.
“Regional İnkişaf” İctimai Birliyini Heydər Əliyev Fondunun uğurlu layihələrindən biri olduğunu deyən görüş iştirakçıları gənclərin təşkilat ətrafında könüllü kimi birləşməyə böyük həvəs göstərdiklərini bildiriblər.
Daha sonra Fond nümayəndələri Cəlilabad Heydər Əliyev Mərkəzində fiziki imkanları məhdud və istedadlı uşaqların əl işləri ilə tanış olublar. İstedadlı yeniyetmələrin çıxışlarına baxış keçirilib, onlara Fond adından hədiyyələr təqdim edilib. Fondun layihələrinin ayrı-ayrı sahələrdə istedadların üzə çıxarılmasına şərait yaratdığı və onlara daim dəstək göstərilməsinin vacibliyi qeyd olunub.
Heydər Əliyev Fondunun nümayəndələri Cəlilabad Olimpiya İdman Kompleksində də olublar. Qeyd edək ki, Fond tərəfindən rayon Olimpiya İdman Kompleksinə idman qurğuları və avadanlıqlar hədiyyə edilib.
Gənclərin hərtərəfli inkişafına diqqətlə yanaşan Heydər Əliyev Fondu uşaq və yeniyetmələrdə idmana maraq aşılamaq, onların sağlam ruhda tərbiyə edilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir. Anar Ələkbərov qeyd edib ki, iki ildir Fondun təşəbbüsü ilə Bakıda marafon keçirilir. Bununla yanaşı, bu il Gəncədə də marafon təşkil olunub və uğurlu keçib. Marafonlara həm ölkə daxilində, həm də xarici ölkələrdə marağın çox olduğunu qeyd edən Anar Ələkbərov iştirakçıların sayının ilbəil artdığını qeyd edib.
Fondun icraçı direktoru bildirib ki, idmançılara dövlət qayğısı ilə yanaşı, idman komplekslərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm işlər həyata keçirilir. Fond tərəfindən Cəlilabad İdman Kompleksinə idman qurğuları və avadanlıqlarının hədiyyə edilməsi və zalda quraşdırılması da uşaq və yeniyetmələrdə idmana olan marağın artırılmasına, onların sağlam ruhda böyüməsi və gələcəkdə peşəkar idmançı kimi yetişmələrinə öz töhfəsini verəcək.
İdmançılarla görüşdə çıxış edən kiyokuşin karate idman növü üzrə 4 dəfə Avropa və 1 dəfə dünya çempionu Səlahət Həsənov Azərbaycan dövlətinin idmana böyük diqqət və qayğı göstərdiyini, bunun nəticəsində də idmançılarımızın nailiyyətlərinin ildən-ilə artdığını bildirib. “Bizim uğurlarımız bununla bitmir, biz bundan sonra da Azərbaycanın bayrağını müxtəlif idman yarışlarında yüksəklərə qaldıracağıq”, - deyə idmançılar bildiriblər.

 
  • Oxunub:  3390  |  
  • Tarix:  05-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub
18:02
22 İyun
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:51
22 İyun
Konvensiya layihəsində Xəzəryanı ölkələrin sualtı boru kəmərləri çəkmək hüququ əksini tapıb
17:37
22 İyun
Səyyar “ASAN xidmət” Lerikdə
17:20
22 İyun
“Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı olub
17:15
22 İyun
Memarlıq və İnşaat Universitetində açılan laboratoriya inşaatçı kadrların hazırlığına yeni istiqamət verəcək
17:02
22 İyun
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib
16:57
22 İyun
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
16:56
22 İyun
Vyanada OPEC Nazirlər Şurasının 174-cü iclası işə başlayıb
16:54
22 İyun
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə hərbi mahnılardan ibarət konsert keçiriləcək
16:23
22 İyun
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib
16:19
22 İyun
Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
16:16
22 İyun
TAP-ın Yunanıstan marşrutunun demək olar ki hamısı təmizlənib
16:11
22 İyun
Veteranlar ordumuza inanır və həmişə onun yanındadır
16:09
22 İyun
“EaPConnect” layihəsinin rəhbəri Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində görülən işləri yüksək qiymətləndirib
16:07
22 İyun
Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib
16:00
22 İyun
Kənd təsərrüfatı naziri Şəkidə bölgə vətəndaşlarının müraciətlərini dinləyib
15:40
22 İyun
"Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib"
15:34
22 İyun
Gələn il Bakıda OPEC-in iki iclası keçiriləcək
15:30
22 İyun
Azərbaycan Silahlı Qüvvələri Günü Londonda qeyd olunub
15:28
22 İyun
ABŞ-da keçirilən beynəlxalq konfransda Qarabağ xalçalarından danışılıb
15:20
22 İyun
İsrailin Doqquzuncu televiziya kanalında İsrail-Azərbaycan strateji tərəfdaşlığı şərh edilib
15:11
22 İyun
"ASAN xidmət"in nümayəndə heyəti BMT Dövlət Xidmətləri Forumunda iştirak edir
15:07
22 İyun
Ərəstun Mehdiyev: Azərbaycan Ordusu torpaqlarımızın işğalından azad olunmasına tam zəmanət verir
15:03
22 İyun
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib
14:44
22 İyun
Azərbaycan çox mühüm qlobal layihələr həyata keçirməklə regionun nümunəvi ölkəsinə çevrilməkdədir
14:26
22 İyun
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14:10
22 İyun
ATƏT-ə üzv ölkələrin daimi nümayəndələri Milli Məclisdə olublar
13:36
22 İyun
Dövlət İdarəçilik Akademiyasında “Dovlət qulluğunun aktual problemləri” mövzusunda konfrans keçirilib
13:31
22 İyun
Elmar Məmmədyarov: İşğal faktının davam etməsi regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır
13:15
22 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir
13:10
22 İyun
Həştərxanda Azərbaycan Ticarət Evi açılacaq
12:58
22 İyun
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
12:51
22 İyun
Neft hasilatının artırılması bazarda tələb-təklifin tarazlaşdırılması məqsədilə tələbin ödənilməsi üçün zəruridir
12:23
22 İyun
Bakıda “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” adlı konfrans keçirilir
12:21
22 İyun
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
12:09
22 İyun
Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib
12:09
22 İyun
Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
11:51
22 İyun
Heydər Əliyev Mərkəzinin parkında Beynəlxalq Yoqa Günü ilə bağlı məşğələ keçirilib
11:48
22 İyun
“E-Manat” terminalları “ASAN Ödəniş” dövlət informasiya sisteminə qoşulub
11:30
22 İyun
Bu gün Bakıda çimərlik futbolu üzrə Avropa Liqası turnirinə start veriləcək
11:17
22 İyun
Novruz Məmmədov: "Azərbaycana münasibətdə ədalət görmürəm"
11:12
22 İyun
Mühəndis Qoşunlarının hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
11:02
22 İyun
Pakistanın Baş naziri: Azərbaycanla əlaqələrimiz qarşılıqlı hörmət, inam və səmimiyyət üzərində qurulub
10:59
22 İyun
Baş nazir: "Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq yolunu seçib"
10:39
22 İyun
ABŞ Konqresinin daha bir nüfuzlu üzvü Azərbaycanı Cümhuriyyətin 100 illiyi münasibətilə təbrik edib
10:30
22 İyun
Bakıda CAMCA Regional Forumu keçirilir
10:12
22 İyun
Anna Bossman: Üzv dövlətlər Azərbaycanın ən yaxşı təcrübəsindən yararlanacaq
10:08
22 İyun
UNESCO-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin uğurlu layihələrinin təqdimatı keçirilib
10:08
22 İyun
Bakıda Azərbaycan–Pakistan biznes konfransı keçiriləcək
10:00
22 İyun
Şafika Haddad: Hökumətlərarası şuranın üzvləri Azərbaycanın nailiyyətlərini ən yaxşı təcrübə kimi qiymətləndirib
09:57
22 İyun
İndrajit Banerje: Azərbaycan informasiya və kommunikasiya texnologiyalarına dair layihələri ilə digər dövlətlərə nümunədir
09:50
22 İyun
Azərbaycan BMT-də keçirilən üzv dövlətlərin polis rəhbərlərinin ikinci zirvə görüşündə təmsil olunub
09:49
22 İyun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ombudsmanların XV Bakı beynəlxalq konfransının bir qrup iştirakçısı ilə görüş olub
09:41
22 İyun
Ermənistan silahlı qüvvələri atəşkəsi pozmaqda davam edir
17:55
21 İyun
Növbəti ixrac missiyası İsveçrəyə gedir
17:49
21 İyun
İsa Həbibbəyli: Görülən işlər Naxçıvanı İslam mədəniyyətinin paytaxtı kimi Azərbaycan dövlətçiliyinə layiq şəkildə bütün dünyaya təqdim edəcək
17:35
21 İyun
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin inkişafı yolları müzakirə edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA