Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakıda daha bir Beynəlxalq Konfrans keçiriləcək

Bakıda daha bir Beynəlxalq Konfrans keçiriləcək

18.11.2017 [00:11]

Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq aləmə inteqrasiya olunmuş bir dövlətdir. Ölkə başçısı İlham Əliyevin Prezident ki-mi fəaliyyəti dövrü Dayanıqlı İnkişaf Məqsədləri baxımından xüsusilə əlamətdardır. Azərbaycanda hazırlanan inkişaf konsepsiyası və strategiyaları,proqram və layihələr bir qayda olaraq BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır.
Qlobal Məqsədlər kimi qəbul edilən Davamlı İnkişaf Məqsədləri yoxsulluğun aradan qaldırılması, planetin qorunması, bütün insanların sülh və firavanlıqdan zövq almasını təmin etmək üçün həyata keçirilən universal çağırışdır. İqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, yenilik, davamlı istehlak, sülh və ədaləti özündə ehtiva edən bu 17 məqsəd Minilliyin İnkişaf Məqsədlərinin uğurları üzərində qurulmuşdur. Davamlı İnkişaf Məqsədləri gələcək nəsillərə davamlı bir şəkildə həyatın yaxşılaşdırılması üçün doğru seçimlər etməklə tərəfdaşlıq və təcrübələr ruhunda çağırışdır.
Bu il noyabr ayının 24-25-də Bakıda keçiriləcək “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” adlı Beynəlxalq elmi konfransda müzakirəsi nəzərdə tutulan mövzuların əsas qayəsi də məhz bütün bu və digər problemlərin geniş diskusiyasını nəzərdə tutur. “Azərsu” ASC-nin ev sahibliyi ilə həyata keçirilən konfransa Qlobal Saziş Azərbaycan Şəbəkəsi, Clarivate Analytics, Türkiyənin Hak-İş Konfederasiyası da partnyorluq edir.
Beynəlxalq elmi konfransda qlobal dünyamızda Davamlı İnkişaf Məqsədlərinin təbliği və təşviqi ilə bağlı elmi məruzələrin dinlənilməsi və həmin məruzələr ətrafında müza-kirələrin keçirilməsi nəzərdə tutulur. Konfransda dünyanın 20-dən çox ölkəsini və beynəlxalq qurumları təmsil edən 50-dən çox xarici qonaq, eləcə də olkəmizin bu sahə üzrə mütəxəssisləri iştrak edəcək.
Davamlı İnkişaf üzrə Beynəlxalq Elmi Konfrans - 2017 konfrans iştrakçılarının görkəmli liderlərlə qarşılıqlı əlaqələr qurmaq imkanlarını artıracaq, beynəlxalq alim və mütəxəssislər şəbəkəsini daha da genişləndirəcək.
Beynəlxalq Elmi Konfransın Təşkilat Komitəsi

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30