Ana səhifə »  Sosial »  Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxan ən böyük siyasi təşkilatdır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından uğurla çıxan ən böyük siyasi təşkilatdır

Respublikamızın müstəqillik tarixinin bələdçisi olan, nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatı kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 25 il ötür. 25 illik şərəfli yol keçən YAP bu gün Azərbaycan dövlətinin onurğa sütununu təşkil edir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya çıxarır. Partiyanın yaradıcısı, müstəqil Azərbaycanın memarı və qurucusu olan Ulu öndərimiz Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır” fikirləri YAP-ın hansı zərurətdən yaradılmasına işıq salmaqla yanaşı, perspektivlərini də açıqlayır.
YAP çətinliklərdən uğurla çıxaraq böyük şərəfli yol keçmiş, müxalifət partiyası kimi siyasi arenaya gələrək qısa zamanda iqtidar partiyasına çevrilərək sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirmiş, qarşıya yeni-yeni hədəflər qoyaraq, onlara nail olmaq üçün ciddi səylər göstərərək biri-birindən əhəmiyyətli uğurlara imza atır.
Ötən hər günün ölkənin, partiyanın həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, 25 ildə keçilən yolun geniş xarakteristikasını bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Böyük çətinliklərə, fırtınalara sinə gərərək, həyata keçirdiyi uğurlu siyasəti ilə milyonların partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası öz adında böyük bir mənanı, məqsədi birləşdirir. Müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan, dünya xəritəsindən bir dövlət olaraq silinmək təhlükəsini yaşayan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Ulu öndər Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Yəni, həmin dövrdə ölkədə yaranan vəziyyət xalqda sabaha ümidsizlik yaratsa da, bir təsəlli var idi ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdarsa, öz siyasi bacarığı, təcrübəsi, güclü idarəçilik qabilyyəti sayəsində mövcud problemlərin həllinə yol açar, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxarar. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının “Səs” qəzeti vasitəsi ilə Ümummilli liderimiz Heydər Əliyevə müraciətində də bu inam öz əksini tapmışdır: “İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz... Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü aparıcı qüvvəyə malik bir partiya kimi görürük”.
Müraciətdə bu inam da ifadə olunmuşdur ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar.
Bu gün partiyanın fəaliyyətində demokratik prinsipləri öndə saxlayaraq birləşdirici missiyanı yüksək səviyyədə yerinə yetirməsi, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirməsi Ümummilli lider Heydər Əliyevin bu əminliyinin böyük əsaslara söykəndiyini təsdiq etməklə yanaşı, partiyanın öz dəsti-xəttinə sadiqliyini də nümayiş etdirir. YAP-ın yaradılmasının 15 illiyi şərəfinə həsr olunmuş ziyafətdə Prezident İlham Əliyev 1992-ci ildə müxalifət partiyası kimi yaradılan YAP ilə indiki müxalifət arasında fərqi təhlil edərək bildirmişdir ki, biz dövlətə, dövlətçiliyə yox, ovaxtkı antimilli iqtidara müxalifətdə idik. “Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq, Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq”.
Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. O, uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Azərbaycanın dünyaya günəş kimi doğacağını bir hədəf kimi qarşıya qoyan Ulu öndər Heydər Əliyev çox qısa zamanda bu məqsədə nail oldu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı. Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın əbədi lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 1993-2003-cü illər ölkəmizin dirçəlişi, tərəqqisi dövrü kimi xarakterizə olunur. Xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olan Azərbaycan bütün çətin anları geridə qoyaraq, inkişaf yoluna çıxdı. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı, siyasi proseslər müsbət məcrada inkişaf etməyə başladı. Ölkəmizdə siyasi plüralizm, demokratiya, söz və fikir azadlığı bərqərar oldu, çoxpartiyalı sistem yaradıldı. Bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının rolu inkaredilməzdir. Bu fikir dövlət başçısı İlham Əliyevin çıxışlarında da hər zaman önə çəkilir ki, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. YAP bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyadır. Ölkəmizin uğurlarında partiyamızın rolu böyükdür və danılmazdır.
26 illik müstəqillik tarixinə malik olan Azərbaycanın keçdiyi inkişaf yolunun qısa təhlili bu uğurlara töhfələri ilə diqqət çəkən Yeni Azərbaycan Partiyasının inkişaf tarixinə baxışımızdan irəli gəlir. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının uğurları davamlıdır, yeni-yeni hədəflərə çatmaq üçün ciddi səylər göstərir. Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 1995-ci ildə Milli Konstitusiyamızın qəbulundan ötən dövr ərzində ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinə, ümumxalq səsverməsinə diqqət yetirsək, Yeni Azərbaycan Partiyasının böyük qələbələr qazanması xalqın ona inamının, dəstəyinin göstəricisidir. Yaradıcısı Ulu öndərimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası son 14 ildə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, təkmilləşir, yeniləşir. Hazırda sıralarında 700 mindən artıq üzvü birləşdirən partiyamızın hər bir üzvü ölkəmizin uğurlarına töhfə verməyə çalışır. Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün orqanlarda fəal iştirak edir, öz fəaliyyətləri ilə ölkəmizi gücləndirir, siyasi sistemin inkişafında fəal rol oynayırlar. Dövlət başçısı İlham Əliyev bildirir: “Biz iqtidar partiyasıyıq. Ona görə iqtidar partiyasıyıq ki, bizim siyasətimiz xalq siyasətidir. Deyə bilərəm ki, biz ümumxalq partiyasıyıq. Çünki Azərbaycanın qarşısında duran bütün məsələlərdə biz fəal iştirak edirik. Biz öz əməyimizlə bu siyasəti aparırıq”.
Bu reallıq da inkaredilməzdir ki, siyasət ilk növbədə, praktik işlərdir. Görülən işlər, sözlə əməl birliyi Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq imkanında deyil.
Partiyanın sıralarında gənclərin çoxluq təşkil etməsi öz potensial imkanlarından istifadə etmək üçün lazım olan şəraitin yaradılmasından irəli gəlir. Gənc siyasətçilərin yetişdirilməsinə xidmət edən layihələrin icrası təqdir olunur. Dövlət siyasətində gənclərə diqqət və qayğı partiyanın fəaliyyətində də özünü qabarıq şəkildə büruzə verir. Məlum olduğu kimi, son parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizlərinin artırılması qarşıya mühüm vəzifə kimi qoyularaq, bu istəyə lazımi səviyyədə nail olunmuşdur. Partiyanın hər bir üzvü kimi, gənclər də müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə, çiçəklənməsinə səy göstərir.
Təbii ki, əvvəldə də qeyd etdiyimiz kimi, bir yazı çərçivəsində ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirmə aparsaq, Ulu öndər Heydər Əliyevin böyük inamla söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu günümüzün reallığıdır. Bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası 25 illik tarixi yoluna böyük qürur hissi ilə baxır. Azərbaycanın hər bir uğurunda imzası olan Yeni Azərbaycan Partiyası gələcəyə böyük inamla irəliləyir.
Manaf Manafov
YAP üzvü, Pirallahı rayon
Mənzil-Kommunal Təsərrüfatı
Birliyinin rəisi

 
  • Oxunub:  2970  |  
  • Tarix:  14-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib

17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib
15:13
19 İyul
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
15:09
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub
14:58
19 İyul
İordaniya Şahzadəsi Cocuq Mərcanlıya səfər edib
14:53
19 İyul
Qubada keçirilən humanitar aksiyada 200-dən çox donor könüllü qan verib
14:47
19 İyul
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
14:41
19 İyul
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb
14:38
19 İyul
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
14:23
19 İyul
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb
14:19
19 İyul
Daşkəsənin kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
14:02
19 İyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişlidə vətəndaşları qəbul edib
12:49
19 İyul
“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
12:22
19 İyul
DMX rəisi: Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb
12:07
19 İyul
Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu
11:48
19 İyul
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
11:24
19 İyul
Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
11:14
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 90 dəfə pozub
11:09
19 İyul
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
10:57
19 İyul
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
10:40
19 İyul
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
10:24
19 İyul
Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
09:58
19 İyul
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
09:52
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib
17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+23 +25