Ana səhifə »  Sosial »  Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb
A+   Yenilə  A-
Daha bir qəzalı binada məskunlaşmış məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı püşk atılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı noyabrın 10-da Binəqədi Rayon İcra Hakimiyyətində növbəti püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun müraciəti əsasında Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində özəl şirkətlər və ayrı-ayrı iş adamları tərəfindən inşa olunaraq istifadəyə verilən hündürmərtəbəli yaşayış binalarına Binəqədi rayonu, 9-cu mikrorayondakı təcili tibbi yardım stansiyasının tikintisi yarımçıq qalmış binasında və həmin binanın ətrafında məskunlaşan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı bu püşkatma da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının müavinlərinin və məcburi köçkünlərin iştirakı ilə keçirilib.
Əvvəlcə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin salınmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması və digər məsələlərin həlli istiqamətində görülən işlərdən danışıb. O diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist siyasət hazırda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bununla bağlı ardıcıl olaraq bütün lazımi tədbirlər görülür, müvafiq addımlar atılır.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi Mehriban Əliyevanın ilk müşavirəsini martın 9-da Bakı və Sumqayıt şəhərlərindəki qəzalı vəziyyətdə olan yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi, bundan sonra may ayında Birinci vitse-prezident tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 məcburi köçkün ailəsi üçün bütün sosial-texniki infrastrukturu ilə salınan yeni yaşayış məhəlləsinin təməlinin qoyulması, bu yaxınlarda isə “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi”nin icrası çərçivəsində daha ağır vəziyyətdə yaşayan 214 məcburi köçkün ailəsinin Masazırda və Mehdiabad qəsəbəsindəki “Gənclər şəhərciyi”ndə yeni mənzillərlə təmin olunması, oktyabrın 5-də isə həmin layihə çərçivəsində Masazır və Ramana qəsəbələrində məcburi köçkünlər üçün inşa edilmiş daha 260 ailəlik binaların açılış mərasimlərində iştirak etməsi, həmin tədbirlərdəki çıxışları zamanı bu sahədə işlərin sürətləndirilməsinin və təxirəsalınmız tədbirlərin görülməsinin vacibliyini önə çəkməsi və bunlara uyğun olaraq artıq işlərə başlanılması da məhz bu diqqət və qayğının nəticəsidir.
Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlərdən, qazanılan təcrübənin dünyada bir model kimi qəbul olunmasından söz açan G.Fərhadov bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə son illərdə 6,2 milyard manatdan çox vəsait yönəldilib. Ümumilikdə indiyədək 96 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Bunun da nəticəsində 50 min ailənin və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. O bildirib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır, bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşırlar.
XX əsrdə neft sahəsində əldə edilən uğurlardan da danışan Dövlət Komitəsi sədrinin müavini bu günlərdə Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə keçirilən təntənəli mərasimdə dövlətimizin başçısı İlham Əliyevin çıxışına və bu istiqamətdə ölkəmizin əldə etdiyi nailiyyətlərə toxunaraq bildirib ki, dövlətimizin neft sahəsində qazandığı uğurlar qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də müstəsna rol oynayıb. Eyni zamanda, ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb, etibarlı tərəfdaş imici tam olaraq formalaşıb və əsas amillərdən biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrilib. Bütün sahələr üzrə sürətli inkişaf tempi indi də saxlanılır.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsidir. Hamı istəyir ki, hər bir qaçqın və məcburi köçkün doğma yurduna, torpağına qayıtsın. Dövlətimiz hər zaman bu problemi ən vacib məsələ kimi diqqət mərkəzində saxlayır. Çox yaxşı haldır ki, bu gün dövlət qurumları ilə bərabər, özəl sektor, biznes strukturları da bu təşəbbüsə qoşulurlar.
Sonra ailə tərkibinə uyğun şəkildə ayrı-ayrılıqda komissiya tərəfindən komplektləşdirilən bir, iki və üçotaqlı mənzillərin ünvanı, mərtəbəsi, ümumi yaşayış sahəsi də əks olunan kuponlar ardıcıllıqla hər kəsin gözü qarşısında Binəqədi Rayon İcra Hakimiyyətinin iclas salonunun səhnəsində quraşdırılmış şüşəli barabana doldurulduqdan və məcburi köçkün nümayəndələrinin özləri tərəfindən qarışdırıldıqdan sonra işğal altındakı müxtəlif rayonlardan olan soydaşlarımız mənzillərin sayına uyğun tərtib olunmuş adlı siyahılarla püşkatma qutusuna yaxınlaşıb, ilkin mərhələdə 100 ailə yeni mənzillərə sahib olub.
Püşkatmanın şəffaf keçirildiyindən razılıqlarını bildirən və yeni mənzillərə sahib olan Arzu Nəbiyev, Vilayət Əhmədov, İlqar Sadıqov və başqaları sevinclərini bölüşərək onlara göstərilən xüsusi dövlət qayğısından ürəkdolusu söhbət açıblar. Onlar dövlətimizin başçısının məcburi köçkünlərə diqqət və qayğısına arxalanaraq hər cür çətinliyə sinə gərməklə bu günə inandıqlarını və bu xoş anları səbirsizliklə gözlədiklərini bildiriblər.
Göstərilən xüsusi dövlət qayğısından danışan soydaşlarımız bildiriblər ki, doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinin həlli hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu gün məskunlaşdıqları yararsız və qəzalı vəziyyətdə olan binadan yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülmələrini əsl bayram adlandıran sakinlər bu sevinci onlara bəxş etdikləri üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

 
  • Oxunub:  4140  |  
  • Tarix:  11-11-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib

18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib
15:13
19 İyul
Vəkillər Kollegiyası üzvlərinin sayı 1500-ü ötüb
15:09
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub
14:58
19 İyul
İordaniya Şahzadəsi Cocuq Mərcanlıya səfər edib
14:53
19 İyul
Qubada keçirilən humanitar aksiyada 200-dən çox donor könüllü qan verib
14:47
19 İyul
143 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
14:41
19 İyul
Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb
14:38
19 İyul
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır
14:23
19 İyul
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 44 faizinin icrası tamamlanıb
14:19
19 İyul
Daşkəsənin kəndlərində modul tipli məktəblərin quraşdırılmasına başlanılıb
14:02
19 İyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İmişlidə vətəndaşları qəbul edib
12:49
19 İyul
“Kodeks Alimentarius”un cari sessiyasında ölkəmizi Qida Təhlükəsizliyi Agentliyi təmsil edib
12:22
19 İyul
DMX rəisi: Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında artım qeydə alınıb
12:07
19 İyul
Hikmət Babaoğluna beynəlxalq “Türk Dünyasına hizmət Onur Medalı” təqdim olundu
11:48
19 İyul
Vüsal Hüseynov: Ölkəmizə gələn əcnəbilərin sayında 10 faizdən çox artım var
11:24
19 İyul
Qida Təhlükəsizliyi Agentliyindən ixracatçı sahibkarlara peşəkar dəstək
11:14
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 90 dəfə pozub
11:09
19 İyul
Ağdaşda cari mövsümdə 33 min 926 ton taxıl istehsal olunub
10:57
19 İyul
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
10:40
19 İyul
Bakıda Azərbaycan-İtaliya biznes forumu keçirilib
10:24
19 İyul
Dövlət İmtahan Mərkəzi abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
09:58
19 İyul
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
09:52
19 İyul
İtaliya Prezidenti Sercio Mattarella Şəhidlər xiyabanını ziyarət edib
17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA