Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Milli Televiziya və Radio Şurası ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında protokol imzalanıb

Milli Televiziya və Radio Şurası ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında protokol imzalanıb

20.10.2017 [10:17]

Oktyabrın 19-da Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında əməkdaşlığa dair protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, MTRŞ və Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurasının üzvləri arasında keçirilən görüşdə imzalanan sənəd iki qurum arasında təcrübə mübadiləsinin aparılmasını, qarşılıqlı təlimlərin və seminarların keçirilməsini nəzərdə tutur.
MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmov protokolun iki qurum arasında səmərəli əməkdaşlığa xidmət etdiyini bildirib. O, ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin hər iki qurum üçün geniş əməkdaşlıq potensialını üzə çıxaracağını qeyd edib. N.Məhərrəmov vurğulayıb ki, müasir dünyada rəqəmsal texnologiya sürətlə inkişaf edir. MTRŞ sədri rəqəmsal texnologiyanın inkişafı ilə ayaqlaşmağın zəruriliyini vurğulayıb.
Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurasının üzvü Artur Kozma dost ölkə olan Azərbaycanın bu qurumu ilə əməkdaşlıqla bağlı protokol imzalanmasını yüksək dəyərləndirib. O, protokolun gələcək əməkdaşlığa yaxşı zəmin yaradacağını bildirib.
Moldovanın Azərbaycandakı səfiri George Leuka ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı atılan addımları dəstəklədiklərini vurğulayıb. O, Milli Televiziya və Radio Şurası ilə Moldova Audiovizual Xidmətlərin Koordinasiya Şurası arasında imzalanan protokolun əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Paylaş:
Baxılıb: 319 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31