Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir

Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir

19.10.2017 [10:21]

Oktyabrın 18-də Azərbaycanda səfərdə olan Latviyanın ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə-hüquq sistemi barədə məlumat verib, ölkəmizdə məhkəmə islahatlarının səmərəliliyinin Ali Məhkəmənin strukturunda və fəaliyyətində əksini tapdığını diqqətə çatdırıb. Vurğulayıb ki, Ali Məhkəmədə beynəlxalq hüquqi aktlara, xüsusən də “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad olunur. Hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb.
Ali Məhkəmənin sədri qeyd edib ki, Azərbaycan və Latviya məhkəmə-hüquq orqanları arasında işgüzar əlaqələr ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Latviyanın ədliyyə naziri ölkəmizin müasir tələblərə cavab verən qanunvericilik bazasına xüsusi maraq göstərib. O, Azərbaycan ilə Latviya arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib və bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə tarixi muzeyinə baxıblar.
Latviyanın ədliyyə naziri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Paylaş:
Baxılıb: 357 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31