Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qaradağ rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib

Qaradağ rayonunda 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə tədbir keçirilib

19.10.2017 [10:21]

Bakı şəhəri Baş Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibəti ilə Qaradağ rayon ərazisində yerləşən N saylı hərbi hissədə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanın 26 illik müstəqillik tarixində qazandığı nailiyyətlər, müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətinin üzləşdiyi böyük problemlər haqqında geniş məlumat verib. Millət vəkili xalqımızın Ümummilli lideri Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas olduğunu və müstəqilliyimizin daimi, əbədi və sarsılmaz olduğunu vurğulayıb: “1991-1993-cü illərdə hakimiyyətdəki səriştəsizliyin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmlənməsinə xidmət edən başlıca amil oldu”.
Aydın Hüseynov vurğulayıb ki, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın dövlət müstəqilliyini əldə etməsinin xalqımızın tarixində ən önəmli hadisələrdən biri olduğunu bildirib, ötən 26 ildə keçilmiş müstəqillik yolunun uğurları və Azərbaycan dövlətinin hazırda müstəqil dövlət olaraq dünya arenasında uğurla və layiqincə təmsil olunması haqqında danışıblar.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31