Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Cocuq Mərcanlıda əsas tikinti işləri başa çatıb

Cocuq Mərcanlıda əsas tikinti işləri başa çatıb

12.10.2017 [10:07]

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi uğurla davam etdirilir.
AZƏRTAC xəbər verir ki, inşaat işlərinə 40-a yaxın texnika, 280-dən çox işçi cəlb edilib. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılır. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.
Artıq bütün evlərdə, həmçinin uşaq bağçası və klub-icma mərkəzində işlər başa çatıb. İki ədəd 200 kubmetrlik su anbarı inşa edilib və 2 subartezian quyusu qazılıb. Yol-küçə şəbəkəsinə qum-çınqıl tökülüb. Hazırda tibb məntəqəsində malyar işləri aparılır, inzibati bina və poçt binasının fasadına üzlük vurulur. Qəsəbədaxili elektrik, qaz və su xətlərinin çəkilişi davam etdirilir. Yaxın günlərdə qəsəbədaxili küçələrdə asfalt işlərinə başlanılacaq. Qəsəbədə, həmçinin 1,75 hektarda yaşıllıq salınacaq.
İşlər başa çatdıqdan sonra Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin növbəti hissəsi qəsəbəyə köçürüləcək.

Paylaş:
Baxılıb: 295 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30